Məhkəmə qərarları › İş №2(049)-1741/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1741/2025

08.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1741/2025 08.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 may 1970-ci il tarıxdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş və Lənkəran rayonu, Biləsər kəndində yaşayan X2 fəliyyət qabiliyyəti olmayan sayılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan olmuşdur və hazırda da həmin kənddə X4 ilə birlikdə yaşayır. X4 xx.xx.1970-ci tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan gəlmə beyin iflici olaraq doğulmuşdur. Valideyinləri onun bununla əlaqədar bütün müalicələrini etdirmişlər. Lakin olunan müalicələrin heç bir nəticəsi olmamışdır. Buna görə də, bacısı hazırda Lənkəran şəhər Psixiatriya xəstəxanasında müalicə olunur. Onun bütün təmizlik və əlavə işlərini o, ailəsi ilə birlikdə görür. Lakin bacısının hər-hansı hüquqlarının həyat keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında, yəni müalicə aldığı xəstəxanalarda lazım olan sənədləşmə işlərinin görülməsində çətinliklər yaranır. Bu çətinliklərin aradan qaldırılmasından ötrü bacısının qəyyuma ehtiyacı vardır. X2 isə ondan başqa heç kimi olmadığından, onun bacısına qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Seriya AA 52298904 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X3 rayonu, Biləsər kəndində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuşdur. X5, anası isə X8r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 85 №-li arayışından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Lənkəran rayonu, Biləsər kəndində yaşayan X9 xx.xx.2019-cu il tarixdən lənkəran Şəhər Psixatriya Xəstəxanasında qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X1 müayinəsi zamanı ona paranoid şizofreniya, Şizofreniya, dərin psixi qüsur vəziyyəti diaqnozu qoyulmuş və o, orqanizm funksiyalarının 90% pozulması səbəbindən birinci dərəcəli əlillik statusu verilməklə əmək qabiliyyətsiz hesab olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi Ambulator Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2630 saylı rəyindən görünür ki, X9 psixi vəziyyətinə görə öz hərəkətinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək əsaslıdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir Məhkəmə, ərizəçinin izahatını dinləyib, ekspert rəyini və işdə olan digər sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi X4nda “Şizofreniya paranoid forma, psixi qüsur halı” müəyyən edimişdir. Bu səbəbdən o, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar