Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1712/2024 12.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 12 iyul 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edədər cavabdehdən 1500 manat məbləğində pulun və ödədiyi 36.40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırır ki, evində iki dəst mebel var idi. Qızına toy etmək lazım idi. Maddi imkanı olmadığı üçün həmin mebelləri satmaq qərarına gəlmişdir. Lənkəran şəhərində bir neçə mebel maqazaları gəzmiş, orada işləyən şəxslərdən biri ona bildirmişdir ki, ikinci əl mebelləri Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən “Lalafo” mağazasında götürürlər. xx.xx.2022-ci il tarixdə Gərmətük qəsəbəsində yerləşən “Lalafo” mağazasına getmiş və orada satıcı ilə söbət etmişdir. Həmin günü evdə olan zaman cavabeh Cavabdeh yaşadığı Lənkəran rayonu Girdəni kəndinə gəlmiş, evində iki dəst, yəni qonaq və yataq dəsti mebellərinə baxıb, hər iki dəst mebellərə 1500 manat dəyərində qiymət vermişdir. Həmin vaxt iki dəst mebelləri qonşulları X1, X2, X3 və X4 və X5 yanında özünə məxsus “FORD” markalı dövlət qeydiyyatlı avtomobilə yükləyib özünə məxsus Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən “Lalafo” mağazasına aparmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə mebelləri özünə məxsus mobil telefon nömrəsinin WhatsApp sosial şəbəkəsində satılması barədə paylaşmışdır. Həmin paylaşmada “Vitrin malıdır. Təzə qonaq dəsti şok qiymətə təzə “sözləri yazmışdır. Həmin foto şəkilləri işə əlavə edir. Cavabeh mebelləri ondan alan bir gündən sonra satmışdır. Lakin 1500 manat pulu ona verməmişdir. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, sonuncu ona heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Bu barədə DİN-nin 102 xidmətinə zəng vurub cavabehin onu aldatması barədə məlumat vermişdir. Cavabdeh Lənkəran Rayon Polis şöbəsinin təhqiqat bölməsinə gəlməkdən yayınmışdır. Lənkəra rayon polis şəbəsinin təhqiqatçısı Orucəli Mürşüdzadə onun istifadəsində olan 050-714- 49-98 nömrəsinə zəng etmişdir. Cavabdeh təhqiqatçıya mebelləri almasını və 1500 manat verəcəyini bildirmişdir. Bu səbəbdən də Lənkəran rayon polis şöbəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli ayrıca qərardadı ilə iddiaçının ərizəsi təmin olunaraq hazırki mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təhqiqat araşdırması zamanı Cavabdeh ilə ***-***-**-** telefon əlaqəsi saxlanılaraq izahatının alınması üçün Lənkəran ŞRPŞ-nə dəvət edilsə də, telefon danışığı zamanı sonuncu Bakı şəhərində olduğundan Lənkəran ŞRPŞ-nə gələrək izahat verə bilməyəcəyini, həmçinin İddiaçı məxsus mebelləri mağazasında satdığını, mebellərin pulunu verəcəyini bildirmişdir. Toplanmış materialın təhlilindən görünür ki, Lənkəran rayonu Girdəni kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə “Lalafo.az” saytında işləyən Cavabdeh məxsus mağazaya 1500 manat dəyərində olan mebellərini satması üçün aparıb qoymuş, lakin sonuncunun onun mebellərini satsa da pulunu verməmişdir. Həmçinin araşdırma zamanı Cavabdeh İddiaçı məxsus mübülləri mağazasında satdığını, mübüllərin pulunu verəcəyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının satdığı mebellərin dəyərinin qaytarılmaması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Yuxarıda qeyd olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023cü il tarixli qərardan görünür ki, iddiaçı mebellərini nisyə olaraq cavabdehə satmış, cavabeh iddiaçıdan aldığı mebellərə görə 1500 manat pulu qaytarmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə satış əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən malın qiymətini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh nisyə satış əsasında iddiaçıdan malı almasına dair hüquqund tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı nisyə verdiyi mala görə dəyərini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehə iddia ərizəsinin surəti göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilsə də, o, iddiaya qarşı etiraz verməmiş, məhkəmə iclasına gələrək iddiaya münasibətini bildirməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübut iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən, cavabdeh iddiaçıdan 1500 manat dəyərində nisyə mebellər almış, lakin mübüllərin pulunu ödəməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh məhkəməyə heç sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 35.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 1500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun məbləği olan 35.40 manat məbləğində pul cavabdehdən alınalaraq, iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 35.40 manat, cəmi 1535.40 (bir min beş yüz otuz beş manat) 40 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh, qiyabi qətnaməni aldıqdan sonra on gün müddətində qətnamənin ləğv edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(049)-1712/2024
Lənkəran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(049)-1712/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver