Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1670/2025 16.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Əsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6nə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə, Cavabdeh8nə qarşı qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-854 reyestr nömrəli, Cavabdeh4 və Bayramov X5 adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-855 reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Atası Cavabdeh4 Əlişan oğlu, anası isə X19r. Valideynlərinin birgə nikahından, o özü də daxil olmaqla, altı uşaq doğulmuşdur. X7 xx.xx.2007-ci il tarixdə, atası Cavabdeh4 Əlişan oğlu isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onlar atalarına məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası vəfat etdikdən sonra iş üzrə cavabdeh şəxslər onun xəbəri olmadan icra nümayəndəliyindən mərhum atasının vərəsələrinin dairəsi barədə arayış alaraq Lənkəran rayon 1 saylı Notariat ofisinə təqdim etmiş və öz adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin o, mərhum atasının vərəsəsi olmaqla, miras əmlakdan ona da pay çatmalı olduğu halda, həmin vərəsəlik arayışında onun adı qeyd edilməmiş, bu barədə ona heç bir məlumat da verilməmişdir. Ona görə də hesab edir ki, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş digər hüquq müəyyənedici sənədlər etibarsız hesab edilməlidir. Ona gorə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxış iclaslarında iştirak edərkən verdiyi izahatında qeyd etmişdir ki, 2009-cu ildən etibarən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri verildikdən sonra elektron notariat sistemi notariat orqanlarının xidmətinə verilmişdir və vərəsə tərkibi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları, o cümlədən, icra nümayəndəlikləri tərəfindən verilən arayışlar artıq notariat orqanları üçün əsas deyildir. Hazırki iş üzrə icra hakimiyyəti tərəfindən verilən ailə tərkibi haqqında arayışda nöqsana yol verilmişdir. Belə ki, iddiaçı kimi digər vərəsələr də həmin ünvanda yaşamadıqları halda, onların adları vərəsə kimi arayışda qeyd edilmiş, lakin iddiaçının adı arayışda göstərilməmişdir. Bu kobud pozuntusu olduğuna və iddiaçının hüquqlarına toxunduğuna görə iddia tələbinin təmin edilməsi, eyni zamanda, bununla bağlı qanun pozuntusuna yol vermiş aidiyyəti şəxslər barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş edir. Eyni zamanda, iddiaçının hazırki iddia ərizəsindən məlumatsız olması barədə Cavabdeh1 izahatında göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsini özü poçt vasitəsi ilə Rusiya Federasiyasında yaşayan iddiaçıya göndərmiş və iddiaçı ərizənin hər səhifəsini şəxsən imzalamışdır. Həmçinin, 2018-ci ildə vəfat edən atasının ölüm tarixini düzgün xatırlamayan şəxsin (yəni cavabdehin) mərhum atasının dəfnində iştirak etməyə gəlmək üçün iddiaçı və ailə üzvlərinin yol xərclərini ödəyəcəyi ilə bağlı iddiaçıya təklif göndərməsi inandırıcı deyildir və qeyri-səmimi izahat kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edir ki, iddiaçı Azərbaycana gələrək atasının dəfnində iştirak etmiş və bir müddət həmin evdə yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Ümumiyyətlə, iddiaçı hər dəfə ölkəyə gələndə atasının evində qalmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında “WhatsApp” mobil tətbiqi üzərindən videozəng vasitəsilə prosesə qoşulan İddiaçı öz iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, sonuncu dəfə 2022-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Atası 13.1*.2017-ci il tarixdə vəfat etsə də, ölüm haqqında şəhadətnamədə atasının xx.xx.2018-ci il tarixdə ölməsi qeyd edilmişdir. 2007-ci ildə vəfat edən anasınının ölüm xəbərini qardaşları ondan gizlətmiş və o bu barədə bir il sonra xəbər tutmuşdur. Atasının vəfat etməsini isə ölümündən iki gün sonra bilmişdir. Cavabdehlərin sözü ilə razılaşmayaraq Azərbaycana gəlmiş və valideyinlərinin qəbrini ziyarət etmişdir. Atasının vəfatından sonra qardaşı Cavabdeh1 ona zəng edərək mirasdan imtina etməsini tələb etmiş, əks halda ölkəyəyə gələcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Elçin ona atasının yas mərasimində iştirak etməyə gəlmək üçün təklif etdiyi yol xərcini də məhz mirasdan imtina edəcəyi halda göndərəcəyini bildirmişdir. O vaxt təklifdən imtina etdiyi üçün Elçin onu nalayiq sözlərlə təhqir etmişdir, lakin Elçinin onu təhdid və təhqir etməsi ilə bağlı hazırda heç bir sübutu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin ilk baxış iclasında iddiaçının digər nümayəndəsi və vəkili Vəkil2 ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, lakin iclasda iştirak edən cavabdehlər ərizəyə etiraz etməklə, işə baxılmasını tələb edərək məhkəmə iclasının davam etdirilməsi xahiş etmişlər. Məhkəmənin növbəti baxış iclasında isə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi sənədlərin iş materiallarına əlavə olunması və tədqiq edilməsi ilə bağlı vəsatət vermişdir. Məhkəmə həmin iclasda iştirak edən cavabdehlərin vəsatətə münasibətini öyrənib, məhkəmənin baxış mərhələsində sübutların qəbul olunması əsaslarını nəzərdən keçirərək iddiaçı tərəfin vəsatətlərinin baxılmadan (müzakirə edilmədən və ya araşdırılmadan) işə əlavə olunması ilə bağlı yerində qərar qəbul etmişdir. Cavabdeh X14 məhkəmə baxış iclaslarında iştirak edərkən ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Rusiyada yaşayan bacısı İddiaçı bu işdən məlumatlı yoxdur. Hazırki iddianın isə onlarla ədavət aparan və Lənkəranda bir çox insana qarşı dələduzluq edən şəxs - bacısı Kəmalənin əri Bəylər tərəfindən məhkəməyə verildiyini düşünür. Belə ki, Bəylər dəfələrlə telefonda onların ailə üzvlərini və valideynlərini söyüb təhqir etmişdir. 2007-ci ildə anaları vəfat edəndə ailə üzvləri ilə məsləhətləşib onun ölümünü bir müddət Kəmaləyə bildirməmişlər, 2017-ci ildə isə ataları bir il xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra vəfat etmişdir. Həmin vaxt o, Azərbaycana gəlməyə pulu olmadığını bəhanə edən bacısı Kəmaləyə özünün və ailə üzvlərinin yol xərcini ödəməyə hazır olduğunu bildirsə də, Kəmalə nə atasının xəstə yatdığı vaxtında ziyarətinə, nə də dəfninə gəlməmiş, ümumiyyətlə, valideynlərinin heç birinin məzarını görməmişdir. Həmçinin, atasının vəfatından sonrakı 6 ay ərzində də Kəmalə Azərbaycana gəlməmiş və atasının məzarını ziyarət etməmişdir. Ümumiyyətlə, iddiaçı mərhum atalarından qalan miras əmlakı nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etməmişdir. Atası 2017-ci ildə vəfat etsə də, ölüm şəhadətnaməsində ölüm tarixinin xx.xx.2018-ci il kimi qeyd olunmasının səbəbini bilmir. Bacısı Kəmalə vərəsəliyi qəbul etmədiyindən o, öz adından vərəsəlik ərizəsi tərtib edərkən Kəmalənin adının ərizəyə salınmasını lazım bilməmişdir. Çünki həmin vaxt Kəmalə artıq vərəsəlik üçün qanunda nəzərdə tutulan müraciət müddətini də ötürmüşdür və onun adının ərizəyə salınması heç nəyi dəyişmirdi. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X15 məhkəmə baxış iclasında iştirak edərkən iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, atasının vəfatından sonra qardaşının yanında yaşamış və ailədə mehriban olmuşlar. Ev bölüşdürülərkən digər bacıları mirasdan imtina barədə ərizəsi yazmış, o özü etibarnamə vermiş, bacısı Kəmalə isə şəxsən zəng edib onun tərəfindən problem olmadığını və evi istədikləri kimi bölüşdürmələrini bildirmişdir. Həmin vaxtdan neçə ildən sonra mülk üstündə yaranan sözsöhbətin səbəbkarının isə Kəmalənin əri Bəylər olduğunu hesab edir. Belə ki, başqa bir işlə əlaqədar qardaşı ilə Bəylər arasında fikir ayrılığı olmuş, bu səbəbdən aralarında münaqişə yaranmışdır. Hazırda miras əmlakla bağlı olan söz-söhbət və narazılığın da həmin münaqişədən yarandığını düşünür. Eyni zamanda, qeyd edir ki, onun adından vərəsəlik ərizəsini evlər idarəsinin Məhəmməd adlı əməkdaşı tərtib etmiş və həmin vaxt o özü şəxsən adı çəkilən şəxsin yanında bacısı Kəmaləyə zəng edərək onun mirasa olan münasibətini öyrənmişdir. Kəmalə miras əmlakdan pay istəmədiyini demişdir. Bu səbəbdən o, vərəsəlik ərizəsində Kəmalənin adını göstərməmişdir. Məhəmməd adlı şəxs isə hazırda vəfat etdiyi üçün onu məhkəməyə dəvət edə bilmir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X9 məhkəmə hazırlıq iclasında iştirak edərkən izahat verərək göstərmişdir ki, o, əvvəlcədən ərizə verərək öz miras payından imtina etdiyini bildirmişdir. Mərhum atası sağlığında ikən evin bir hissəsini onun övladları Elnur və Allahverdiyə vəsiyyət etmişdir və hazırda özü də övladları ilə birgə həmin evdə yaşayır. Mübahisə predmetinə aid miras əmlakda payı olmadığı üçün iddia tələbini qəbul edib-etməməsi ilə bağlı hazırda hər hansı fikir bildirməkdən imtina edir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 məhkəmə hazırlıq iclasında iştirak edərkən izahat verərkən ayrı-ayrılıqda iddia tələbini qəbul etmədiklərini və hazırda mübahisə predmetinə aid olan evdə yaşadığlarını bildirmişlər. Cavabdeh Lənkəran regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edərkən hazırki vərəsəlik işi üzrə icra nümayəndəliyindən verilən arayışın surətini məhkəməyə təqdim edərək bildirmişdir ki, nə həmin arayışda, nə də vərəsəlik ərizələrində vərəsə kimi İddiaçı adı qeyd olunmamışdır. Vərəsəlik işləri ilə bağlı notarial hərəkətlər əsasən icra nümayəndəlikləri tərəfindən verilən arayışlar əsasında aparılır. Mərhum Cavabdeh4 vərəsələri müəyyən edilərkən notariat ofisi tərəfindən İddiaçı vərəsə kimi nəzərə alınmamasının səbəbi onun adının məhz arayışda qeyd olunmaması ilə əlaqədardır. “Elektron notariat” sisteminə baxış keçirməklə də vərəsələrin adlarını müəyyən etmək texniki cəhətdən mümkündür və elektron sistemlə icra nümayəndəliyinin verdiyi məlumatlar arasında ziddiyət yarandığı təqdirdə, bu hal notariat orqanı tərəfindən icra nümayəndəliyinin nəzərinə çatdırılır. Hazırda İddiaçı ilə bağlı “Elektron notariat” sisteminə baxış keçirilmiş və onun adı sistemdə də aşkarlanmamışdır. İddiaçı adının elektron sistemdə aşkarlanmamasının səbəbi həmin sistemdə baş verə biləcək texniki xəta ilə, həmçinin, İddiaçı Azərbaycan Respublikasının deyil, Rusiya Federasiyasının vətəndaşı olması ilə əlaqədar ola bilər. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Lənkəran regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi notariusu Nümayəndə2 Yusufəli oğlu izahatında qeyd etdi ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən notarius miras qoyanın ölüm faktını və vərəsələrin dairəsini müəyyənləşdirir, mirasın tərkibinə münasibət bildirir. Vərəsələrin dairəsinin müəyyənləşdirilməsi iki yolla - icra orqanları və yerli icra hakimiyyəti nümayəndələrinin verdiyi arayışlarla müəyyən edilir. Mirası qəbul edən vərəsə mirası qəbul etməyən vərəsənin adını təqdim etməyə və şəhadətnamədə qeyd etdirməyə borcludur. Lakin hazırki iş üzrə vərəsələrin heç birinin ərizəsində mirası qəbul etməyən vərəsənin adı olmamışdır. Həmçinin o, bildirdi ki, əgər vərəsə susursa, yəni mirası qəbul etdiyini bu və ya digər şəkildə bəlli etmirsə, qanun onun payının başqa vərəsəyə verilməsinə imkan verir. Buna baxmayaraq mirasın qanun üzrə vərəsəlik qaydasında qəbul olunması üçün nəzərdə tutulan 6 ay müddət notariat orqanı tərəfindən gözlənilir. İndiki halda isə həmin 6 ay müddət ötürülmüş, bundan sonra notarius vərəsəlik işinin rəsmiləşdirilməsində mirasın qəbulu və vərəsələrin dairəsinin müəyyənlədirilməsi prosesini təlimata uyğun həyata keçirmişdir. Həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərar həmin qərarın qəbul olunduğu tarixdən sonrakı vərəsəlik işlərinə şamil olunduğundan, hazırki vərəsəlik işi isə 2018-ci ilə aid olduğu üçün mövcud qərar bu işə şamil oluna bilməzdi. 2018-ci ildə notariat orqanları elektron sistemə inteqrasiya olunmadığı üçün vərəsələrin dairəsi təlimata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən arayışa əsasən müəyyənləşdirilirdi. Elektron sistem vətəndaşların doğum tarixlərini, qohumluq əlaqələrini, ölüm şəhadətnamələrinin götürülməsi və sair yardımçı funksiyaları həyata keçirməkdə notariat orqanlarına kömək etmək məqsədi ilə yaradılmış bir sistemdir. Ancaq vətəndaşların ailə tərkibi haqqında məlumatlar o sistemdə mövcud deyildir. Sonradan digər orqanların məlumat bazaları elektron notariat sisteminə inteqrasiya olunsa da, bəzən bazada məlumatlar tam görünmür. Belə ki, hətta 1970 - 1990-cı illər aralığında doğulan elə şəxslər var ki, onlara aid məlumatlar hazırki vəziyyətdə də elektron sistemdə mövcud deyildir. Cavabdeh8 əməkdaşı Şahid2 Yadulla oğlu məhkəmə hazırlıq iclasında iştirak edərkən iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, həmin inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyir. O, bu vəzifəyə 2024-cü ildə təyin olunmuşdur. Şəhər ərazisində qarışıqlıq olduğu və ünvanların tapılmasında çətinlik yarandığı üçün vərəsəlik arayışı vətəndaşın verdiyi məlumata əsasən deyil, qeydiyyat şöbəsinin arayışına əsasən yazılır. Məhkəməyə təqdim edilmiş sonuncu arayış tərtib olunarkən də qeydiyyat şöbəsinin arayışına istinad olunmuşdur. Eyni zamanda, qeyd edir ki, o, 2018-ci ildə Cavabdeh8ndə işləmədiyindən həmin ildə verilən və hazırki işə əlavə olunan arayış barədə məlumatı yoxdur. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini qərara almış və işə mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak edən Lənkəran Yaşıllaşdırma idarəsinin rəisi Şahid1 oğlu ifadəsində bildirdi ki, 2018-ci ilin sonlarında o, Cavabdeh8ndə işləmişdir. Həmin vaxt baza sistemi mövcud olmadığından ailə tərkibi haqqında arayışlar ailə üzvlərindən hər hansı birinin nümayəndəliyə təqdim etdiyi müvafiq sənədlər əsasında verilmişdir. Hazırda isə nümayəndəlikdə elektron baza mövcuddur və baza əsasında bütün məlumatlar görünür. 2018-ci ildə imzaladığı arayışdan fərqli olaraq İcra nümayəndəliyi tərəfindən 2025-ci ildə verilən sonuncu arayışda İddiaçı adı arayışa əlavə edilməklə vərəsələrin sayının bir nəfər artıq göstərilməsi də nümayəndəliyin hazırda bazadan istifadə imkanlarının olması ilə əlaqədardır. Arayışdakı ölüm tarixləri isə məzar daşında göstərilən ölüm tarixlərinə görə deyil, ölüm haqqında şəhadətnamədə qeyd olunan ölüm tarixinə əsasən yazılmışdır. Eyni zamanda, qeyd edir ki, o, həmin vəzifədə 7 il əvvəl işləmişdir. Hazırda məhkəmə iclas zalında oturan cavabdehləri tanımır, Cavabdeh1 isə ondan arayış aldığını xatırlamır. Lakin hər hansı şəxsin arayış alarkən ailə üzvlərindən kiminsə adının arayışa salınmaması barədə xahişi, təklifi ilə rastlaşmamış və işlədiyi müddətdə belə hallara yol verməmişdir. Nümayəndəliyin sakinlərə verdiyi ailə tərkibi haqqında arayış sadə arayışdır və onu hər bir ailə üzvü müraciət edib ala bilir. Həmin arayış nümayəndəliyə təqdim olunan sənədlər əsasında nümayəndəliyin işçiləri tərəfindən hazırlanır və sonda imza etmək üçün ona təqdim edilir. Notariat xidmətinin özünün istifadəsində elektron baza vardır və vərəsəlik zamanı notariat orqanı bütün lazım olan məlumatları o bazada görür. Hesab edir ki, nümayəndəliyin verdiyi arayış miras əmlakı bölüşdürmür və notariat orqanı həmin arayış olmadan da fəaliyyətini həyata keçirə bilər. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak edən Lənkəran rayon qeydiyyat şöbəsinin nümayəndəsi X12 ifadəsində bildirdi ki, vətəndaşların ölüm tarixləri Səhiyyə Nazirliyi tərəfindən onlara elektron qaydada göndərilən ölüm haqqında tibbi şəhadətnamələrdəki məlumatlar əsasında yazılır. Hesab edir ki, vəfat etmiş şəxsin həqiqi ölüm tarixi ilə ölüm haqqında şəhadətnaməsindəki ölüm tarixi arasında yaranmış ziddiyyət ölüm haqqında tibbi şəhadətnamədəki tarixin texniki səhv olaraq yazılması ilə əlaqədar ola bilər. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarında olan və reyestrdə 2-V-854№ ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 698 olan, 12 dekabr 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlunun vərəsəsi ünvan 2 ünvanında yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh4 Əlişan oğluna verilmiş **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 246.6 kv/m olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0.11515 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan və reyestrdə 2-V-855№ ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 698 olan, 12 dekabr 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vəsiyyətnamə üzrə vərəsələri Cavabdeh4- ünvan 2 və Cavabdeh5 miras əmlakdan hər birisi 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh4 Əlişan oğluna verilmiş **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 246.6 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh4 və həmin ünvanda yerləşən 0.11515 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh5 çatası əmlakdan ibarətdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* nömrəli, **********21- 10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,11515 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 246.6 kv.m., yaşayış sahəsi 112.8 kv.m., yardımçı sahəsi 133.8 kv.m. olan iki mərtəbəli altı otaqdan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 Əlişan oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Lənkəran Şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11 dekabr 2018-ci il tarixıi, 12-18/258 nömrəli arayışından görünür ki, Cavabdeh1 mərhum atası- Cavabdeh4 Əlişan oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və aşağıdakı vərəsləri ilə birlikdə yaşamışdır: *. Həyat yoldaşı-X24, (ölüb)
2. Oğlu-Cavabdeh2,
3. Oğlu- Cavabdeh1,
4. Oğlu- Cavabdeh3,
5. Qızı- Bayramova (Abdullayeva) Zəminə Allahverdi qızı,
6. Qızı- Bayramova (Qasımova) Günay Allahverdi qızı, Mərhum Cavabdeh4 Əlişan oğlunun yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri olmamışdır. İş materiallarında olan Lənkəran Şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 04 avqust 2025-ci il tarixıi, 12-18/84 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan mərhum Cavabdeh4 Əlişan oğlunun aşağıdakı vərəsələri olmuşdur:
1. Həyat yoldaşı-X25(ölüb)
2. Övladı- Cavabdeh2
3. Övladı- X2
4. Övladı- Cavabdeh1
5. Övladı- İddiaçı
6. Övladı- Cavabdeh3
7. Övladı- X10
İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilimiş xx.xx.2023-cü il tarixli, 05/09/S/169064-23 nömrəli arayışın surətindən görünür ki, X13 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün X13 üzrə yoxlama aparılmış və qeyd olunana ailə tərkibinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. Atası-Cavabdeh4 Əlişan oğlu (xx.xx.1948) vəfat edib
2. X20 qızı (xx.xx.1948) vəfat edib
3. Qardaşı-Cavabdeh2 (xx.xx.1975)
4. X1 qızı (xx.xx.1977)
5. Qardaşı-Cavabdeh1 (xx.xx.1978)
6. Bacısı-İddiaçı (xx.xx.1979)
7. Qardaşı-Cavabdeh3 (xx.xx.1984)
İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 4000 8 0221 13072018 nömrəli Ölüm haqqında Akt qeydinin surətindən görünür ki, 1003.1948-ci il tarixdə doğulan Bayramov X8 RMX-nin ******* nömrəli Tibbi Şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə xəbər verən X3 AZ-İ seriyalı, 947790 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm şəhadətnaməsi verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 7E-21003 nömrəli Vəsiyyətnamənin surətindən görünür ki, Cavabdeh4 Əlişan oğlu ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini nəvəsi Cavabdeh4, həmin fərdi yaşayış evinə məxus torpaq sahəsinin 1/3 hissəsini isə nəvəsi Cavabdeh5 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Əlişan oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1948-ci il tarixdə doğulmuş Cavabdeh4 Əlişan oğlunun məzar daşında onun 13.1*.2017-ci il tarixdə öldüyü qeyd edilmişdir. Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən verilən 24.1*.2018-ci il tarixli, **********494 nömrəli ərizənin surətindən görünür ki, X2 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan qalmış mirasdan imtina edərək adının vərəsəlik şəhadətnaməsinə salınmasını istəməmişdir. Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilən 0*.08.2018-ci il tarixli, 8İ-812 nömrəli ərizənin surətindən görünür ki, X4 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan qalmış mirasdan imtina edərək adının vərəsəlik şəhadətnaməsinə salınmasını istəməmişdir. Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********701 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********702 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********703 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********705 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********706 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 ilə X22 birgə nikahlarından xx.xx.1986-cı il tarixdə cavabdeh X17 doğulmuşdur. Hazırda iddiaçı mərhum atalarından qalan miras əmlaka dair cavabdehlərin adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-854 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-855 reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi mərhum atasının birinci növbədə vərəsəsi olduğuna istinad edir, lakin cavabdehlər tərəfindən tərtib edilən sənədlərdə adının vərəsə kimi qeyd edilməməsi nəticəsində miras əmlakdan pay almaq hüququnun pozulduğunu bildirir. Cavabdehlər iddia tələbini qəbul etməyərək həmin tələbin rədd edilməsini xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının miras əmlakı nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etmədiyini bildirirlər.
ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının atası Cavabdeh4 Əlişan oğlu özünün xüsusi mülkiyyətindəki, hazırki iş üzrə miras əmlak kimi mübahisə predmetinə aid olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini nəvəsi Cavabdeh4, həmin fərdi yaşayış evinə məxus torpaq sahəsinin 1/3 hissəsini isə digər nəvəsi Cavabdeh5 vəsiyyət etmişdir. Cavabdeh4 Əlişan oğlunun vəfatından sonra qeyd olunan əmlakların vəsiyyətdə qeyd olunan hissələri həmin vəsiyyətnaməyə uyğun olaraq adı çəkilən şəxslərin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 115*.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.*.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı onun qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni hazırki iş üzrə tərəflər rasında vərəsəliklə bağlı mübahisəli hüquq münasibətləri qeyd olunan Qərarın qəbul edilməsindən daha əvvəl yaranmışdır. Hazırki işdə iddiaçının və cavabdelərdən üçünün atası olmuş mərhum Cavabdeh4 Əlişan oğlunun 13.1*.2017-ci il tarixdə və ya xx.xx.2018-ci il tarixdə ölməsindən asılı olmayaraq iddiaçı həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində ondan qalan mirası (mirasın bir hissəsini) qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermiş olduğu və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başladığı və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş olduğu, bununla da qanun üzrə vərəsə olaraq mirası qəbul edilmiş şəxs sayıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia tələbində atasının vəfat etməsini ölümündən iki gün sonra bilmiş olsa da, cavabdehlərin sözü ilə razılaşmayaraq Azərbaycana gəldiyini və valideyinlərinin qəbrini ziyarət etdiyini ziyarət etdiyini qeyd etməsinə baxmayaraq, həmin vaxtdan sonra, ümumiyyətlə, Azərbaycana gəlmiş olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığından onun Azərbaycana gəlib-gəlmədiyini “elektron məhkəmə” informasiya sistemi vasitəsilə də müəyyən etmək mümkün olmamışdır. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi isə iddiaçının Azərbaycana gələrək atasının dəfnində iştirak etdiyini və bir müddət həmin evdə yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtdığını, ümumiyyətlə, iddiaçının hər dəfə ölkəyə gələndə atasının evində qaldığını qeyd etmişdir. Lakin cavabdeh X14 bunun əksinə olaraq məhkəmə iclasında verdiyi izahatında iddiaçının nə atasının xəstə yatdığı vaxtında ziyarətinə, nə də dəfninə gəlmədiyini, həmçinin, atasının vəfatından sonrakı 6 ay ərzində də Azərbaycana gəlmədiyini və atasının məzarını ziyarət etmədiyini, ümumiyyətlə, valideynlərinin heç birinin məzarını görmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı mərhum Cavabdeh4 Əlişan oğlunun birinci növbədə vərəsəsi kimi qanunla müəyyən edilmiş müddətdə və şərtlərdə mirası qəbul etdiyini açıq-aşkar şəkildə şəksiz nümayiş etdirsəydi, miras əmlakın vəsiyyətnamədən kənarda qalan hissəsindən ona çatmalı olan payı və ya məcburi payının əskik hissəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilərdi. Ancaq iddiaçı miras əmlakı qəbul etdiyini sübuta yetirə bilmədiyindən onun belə bir tələbi, o cümlədən, qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması barədə tələbi irəli sürməyə subyektiv hüququ yaranmamışdır. Hətta, 2018-ci ildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş vərəsə tərkibi barədə arayışda iddiaçının adı vərəsələrsırasında olsaydı da, iddiaçı mərhum atasından qalmış mirası nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etmədiyindən məhkəmə hesab edir ki, onun adının arayışa salınıb-salınmaması hazırki işdə mirasda payların müəyyən olunması ilə bağlı heç bir hüquqi əhəmiyyət kəsb etmir. Hazırki vəziyyətdə iddiaçı tərəfindən mübahisələndirilən qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlılığını şübhə altına ala biləcək hər hansı səbəb, dəlil və ya sübut məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə araşdırdığı faktlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək iddiaçının hüquqlarının pozulması hallarının aşkar edilmədiyi, onun dəlillərinin heç bir sübutla təsdiqini tapmayan və hüquqi əsasa söykənməyən formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2018-ci il tarixli 2V-854 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-855 reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi (və ya ləğv edilməsi) üçün hər hansı hüquqi əsaslar müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 12*.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 320 manat vəsait iddiaçının özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qətetdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6nə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə, Cavabdeh8nə qarşı xx.xx.2018-ci il tarixli 2V-854 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-855 reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 320 manat vəsait İddiaçı özünə aid edilməlidir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim : Elvin Ələsgərov