Məhkəmə qərarları › İş №2(049)-1779/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1779/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1779/2024 03.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mütəxəssisi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını cəlb etdiyi "hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ilə məhkəməyə ərizə ilə müraciət edərək 1968-ci ilin may, iyul, avqust və 1969-cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında Lənkəran rayon İliç adna sovxozunda fəhlə kimi işlədiyi dövrlərdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48- DA-7F/1 -İ-4xx-xx/2023 saylı arxiv arayışının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1955-ci il tarixdə Lənkəran rayonu Port- İliç şəhərində doğulmuşdur. İlk əmək fəaliyyətinə 01 may 1968-ci il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində yerləşmiş İliç adma sovxozunda fəhlə kimi başlamışdır və fasilələrlə 01 avqust 1970-ci il tarixə kimi həmin sovxozda işləmişdir. Daha sonra 01 oktyabr 1970-ci il tarixdən 20 avqust 1971-ci il tarixə kimi Lənkəran şəhər 34 nömrəli texniki peşə məktəbində oxumuşdur. Sonra 21 may 1974-cü il tarixdən 07 iyun 1976-cı il tarixə kimi SSRİ silahlı qüvvələrinin tərkibində xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra 30 mart 1977-ci il tarixdən 03 fevral 1993-cü il tarixə kimi X6 Xidməti Kombinatında işləmişdir. 03 fevral 1993-cü il tarixdə “Laçın" Kiçik Dövlət müəssisəsinə köçürülmüşdür və 04 yanvar 2002-ci il tarixə kimi orada işləmişdir. İşlədiyi bütün təşkilatlarda onun soyadı Ərizəçi kimi qeyd edilmişdir. Təkcə 01 may 1968-ci il tarixdən 01 sentyabr 1968-ci il tarixədək və 01 iyul 1969-cu il tarixdən 01 noyabr 1969-cu il tarixədək Lənkəran rayonu Port-İliç şəhərində yerləşmiş İliç adına sovxozunda fəhlə kimi işlədiyi dövrdə əmək haqqı cədvəllərində adı Etibar kimi qeyd edilmiş, ata adı isə ümumiyyətlə qeyd edilməmişdir. İddiaçıya məxsus bütün hüquqmüəyyənedici sənədlərdə də iddiaçının adı Ehtibar ata adı isə Xanəli kimi qeyd edilmişdir. Hazırda iddiaçı pensiyaya çıxmışdır, lakin 01 may 1968-ci il tarixdən 01 sentyabr 1968-ci il tarixədək və 01 iyul 1969-cu il tarixdən 01 noyabr 1969-cu il tarixədək Lənkəran rayonu Port-İliç şəhərində yerləşmiş İliç adına sovxozunda fəhlə kimi işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyi üçün o, bununla əlaqədar X3 filialına müraciət etmişdir. Orada ona 01 may 1968-ci il tarixdən 01 sentyabr 1968-ci il tarixədək və 01 iyul 1969-cu il tarixdən 01 noyabr 1969-cu il tarixədək Lənkəran rayonu Port-İliç şəhərində yerləşmiş İliç adına sovxozunda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən arxiv arayışı verilmişdir. Həmin arxiv arayışını o, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin həmin arxiv arayışında 01 may 1968-ci il tarixdən 01 sentyabr 1968-ci il tarixədək və 01 iyul 1969-cu il tarixdən 01 noyabr 1969-cu il tarixədək Lənkəran rayonu Port-İliç şəhərində yerləşmiş İliç adma sovxozunda fəhlə kimi işlədiyi dövrü özündə əks etdirən əmək haqqı cədvəllərində adı Etibar kimi qeyd edilmiş, ata adı isə ümumiyyətlə qeyd edilməmişdir. Ona görə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında bununla əlaqədar bildirmişlər ki, bu uyğunsuzluğu aradan qaldırmaq üçün o, məhkəməyə müraciət etmişdir. Çünki, hazırda Lənkəran rayonu Liman şəhərində yerləşmiş Lənkəran rayon İliç adına sovxozu mövcud deyildir, həmin sovxoz çoxdan ləğv edilmişdir. Ona görə də iddiaçı həmin uyğunsuzluğu aradan qaldırmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mütəxəssisi Nümayəndə izahatında ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirdi ki, ərizəçini tanıyır. Özünün 24 yaşı olanda Lənkəran rayon İliç adına sovxozunda işləmiş, həmin vaxtlar ərizəçi anası ilə birlikdə sahədə su daşımışdır. Ərizəçinin ailəsi böyük olmuşdur. Ərizəçi ilə birlikdə Lənkəran rayon İliç adına sovxozunda işləmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirdi ki, 1968-1969-cu illərdə Lənkəran rayon İliç adına sovxozunda işlədiyi dövrdə ərizəçi də onunla birlikdə işləmişdir. Ərizəçini həmişə Etibar kimi çağırmışlar, sənəddə adının necə yazılmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48- DA-7F/1 -İ-4xx-xx/2023 saylı arxiv arayışından görünür ki, X7 rayon İliç adına sovxuzad 1968-1969-illərdə əmək haqqı almışdır. Lakin həmin illər üzrə əmr kitabları X8 filialına təhvil verilmədiyindən işə qəbulu və işə azad olunmasaı barədə əmri yoxdur. Lənkəran rayon İliş adına sovxuzun 1967-ci il əmək kitabında Lələyev Etibarın adı Ərizəçi yazılmışdır. 1970-ci ilə aid əmək haqqı kitablarında Lələyev Etibarın adı müəyyən olunmuşdur. 1968-1969-cu illərin əmək haqqı kitablarında Lələyev Etibarın ata adı yazılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 17 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-1-242276/2023 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsində imtina olunması haqqında məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış X3 filialında saxlanılan İliç adına sovxuzda1968-ci ildə işləmiş fəhlə və quluçuların siyahısının 45-ci sırada Ərizəçi adı qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış X3 filialında saxlanılan İliç adına sovxuzda1968-ci ildə işləmiş fəhlə və quluçuların siyahısının 827-ci sırada İsmayılova Səriyyənin adı qeyd edilmişdir. Məhkəməyə təqdime edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış X3 filialında saxlanılan İliç adına sovxuzda1969-cu ildə işləmiş fəhlə və quluçuların siyahısının 35-cı sırada Lələyev Etibar adı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.5-ci maddəsinin tələblərinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi şəxsiyyət vəsiqəsində ad soyad “Ərizəçi” olduğu halda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48- DA-7F/1 -İ-4xx-xx/2023 saylı arxiv arayışında isə Ərizəçi yazılmaq əvəzinə Lələyev Etibar yazılmışdır.. Bu səbəbdən sənədlər arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə, tərəflərin izahatlarını, xüsusilə şahidlərin ifadəsini və məhkəməyə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən təqdim edilmiş Lənkəran rayonu, İliç adına sovxuzda1968-1969-cu illərdə işləmiş fəhlə və quluçuların siyahısına əsasən hesab edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48- DA-7F/1 -İ-4xx-xx/2023 saylı arxiv arayışı Ərizəçi məxsus olması faktının müəyyən edilməsini mümkündür. Belə ki, şahid Sürəyya İsmayılova ilə Ərizəçi məhkəməyə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən təqdim edilmiş siyahıda adlarının olması, habelə şahidin ərizəçini uzun müddət tanıması kimi hallar məhkəməyə bu qənaətə gəlməyə əsas verir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307.2.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1968-ci ilin may, iyul, avqust və 1969-cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında Lənkəran rayon İliç adna sovxozunda fəhlə kimi işlədiyi dövrlərdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48- DA-7F/1 -İ-4xxxx/2023 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar