Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1721/2023 25.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə, «aktın ləğvi və borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 fevral 2023-ci il tarixli, R 284958 saylı aktın etibarsız hesab edilməsi və hesablanmış 700 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəhmətov X2 rayonunun Jidi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda yaşadığı fərdi yaşayış evi yeni tikili olmaqla evin həyətində istifadəyə hazır olmayan sanitar qovşağı tikmişdir. Həmin sanitar qovşağına elektrik xətti çəkmək üçün nəzarətçiyə bildirmişdir. İddiaçı 2023-cü ildə sayğacdan sonra qoşa naqilli xətlə həmin sanitar qovşağa elektrik xətti çəkmişdir. Lakin həmin sanitar qovşağı istifadə olunmadığı üçün həmin xəttə elektrik lampası da qoşmamışdır. xx.xx.2023-cü il tarixdə nəzarətçini kənddə görüb onu evə dəvət etmiş və elektrik xəttinin düzgün çəkib-çəkmədiyini yoxlamasını xahiş etmişdir. Nəzarətçi də həmin xəttə baxıb naqilləri sayğacdan sonra deyil əvvəl çəkildiyini deyərək onları açmamağını və idarənin əməkdaşlarının gəlib baxmasını gözləməyi tapşırmışdır. O, nəzartçinin dediyi kimi İşıq idarəsinin əməkdaşlarının gəlib həmin xəttə baxmağını gözləmiş, iki nəfər tanımadığı şəxs həyətə girərək işıq idarəsindən gəldiklərini və onun qanunsuz olaraq X1 etdiyini qeyd edərək sayğacı yerindən açıb aparmışlar və bu barədə ona heç bir sənəd təqdim etməmiş və heç bir sənədləşmə işi aparmışlar. Həmin vaxtdan hazırki vaxta kimi evin elektrik enerjisinin verilişi dayandırılmışdır. Bir neçə gündən sonra həmin nəzarətçi ona bildirmişdir ki, qanunsuz olaraq çəkdiyi eletrik xəttinə görə ona 700 manat cərimə yazılmışdır. Bu barədə maraqlananda isə bildirmişlər ki, ona smart tipli sayğac qurulmalıdır, lakin sayğac olmadığından quraşdıra bilmirlər. Cərimə sənədini onlardan tələb etdikdə isə 700 manat məbləğində cərimə kimi əlavə borc yazılması barədə sənədi ona verməmişlər və R 284958 nömrəli aktın surətini ona təqdim etmişlər və aktla tanış olduqdan sonra məlum olmuşdur ki, guya 09 fevral 2023-cü il tarixdə Amil Mirayevin, Ceyhun Səlimovun və Rasim Qasımovun iştirakı ilə R № 284958 nömrəli akt tərtib edilmişdir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli akt 2023-ci ilin fevral ayında idarənin əməkdaşları tərəfindən aşkar edilmiş fakta əsasən tərtib edilmişdir. Belə ki, əməkdaşlar iddiaçının evinin elektrik xətti təchizatını ümumi baxışdan keçirən zaman orada sayğacdan kənar elektrik xətti aşkar etmişlər. Bununla bağlı məhkəməyə videogörüntü də təqdim edilmişdir. Sərfiyyatın məbləği isə aktın tərtib olunmasından əvvəlki son 50 günə uyğun hesablanmışdır. Beləliklə tərtib edilmiş akt, eləcə də hesablanmış sərfiyyat tam əsaslıdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı Nəhmətov X2 rayonu Gəgiran kəndində özünə məxsus olan həyətyanı sahəsinə elektrik sayğacından kənar elektrik xətti çəkmişdir. Videogörüntüyə baxış zamanı iddiaçı həmin sayğacdan kənar elektrik xəttinin onun tərəfindən çəkildiyini və videogörentüdə olan elektrik sayğacının abonent kimi ona məxsus olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 fevral 2023-ci il tarixli, 284958 saylı aktdan görünür ki, Lənkəran rayonu, Gəgiran kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinin həyətində elektrik sayğacından kənar çəkilmiş elektrik xəttindən istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan “Əhali istehlakçıları qrupuna aid olan abonentlərun uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, Lənkəran rayonu, Gəgiran kənd sakini İddiaçı “EİQ pozulması” ilə əlaqədar Rİ seriyalı 284958 saylı akta əsasən, 696,67 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 09 fevral 2023-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kənd sakini İddiaçı yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətdən istifadə edilməsi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında ümumilikdə 696,67 manat məbləğində sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib edilmiş aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsini üçün məhkməyə müraciət etmişdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 09 fevral 2023-ci il tarixdə istehlakçi İddiaçı yaşadığı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni elektrik xətti vasitəsi ilə X1 edilmişdir. Bu səbəbdən iddia 09 fevral 2023-cü il tarixli, 284958 saylı aktın etibarsız hesab edilməsinə dair hissədə təmin edilə bilməz. Məhkəmə iddianın elektrik sərfiyyatına görə hesablanmış 700 manat borcun silinməsinə münasibətdə isə qeyd edir ki, tərtib edilmiş 284958 nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 09 fevral 2023-ci il tarixə təsadüf etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı üçün sayğacdan kənar X1 ilə əlaqədar 50 gün üçün - 24 saat müddətinə - 6,38 kvt gücündə X1 ilə əlaqədar borc hesablanmışdır. Ziyanın məbləği hesablanarkən orta günlük iş rejiminin 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 12 saat hesablamalıdır. Beləliklə qeyd edilənlərə əsasən 50 gün hesabat müddəti üçün – 24 saat iş rejimi ilə 696.67 manat sərfiyyatın hesablanmış olması nəzərə alınarsa, 30 gün hesabat müddəti üçün – orta günlük 12 saat iş rejimi ilə hesablanmış sərfiyyatın 209.001 manat məbləğində olması müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 09 fevral 2023-cü il tarixli, Rİ seriyalı 284958 saylı akta əsasən hesablanmış ziyanın həcmi alazdılaraq 209.001 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 fevral 2023-cü il tarixli, Rİ seyiyalı 284958 saylı akta əsasən ziyan qismində hesablanmış sərfiyyatın həcmi azaldılaraq 209.001 manat məbləğində müəyyən edilsin (abonent № **********00201). İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1721/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1721/2023
25.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver