Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1751/2024 10.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2023cü il tarixli. ******* nömrəli akt əsasında hesablanmış 777.60 manat məbləğində borcun silinməsinə dair » tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 040491 nömrəli akt əsasında hesablanmış 777.60 manat qaz borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hazırda Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləriylə birlikdə yaşayır və **********01470 saylı kod üzrə qaz istehlakçısıdı. Yaşadığı evin öz qaz xətti və öz sayğacı vardır. O , həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmiş. Qaz sayğacı onların evilərinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. İstifadə etdiyi sayağcını "Azəriqaz" X1 RQİİ- nin əməkdaşları yaşadığı ünvanda xx.xx.2023-cü il tarixdə dəyişdirmişlər. Sayğacın nə səbəbdən dəyişdirildiyini soruşduqda ona dedilər ki, sayğac növbəti dövlət yoxlamasına getməlidir. "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları tərəfindən Elestr tipli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Onu da bildirim ki, köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plom var idi və bunu "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları da gördülər. Elestr tipli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Son 1 ay ərzində ona məlum olmuşdur ki, guya onun "Azəriqaz" İstehsalat Biriliyinə 777.60 manat borcum var. O? borcun nədən yarandığını örənmək üçün "Azəriqaz" X1 RQİİ-nə getdim və orda mənə bildirdilər ki, guya sayğacın membranınm hərəkətə gətirən qollara kənar təsir vardır. Qaz keçmir, hesablama mexanizmi qaz həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbu ki, onun belə bir aktdan xəbəri olmamış və onu aktla heç kim tanış etməmişlər. Elestr tipli sayğac "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğacda hər hansı bir müdaxilə olmamışdır. Sayğacın qapağındakı plombda hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın "sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasmda qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründükü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı bizim həyətimizdən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli. 80 saylı qərarının "Qazdan istifadə Qaydalarf'nın 4.8 bəndinə və qaz Təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq mən. yəni istehlakçı yox. paylayıcı "Azəriqaz” İstehsalat Biriliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq. Dövlət Laboratoriya rəyinə əsasən Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən mənə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Qeyd etdiyim kimi onun belə aktdan xəbəri olmamışdır. Cərimə aktına əsasən xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş. Dövlət laboratoriya aktı "əsas səbəb" kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən. 90 gün üçün mənə 6480 m3 həcmində itirilmiş qaz yəni 777.60 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa qaz sayğacının üzərində plomb ola-ola o qaz sayğaçına nece müdaxilə edə bilər. Aydın məsələdir ki. bu mümkün deyil. Ona görə də hesab edirəm ki. Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt əsasında ona hesablanmış 777.60 manat məbləğində cərimə silinməlidir Məhkəmə iclasında İddiaçı iddianı tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi və iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2023-cü il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonunun Veravul kəndində fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı ******* saylı qaz sayğacı Elster G-4 tipli, ******* saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacın hesablama Sayğacın membranını hərəkətə gətirən qollar kənar təsir nətıcəısındə sınıqdır.Sayğac istismara yararsızdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8, 8-1 və 9-cu bəndlərində göstərilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh X5 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış ümumi 777.60 manat məbləğində borc silinməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 777.60 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduduqdan ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia əsaslı olduğundan cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar əsasında abonent İddiaçı (abonent kodu: **********01470) hesablanmış ümumi 777.60 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1751/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1751/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver