Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-168/2024 18.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın əsasında 6480 m3 qaz itkisinə görə hesablanmış 777.60 manat miqdarında cərimənin ləğv edilməsi» tələbinə dair mülki işə 18 yanvar 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında 6480 m3 qaz itkisinə görə hesablanmış 777.60 manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, qaz istehlakçısı kimi öz adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təminatı xətti üzərində X6 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 markalı, **********796 saylı qaz sayğac quraşdırılmışdır. Tərtib edilmiş cərimə aktı onun adına rəsmiləşmişdir. O, hazırkı yaşayış evində yaşayır və hər ay istifadə etdiyi qaz sərfiyyatına görə ödənişlər edir. O, qaz sayğacına baxan zaman həmin sayğacın ekranının sındığını görmüşdür. Sonra oğlu X1 qaz idarəsinə gedərək həmin sayğacın sınması barədə idarəni xəbardar etmişdir. Regional qaz idarəsindən xx.xx.2023-cü il tarixində onun evdə olduğu vaxt sayğacına baxış keçirilmiş, yeni sayğacın quraşdırılması niyyəti ilə köhnə sayğac ******* nömrəli aktla sökülmüşdür. Sonradan Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktda da qeyd edilmişdir ki, sayğac yararsızdır və işlək vəziyyətdə deyildir. Lakin sökülüb aparılan sayğac işlək vəziyyətdə olmuşdur. Labaratoriyada yoxlamasında onun iştirakı təmin olunmamış və aktda “sayğacın LCD ekranı zədəlidir informasiya oxunmur və sayğac istismara yararsızdır”qeyd edilmişdir. Həmin Akt heç onun yanında tərtib edilməmiş və o həmin aktdan xəbərsiz olmuşdur. Sayğac yoxlanıldıqdan sonra guya onun həmin sayğaca: müdaxilə etdiyi və ondan aylardır qanunsuz istifadə etdiyii bildirilmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda onun 1 ədəd PQ-3 qaz avadanlığı kombi işlədilməsi qeyd edilərək 6480 m3 qaz sərfıyyatını itirilməsi qanunsuz olaraq rəsmiləşdirlmişdir. Halbuki, o, heç bir zaman qaz sayğacına müdaxilə etməmişdir. Qaz istismarı idarəsi tərib etdiyi cərimələrlə özunun borclarını silməsi məqsədi güdür. **********00000 saylı abunə kodlu hesabdan çıxarışda da görünür ki, sayğacdan istifadə etməklə hər ay qaz sərfıyyatının borcunu ödəmişdir. Qaz idarəsinin inispektoru hər ay 2 dəfə olmaqla sayğaca baxış keçirdir. Qaz istismarı idarəsinin sahə üzrə nəzarətçisi kənar müdaxilənin olmasını aşkarlayaraq bu barədə akt tərtib etməli olduğu halda bunu etməmiş və məni məlumatlandırmamışdır. Eyni zamanda ildə iki dəfə həmin ünvanda qaz avadanlığları müayinə olunmalı olduğu halda qaz istismarı idarəsi bunu etməmişdir. Sayğaca və qaz xəttinə baxış zamanı onun iştirakı məcburi olmalı olduğu halda təşkilatın işçiləri bunu etməmiş və hətta şərait yaratmamışlar. Halbuki, həmin aktı onun və ya ailə üzvlərinin iştirakı ilə tərtib edilməli idi. Ancaq akt onun tərəfindən imzalanmamış və aktı ona rəsmi verilməmişdir. Qaz sayğacı onun yaşadığım evdən 30 metr uzaqlıqda küçə tərəfdə yerləşir. Qaz sayğacı ümumiyyətlə küçə tərəfdə yerləşir və bu qaz paylacı orqanının daxili qaydalarıdır. O, məcburiyyət qarşısında qalıb X6 İstismarı İdarəsinə ərizə ilə müraciət edərək cərimə yazıılmasının doğru olub-olmaması barədə məlumat tələb etmişdir. Lənkəran RQİİ-nin cavab məktubundan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla ona itirilmiş qazın bərpası üzrə, 90 gün müddəti üçün, 6480 m/kub. olmaqla 777,60 manat dəyərində cərimə hesablanmışdır. Yəni, belə çıxır ki, o, 3 ay qanunsuz olaraq təbii qazdan istifadə etmişdir. Əslində o, heç zaman qanunsuz qazdan istifadə etməmişdir. Məhkəmə iclası zamanı şahidlərini məhkəmə zalına gətirəcəkdir. Ona görə də hesab edir ki, Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 6480 m3 qaz itkisinə görə hesablanmış 777.60 manat cərimə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-ci il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********796 nömrəli köhnə sayğac ”Zenner” tipli, G-4 markalı, **********4 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, “sayğaca baxış keçirilmiş, sayğac işlək vəziyyətdə deyil, bağlıdır, LCD ekranında klapan açıq qalaraq əks olunur və sayğac istismara yararsızdır”və itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olmaması, LCD ekranında klapan işarəsinin açıq qalaraq əks olunması və sayğacın istismara yarasız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 777.60 manat borc məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti 777.60 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 777.60 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 777.60 manat məbləğində borc silinsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(049)-168/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-168/2024
18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver