Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-176/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, X4 nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2, İddiaçı nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili: Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2, Cavabdeh1 nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı X4 cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh1nə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə, İddiaçı Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə, iddiaçı Cavabdeh3 cavabdeh X5 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 (bundan sonra mətndə iddiaçı) cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh1nə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Cavabdeh1 xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş Lənkəran rayonu, Küvənil kəndi ərazsisində sahəsi 1855 kvm olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255kvm olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması barədə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh3 adına verilmiş ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 (bundan sonra mətndə cavabdeh), Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Cavabdeh1 xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh3 adına verilmiş ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 cavabdeh X5 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Lənkəran rayonun Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümümi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin, damının, 0.06238 ha. həyətyanı torpaq sahəsinin və obyektdə olan 36 ədəd "Samsung" markalı kondinsionerin mənə çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılmaqla ona verilməsi və 1 ədəd Ukranya istehsalı olan işıq transfarmatoru ,1 ədəd artizian su quyusu , 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 1 ədəd istilik sistemini təmzinləyən Fondetal -İtalya istehsalı olan, qazla işləyən Aparat ( Katelni) ,elektirik və qaz sayğacları ,yanğın təhlükəzliyi üçün 100 tonluq yeraltı su ambarı,1 ədəd mühafizə otağının istifadə qaydaları müəyyən ediməklə ümumi istifadədə oluması, həmin əşyalardan istifadə etməyinə cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və vəsatəti nəzərə alaraq hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan, işlər birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin hakimi Murad Aslanovun icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü üç mülki iş vardır və məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X4 cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh1nə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(049)-486/2023 nömrəli, İddiaçı Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(049)-176/2023 nömrəli, iddiaçı Cavabdeh3 cavabdeh X5 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(049)-100/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(049)-486/2023 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: iddiaçı X4 cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh1nə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(049)- 486/2023 nömrəli, İddiaçı Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(049)- 176/2023 nömrəli, iddiaçı Cavabdeh3 cavabdeh X5 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(049)- 100/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(049)-486/2023 qeydiyyat nömrəsi saxlanılsın. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-176/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-176/2023
03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver