Məhkəmə qərarları › İş №2(049)-1714/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1714/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1714/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİR HİSSƏ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 531 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh daha əvvəldən tanımış, sonuncu dəfə Cavabdeh ondan borca qızıl istəmiş, o isə onu əvvəldən tanıdığı üçün Aynurəyə etibar etmiş və xx.xx.2024-cü il tarixdə qiyməti 666 manat, əyarı 585, çəkisi 5,21 qram olan qızıl boyunbağını satmışdır. Cavabdeh həmin məbləği 8 aya, hər ay 83 manat olmaqla ödəməli idi. Lakın cavabdeh qeyd edilən 666 manat borcdan 2024-cü ilin iyun ayinin 5-də 85 manat, avqust ayının 6-da 50 manat olmaqla, cəmi 135 manat ödəmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh qalan 531 manat borcunu ödəməkdən yayınmışdır. Qeyd olunanları təsdiq edə biləcək sübutları-aralarında bağlanmış müqavilə və vatsap yazışmalarıdır. Cavabdeh borcunun olduğunu inkar etmir və hər dəfə ödəyəcəyini bildirərək onu müxtəlif bəhanlər ilə yubadır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə verərək iş üzrə təqdim etdiyi sübutların iş materiallarına əlavə edilməsini və işə onun iştirakı olmadan baxılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. ƏSASLANDİRİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2024-cü il tarixdə iddiaçı (satıcı) İddiaçı ilə cavabdeh (alıcı) Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı əyyarı 585, çəkisi 5.21 qram və ümumi qiyməti 666 manat olan qızıl sepi, 8 ay müddətinə birinci ay 85 manat, qalan ayları isə hər ay 83 manat ödəmək şərti ilə Cavabdeh mülkiyyətinə vermiş və müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş müxtəlif vaxtlarda aparılan vatsapp yazışmalarının məzmunundan, eləcə də diskdə olan vatsapp yazışmalarının məzmunundan görünür ki, iddiaçı kredit müqaviləsi əsasında verdiyi qızılın pulunu cavabdehdən tələb edir, cavabdeh isə maddi vəziyyətinin yaxşı olmadığını əsas gətirərək qızılın pulunu gecikdirdiyinə görə üzrxahlıqlar edir və borcu ödəyə bilməsi üçün iddiaçıdan ona əlavə möhlət verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehə iddia ərizəsinin surəti göndərilsə də, o, həmin iddiaya öz münasibətini və ya etirazını göndərməmiş, məhkəmə iclaslarına gələrək həmin borcun qaytarıb-qaytarmadığını bildirməmişdir. Məhkəmə onun susqunluğunu iddia ilə razılaşdığı kimi qəbul edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə təsdiq olunduğu üçün iddia tələbi təmin edilməli, Cavabdeh 531 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşdə olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 531 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 561 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar