Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1708/2025 04.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X25 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və onun nümayəndəsi, Lənkəran Vəkillər bürosunun vəkili Vəkil1, İddiaçı3, Cavabdeh2 nümayəndəsi, Lənkəran Vəkillər bürosunun vəkili Vəkil2 iştirakı ilə, Mirasqoyanın digər vərəsələri Bahar, Nisəxanım, Maral, Abdulsəməd 3-cü şəxs qismində işə cəlb edilməklə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması, çıxarışın etibarsız hesab edilməsi və qanun üzrə vərəsəliklə vərəsəyə çatan payın onun vərəsələri arasında bölünməsi tələbinə dair iddiaları üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək;
1. X6 mülkiyyətində olmuş Port-İliç şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinin oğlu Cavabdeh2 vəsiyyət edilməsi barədə xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi;
2. Lənkəran rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən X1 miras qalmış Port-İliç şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinə dair xx.xx.1998-ci il tarixli, 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi;
3. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində Port-İliç (indiki Liman) şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evi ilə bağlı üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və Port-İliç (indiki Liman) şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 verilmiş xx.xx.2006-cı il tarixli, ********* nömrəli “Çıxarış”ın ləğv edilməsi;
4. X1 miras qalmış Lənkəran rayonu, Port-İliç şəhəri (indiki Liman), M.Ə.Rəsulzadə küçəsi 2-də yerləşən bir mərətəbəli, dörd otaqlı, ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evindən qanun üzrə vərəsəliklə mərhum X11 çatan paya nisbətdə onun vərəsələri olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 pay hüququnun müəyyən edilməsi və həmin payın onların arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Onlar, iddialarını onunla əsaslandırmışlar ki, o, İddiaçı1 xx.xx.1955-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanda yaşayır. X7 qayınatası, X12 isə qayınanasıdır. Onların birgə nikahından 6 övladları - Bahar, Nisəxanım, Maral, Abdulsəməd, Əzizağa və Təyyar anadan olmuşlar. Təyyar hazırki iş üzrə cavabdehdir. Əzizağa isə onun mərhum əridir. Əri xx.xx.1943-cii il tarixdə anadan olmuş və onunla xx.xx.1974-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra qayınanasına məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman həmin evdə qayınanası Səfra, cavabdeh Təyyar öz ailəsi ilə birlikdə yaşamışdır. Əri ilə nikahlarından 3 övladları anadan olmuşlar :
1. İddiaçı2 - xx.xx.1976;
2. X13 - xx.xx.1978;
3. X9 -xx.xx.1979. X8 xx.xx.1998-ci il tarixdə şəhid olmuşdur. 1977-ci ildə həmin evdən əri və körpəsi Nicatla birlikdə çıxmış və “Dəmiryol Vağzalı” tərəfdə, kirayədə yaşamışlar. Şəhid olan oğlu Teymur kirayədə yaşadıqları evdə doğulmuş və baldızı Maralın təkidi ilə o, ailəsi ilə birlikdə ərinin bibisi Gülsabaha məxsus fərdi yaşayış evinə köçərək orada yaşamaqda davam etmişlər. 1978-ci ildə Gülsabah vəfat etmiş, onun vəfatından sonra ona məxsu fərdi yaşayış evini söküb yerində təzə ev inşa etdirmişlər. 1981-ci ildən mərhum qaynanası Səfra uzun müddət onlarla birlikdə yaşamış və o, bir gəlin kimi onun qulluğunda durmuşdur. Cavabdeh Təyyar isə ailəsi ilə mübahisləndirdikləri və pay hüququnu tələb etdikləri evdə yaşamışdır. Həmin evlər bir həyətdə yerləşmişdir. Miras qoyan qayınanası Səfra bir müddət sonra Təyyargilnən yaşamağa başlamışdır. O, hər gün demək olar ki, qaynanasının cavabdeh ilə yaşadığı müddət ərzində də onun qulluğunda durmuş və öz evinə ancaq gecələmək üçün gəlmişdir. Qeyd etmək istəyir ki, özlərinin yaşadıqları fərdi yaşayış evi vəsiyyət edilən əmlakla bir həyətdə yerləşir. Miras qoyan vəfat etdikdən sonra da onlar həmin həyətdən və evdən istifadə etmiş, gediş - gəlişləri olmuşdur. Miras qoyan vəfat edəndən onun dəfn mərasimində iştirak etməklə mirası faktiki olaraq qəbul etmişlər. Miras əmlakın cavabdehin adına rəsmiləşdirilməsini 2024-cü ilin may ayında bilmiş və dərhal vəkillə müqavilə bağlayıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hərəkətə keçmişlər. İddia ərizələrinə əlavə etdikləri 151 nömrəli “Qeydiyyat Vəsiqəsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən bir mərətəbəli, dörd otaqlı, ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. İddia ərizələrinə əlavə etdikləri xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 bütün əmlakını, o cümlədən, M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmiş və bütün vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, vəsiyyətnamənin sonunda belə bir cümlə qeyd olunmuşdur “savadsız olduğumdan əvəzimdə xahişim ilə 02.01.79-cu il tarixli pasportun sahibi X17 imza atır” və bundan sonra da imza qrafasının qarşısında imza olunur və imzanın qarşısında da Gənciyev sözünə oxşar bir söz yazılır. Onu qeyd etmək istəyir ki, vəsiyyətnamədə guya vəsiyyət edənin xahişi ilə imza edən şəxsin imzası, onun mərhum əri Əzizağa Gənciyeva məxsus deyildir. Bundan əlavə vəsiyyətnamə sirri pozulmuşdur. Belə ki, əgər vəsiyyət edən fiziki baxımdan sənədi imza edə bilmirsə, onda bu barədə vəsiyyətnamədə qeyd olunmalı idi və məhz imza çəkməməsinin səbəbi kimi həmin hal göstərilməli idi. Lakin, hazırki vəziyyətdə isə vəsiyyətnamədə onun savadsızlığı imza etməməsinin səbəbi kimi göstərilmişdir ki, bu özü özlüyündə həqiqəti əks etdirmir. Çünki, insan nə qədər savadsız olursa olsun bir iki xətdən ibarət imzasının olmaması inandırıcı deyildir. İmza çəkmək üçün heç bir savadın olmasına şübhəsiz ki, lüzum yoxdur. Vəsiyyətnamənin məzmununun qavranılması ilə bağlı savadsızlıq əsas gətirilib vəsiyyətnamədə qeyd olunan mətnin səsləndirilməsi ilə bağlı qeyd olsa idi, bunu qəbul etmək olardı. Əgər vəsiyyət edən savadsızdırsa onda vəsiyyətin məzmununu ona kim və necə izah etmişdir? Bu barədə vəsiyyətnamədə heç bir qeyd yoxdur ! Bundan əlavə hətta fiziki cəhətdən imza edə bilməməsi əsas olduğu halda belə, birinci növbə üzrə vərəsələr sırasından onun yerinə imza edilməsi də qəbuledilməzdir. Bundan əlavə vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməli olduğu halda vəsiyyətnamənin tərtib olunduğu tarix qaralanmışdır. Halbuki Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat əsasən qeyd olunan halı qadağan edir. İddia ərizələrinə əlavə etdikləri ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Yəni, ölümündən 3 gün qabaq yatağında canı ilə əlləşərkən miras əmlakla bağlı vəsiyyət etmişdir. Bu heç də inandırıcı deyildir. Vəsiyyət edən ölümünə 3 gün qalmış vəsiyyət edərmi ? O, öz canının hayında olaola dünya malı barədə sərəncam vermək düşünür ki, zərrə qədər də olsa marağında olmazdı. Elə bunun nəticəsidir ki, vəsiyyətnaməyə özü imza etməmiş, yəni, vəsiyyətnamədən heç xəbəri olmamışdır. Əvəzində isə onun mərhum ərinin guya vəsiyyət qoyanın əvəzində imza etməsi kimi cümlənin qeyd olunmaqla imza etməsi də həqiqəti əks etdirmir. Vəsiyyətnamədə bu cür qeydin olması gələcəkdə məcburi payla bağlı iddia olunacağı təqdirdə həmin hərəkətin qarşısının alınması üçün mütləq idi ki, cavabdeh və notariat orqanı da bu cür saxtakarlığa əl atmışlar. İddia ərizələrinə əlavə etdikləri dövlət notariat konturuna Cavabdeh2 tərəfindən yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, müraciətində mərhum Səfra Gənciyevadan miras qalmaqla ona “vəsiyyət” edilmiş vəsiyyətnamədə qeyd olunan əmlak barədə ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi xahiş etmişdir. Həmin ərizədə ondan başqa digər vərəsələrin olmadığı kimi qeyd edilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi X7 və X5 ailə münasibətlərindən Nisəxanım, Maral, Abdulsəməd, Əzizağa və Təyyar anadan olmuşlar. Yəni, Təyyardan başqa miras qoyanın daha 5 vərəsəsi ola-ola bu vərəsələr planlı şəkildə gizlədilmişlər. İddia ərizələrinə əlavə etdikləri xx.xx.1998-ci il tarixli, 2094 nömrəli Lənkəran ŞİHB-nın Port-İliç şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ölərkən onun ailə üzvləri cavabdeh, onun arvadı və uşaqlarından ibarət olmuşlar. Bu da məqsədli şəkildə digər vərəsələrin gizlədilməsi üçün əldə edilmiş bir sənəddir. İddia ərizələrinə əlavə etdikləri xx.xx.1998-ci il tarixli, 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlak barədə Cavabdeh2 sözügedən şəhadətnamə verilmişdir. xx.xx.2003-cü il tarixdə əri Əzizağa Gənciyev vəfat etmişdir. 2024-cü ilin may ayının əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh mərhum Səfra Gənciyevadan miras qalmış bütün əmlakı öz adına rəsmiləşdirməklə müvafiq “Çıxarış” əldə etmişdir. 10 saylı Əİnin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3913/2024 nömrəli cavabdan görünür ki, Cavabdeh2 adına Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı il tarixli, ********* nömrəli reyestrdən çıxarış ilə dövlət qedydiyyatma alınmışdır. xx.xx.2024-cü il tarixli 10 saylı Əİ-yə vəkil sorğusu ilə müraciət edərək Cavabdeh2 adına olan Lənkəran rayonu, Liman şəhəri, X31 kiiçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair xx.xx.2006-ci il tarixli, ********* nömrəli çıxarışın Lənkəran rayon Vəkil Bürosuna göndərilməsi barədə sorğu ilə müraciət etməyimə baxmayaraq həmin idarənin xx.xx.2024cii il tarixli, 3-21-3- 43/2-4108/2024 saylı vəkil sorğusunun cavablandırılması barədə məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, vəkillərin əsaslandırılmış yazılı sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrində saxlanılan sənədlərin deyil, yalnız məlumatların verilməsi nəzərədə tutulmuşdur. Ona qörə də mübahisləndirdiyi çıxarışı iddia ərizəsinə əlavə etmək imkan xaricində olduğuna görə məhkəmədən MPM-nin 78-ci maddəsinə əsasən həmin çıxarışı əldə olunması üçün sorğu verilməsini xahiş edir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 aşağıdakı ailə üzvləri olmuşdur: İddiaçı1-arvadı; İddiaçı2 – oğlu; X13 – oğlu; X9 – qızı; Mərhumun ərinin yuxanda adları qeyd olunan vərəsələrdən başqa digər vərəsələrinin olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar və İddiaçı1 nümayəndəsi Vəkil1 ayrıayrılıqda iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçı1 əlavə olaraq göstərmişdir ki, miras qoyan qayınanasının vəfatından sonra əri Əzizağa sağ olmuş, sonradan bir il yataq xəstəsi olmaqla vəfat etmiş, cavabdeh ailəsi ilə hazırda miras qalmış mübahisləndirdikləri evdə yaşamışdır. Əvvələr həyətlərində bir ev olmuş, sonradan sökülərək yerində yeni ev tikilmişdir. Həmin evlə onun özünün ailəsi yaşadığı ev, bir həyətdə yerləşmişdir. Miras qoyan qayınanası Səfra bir müddət sonra cavabdehlə, sonuncunun evində yaşamağa başlamışdır. Miras qoyan, cavabdehlə yaşadığı müddət ərzində o, hər gün onun qulluğunda durmuş və öz evinə ancaq gecələmək üçün gəlmişdir. Miras qoyan 1995-ci ildə vəfat etdikdən sonra da onlar həmin həyətdən və evdən istifadə etmiş, həmin evə gediş - gəlişləri olmuşdur. Miras qoyan vəfat edəndən sonra onun dəfn mərasimində iştirak etməklə mirası faktiki olaraq qəbul etmişlər. Əri Əzizağa isə 2003cü ildə vəfat etmişdi. Evlə əlaqədar qardaşlar və onlar arasında heç vaxt mübahisə olmamışdır. Vəsiyyətnaməni notarius tərtib etmişdir. Şübhələr var ki, orada icra edilmiş imza ərinin imzası deyil. Vəsiyyətnamədə lazımi məlumatlar tam əks olunmamışdır. Vəsiyyətnamə üzrə evin cavabdehin adına rəsmiləşdirlməsindən 2024-cü ildə xəbər tutmuşdur. Həmin vaxtdan başlayaraq cavabdehlə aralarında narazılıq yaranmışdır. İddiaçı3 əlavə olaraq göstərmişçdir ki, miras qoyan onun nənəsi olmuşdur. Nənəsinin sağlığında ona o qulluq etmişdir. Nənəsi ona bildirmişdir ki, qab-qacağını ona verəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçılardan İddiaçı2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin, məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıların mübahisələndirdikləri evi özü tikmiş, anası vəsiyyətnamə saxladığı zaman özünü yaxşı hiss etmiş və ona bildirmişdir ki, “evi özün tikmisən, buna görə də adına rəsmiləşdir.” Özü hətta iddiaçıların hazırda yaşadıqları evin 1-ci mərtəbəsini də tikmişdir. Vəsiyyətnamə saxlamaq üçün o, notariusu evlərinə dəvət etmiş, evlərinə bacı və qardaşlarını dəvət etmiş, anası onların yanında notariusa bildirmişdir ki, evini ona vəsiyyət edir. Bacı və qardadaşları bununla razılaşmışlar. Daha sonra 1-ci iddiaçı evləri arasında olan sahəni taxta çəpərlə ayırmış, bir müddətdən sonra özü həmin taxta çəpəri daş çəpərlə əvəz etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 1-ci iddiaçının əri olmuş qardaşı Əzizağa ilə evlə əlaqədar mübahisələri olmamış, analarının vəfatından sonra Əzizağa vəsiyyətnaməni mübahisələndirməmiş, mirasın qəbulu ilə bağlı heç yerə müraciət etməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 da iddianı qəbul etməyib göstərmişdir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları olmamışdır. İlk növbədə iddiaçılar Əzizağa tərəfindən mirası qəbul etdiyini sübut etməlidirlər. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisinin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X19 iddianı qəbul etməyib miras qoyanın ölümünə 03 gün qalmış vəsiyyətnamə saxlaması qanuna zidd olmadığını bildirib onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş 3-cü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.
TƏDQİQ OLUNMUŞ SÜBUTLAR :
İş materiallarında olan 151 nömrəli “Qeydiyyat Vəsiqəsi”nin və arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən bir mərətəbəli, dörd otaqlı, ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. Ev 1991-ci ildə tikilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 bütün əmlakını, o cümlədən, M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmiş və bütün vərəsələri vərəsəlik hüqundan məhrum etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan dövlət notariat konturuna Cavabdeh2 tərəfindən yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, müraciətində mərhum Səfra Gənciyevadan miras qalmaqla ona vəsiyyət edilmiş vəsiyyətnamədə qeyd olunan əmlak barədə ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi xahiş etmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlak barədə Cavabdeh2 sözügedən şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arxiv arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 1943-cü ildə doğulmuş Əzizağa Gənciyev və xx.xx.1946-cı ildə doğulmuş Cavabdeh2 anası olmuşdur. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X16 xx.xx.1974-cü il tarixdə evlənmiş və qadına “Gənciyeva” soyadı verilmişdir İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçılardan Şəlalə ilə Nicat, eləcə də X2 ilə İddiaçı1 birgə nikahlarından doğulmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür Teymur xx.xx.1998-ci il tarixdə, Əzizağa Gənciyev isə xx.xx.2003-cü il tarixdə ölmüşlər. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, 2094 nömrəli Lənkəran ŞİHB-nın Port-İliç şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ölərkən onun ailə üzvləri cavabdeh, onun arvadı və uşaqlarından ibarət olmuşlar.
ƏSASLANDİRİCİ HİSSƏ:
Məhkəmə, məhkəmə iclasına gəlmiş iddiaçıları və İddiaçı1 nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, ilk növbədə iddiaçıların hazırki tələblə bağlı iddia verməyə müvafiq subyektiv hüquqa malik olub-olmamaları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Bu hüquqi mövde öz əksini “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır. Məhkəmə qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından müəyyən olunur ki, miras qoyan X15 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli üçün mübahisəli hüquq münasibətinin yarandığı 1995-ci ildə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normalarına istinad edilməlidir. Həmin, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 528ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə qeyd edir ki, miras qoyan X6 vərəsələrindən biri 1-ci iddiaçının əri, digər iddiaçıların isə atası X17 olmuşdur. Sonuncu xx.xx.2003-cü il tarixdə vafat etmişdir. İddiaçıların hazırki iddianı qaldırmağa sübyektiv hüquqlarının yaranması üçün zəruri şərt - X17 tərəfindən mərhum anası X3 miras qalmış əmlakı qəbul etməsidir. İddiaçılar, əsasən də 1-ci iddiaçı, öz iddia ərizələrində, eləcə də məhkəmə iclasında göstərmişlər ki, cavabdeh ailəsi ilə hazırda miras qalmış mübahisləndirdikləri evdə yaşamışdır. Həmin evlə, onun özünün yaşadığı ev bir həyətdə yerləşir. Miras qoyan qayınanası Səfra bir müddət sonra cavabdehlə, sonuncunun evində yaşamağa başlamışdır. Miras qoyan, cavabdehlə yaşadığı müddət ərzində o, hər gün onun qulluğunda durmuş və öz evinə ancaq gecələmək üçün gəlmişdir. Miras qoyan vəfat etdikdən sonra da onlar həmin həyətdən və evdən istifadə etmiş, həmin evə gediş - gəlişləri olmuşdur. Miras qoyan vəfat edəndən sonra onun dəfn mərasimində iştirak etməklə mirası faktiki olaraq qəbul etmişlər. Məhkəmə hesab edir ki, miras qoyan tərəfindən saxlanılmış vəsiyyətnaməni nəzərə almadan, məhkəmə ilk növbədə onun 1-ci növbəli vərəsələrindən olan Əzizağa tərəfindən mirası qəbul edib-etməməsi aydınlaşdırılmalıdır. Çünki, miras qoyanın vəfat etdiyi zaman onun 1-ci növbəli vərəsələrindən olan 1-ci iddiaçının əri, digər iddiaçıların isə atası olmuş Əzizağa sağ olmuş və anasının vəfatından 08 il keçdikdən sonra vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 1-ci iddiaçı (yəni miras qoyanın gəlini) ümumiyyətlə miras qoyanın vərəsəsi deyildir. Digər iddiaçılar (yəni miras qoyanın nəvələri) qanun üzrə miras qoyanın 1-ci növbə üzrə vərəsələri statusunda olmamışlar. Belə ki, həmin vaxt qüvvədə olmuş və yuxarıda qeyd olunmuş Mülki Məcəllənin 532ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 532-ci maddəsinin mənasına görə hazırki iş üzrə digər iddiaçılar o vaxt miras qoyan nənələrinin vərəsəsi hesab oluna bilərdilər ki, onların ataları Əzizağa miras qoyan vəfat etdiyi zaman sağ olmasın. Lakin iş materiallarından görünür ki, onların ataları Əzizağa miras qoyan vəfat etdiyi zaman sağ olmuş və miras qoyanın vəfatından 08 il sonra vəfat etmişdir. Buna görə də, miras qoyanın vəfatından sonra hətta iddiaçıların miras əmlaka yiyələnmələri belə, mirasın qəbulu kimi qəbul edilə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, miras qoyan vəfat etdiyi zaman onların ataları Əzizağa sağ olduğundan, onlar 1-ci növbə üzrə vərəsə statusunu əldə etməmişlər. Yuxarıda qeyd edildiyi kimi, 1-ci iddiaçı isə ümumiyyətlə miras qoyan qayınanasının vərəsələrinin dairəsinə daxil deyildir. İddiaçılar, miras qoyanın 1-ci növbə üzrə vərəsəsi olmuş Əzizağa Gənciyev tərəfindən də mirasın qəbulunu təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə onlar bildirmişlər ki, miras qoyan cavabdehin evində, onlar isə mərhum Əzizağa Gənciyevlə birlikdə həmin həyətdə olan digər bir evdə yaşamışlar. Təsərrüfatları ayrı olmuşdur. X29 miras qoyanın dəfn mərasimində iştirak etmiş olsa belə, bu hal yenə də mirasın qəbulu kimi qiymətləndirlə bilməz. Çünki, yuxarıda qeyd olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi, vərəsənin dəfn mərasimində iştirak etməsi, mirasın qəbul edilməsi hesab edilmir. Vərəsə mirası qəbul etmək üçün ən azı miras əmlakı faktiki surətdə idarə etməyə başlamalı və ya mirasa yiyələnməlidir. İşin hallarından görünür ki, Əzizağa Gənciyev anasının vəfatından sonra 08 il yaşasa da, nə miras əmlakı idarə etməyə başlamış, nə mirasa yiyələnmiş, nə də ki, mirasın qəbulu ilə bağlı ərizə ilə notariat orqanına müraciət etmişdir. Yəni hazırki iş üzrə vəsiyyətnamənin saxlanılması nəzərə alınmasa belə, Əzizağa Gənciyev mirası qəbul etməmişdir. O, mirası qəbul etmədiyindən onun vərəsələri olan iddiaçıların hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüquqları olmamışdır. Məhkəmə qeyd edir ki, MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçılar özlərinin əsl iddiaçı ilə əvəzlənmələrinə dair məhkəməyə yazılı razılıq verməmişlər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı verməyə sübyektiv hüquqları olmadığı üçün, iddia təmin edilməməlidir. Məhkəmə iddiaçıların iddia ərizələrində istinad etdikləri bir sıra əsaslara aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki iddiaçılar, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Miilki Məcəlləsinin 1193 və 1194-cii maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə göstərmişlər ki,
1. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır.
2. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.
3. zərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. İddiaçılar Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına istinad edərək göstərmək istəmişlər ki, vəsiyyətnaməni mübahisələndirməsələr belə, onların miras əmlakda məcburi payları vardır və onun qəbulu hər hansı xüsusi qəbul etmə müddətindən asılı deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, qüvvədən düşmüş Müki Məcəlləyə əsasən mirasda məcburi payı almaq hüququ yalnız 1-ci növbə üzrə vərəsələrə və ölənin himayəsində olanlara şamil edilirdi. Hazırda qüvvədə olan Mülki Məcəlləyə əsasən isə yalnız 1-ci növbə üzrə vərəsələrə şamil edilir. Belə ki, miras qouyan vəfat etdiyi zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən isə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin mövqe öz əksini iddiaçıların da istinad etdikləri Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında tapmışdır. İddiaçılar nə miras qoyanın valideynləridirlər, nə əri və ya arvadıdırlar, nə uşaqlarıdırlar, nə də ki, miras qoyanın (ölənin) himayəsində olmamışlar. Buna görə də onların mirasda məcburi payları yoxdur. Bundan başqa qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.” Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin 2023-cü il 26 dekabr tarixli Qərarında mirasın qəbulu üçün nəzərdə tutulmuş xüsusi müddətlə bağlı müddəa Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsi ilə bağlı deyil, həmin münasibətləri tənzimləyən və hazırda qüvvədə olan Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşməsi ilə bağlıdır. Yəni, Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirasın qəbulu üçün vərəsəlik açılan gündən altı ay müddət nəzərdə tutulurdusa, 2023-cü il 26 dekabr tarixdən sonra mirasın qəbulu üçün xüsusi müddət nəzərdə tutulmur. Mirasın qəbulu üçün xüsusi müddətin nəzərdə tutulmaması ilə bağlı Konstitusiya Məhkəməsi özünün hər iki Qərarında qeyd etmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilir. İddiaçılar daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinad etməklə göstərmişlər: “İşin hallarına görə, miras qoyan S.Səfərova 2014-ci il 18 noyabr tarixində vəfat etmişdir. O, 12 iyul 2013-cii il tarixli vəsiyyətnamə ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini, bank əmanətlərini, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakım övladı Nəriman Səfərova vəsiyyət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, anasının dəfn mərasiminin təşkilində iştirak etməklə mirası qəbul etdiyini nümayiş etdirmiş, bu səbəbdən miras əmlakda məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina etmişdir. Cavabdeh iddiaya etiraz edərək anasının dəfn mərasimi ilə bağlı bütün xərcləri təkbaşına ödədiyini, iddiaçının dəfn mərasimində iştirak etmədiyini, anasının ona vəsiyyətnamə qoyduğunu, mirasın yalnız onun tərəfindən qəbul edildiyini bildirməklə, iddiaçının mirası qəbul etmədiyini vurğulamışdır. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cii il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, miras əmlaka N.Səfərovun 1/22 hissədə payının müəyyən edilməsi qət edilmişdir Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli Qərarına (bundan sonra - Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarı) istinadən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məcburi payından imtina etmədiyi üçün miras qoyanın 11 nəfər vərəsəsinin olması nəzərə alınmaqla iddiaçının miras kütləsi üzərində 1/22 payı müəyyən edilməlidir.” İddiaçılar qeyd olunan Konstitusiya Məhkəməsinin qərarına istinad edərək göstərmək istəmişlər ki, Əzizağa Gənciyev anasının dəfn mərasimində iştirak etməklə mirası qəbul etmişdir. Onlar iddia ərizələrində özlərinin də miras qoyanın dəfn mərasimində iştirak etdiklərini göstərmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş mülki iş üzrə vərəsə dəfn mərasimdə iştirak etdiyinə görə deyil, dəfn mərasiminin təşkilinə görə mirası qəbul etmiş hesab edilmişdir. Dəfn mərasimində iştirakla, həmin mərasiminin təşkil olunması fərqli-fərqli anlayışlardır. Birinci halda vərəsə, digər kənar şəxslər kimi dəfn mərasimində sadəcə iştirak edir, ikinci halda isə vərəsə onun təşkili ilə məşğul olur, əməyini və vəsaitini sərf edir, həmin təşkilatı işlərlə əlaqədar miras qoyandan qalmış miras əmlakdan istifadə edir və s. hərəkətlər etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirir. Məhz ikinci halda vərəsə mirası qəbul etmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
NƏTİCƏ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qətetdi: İddia təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Muradağa Qasımov