Məhkəmə qərarları › İş №2(049)-1799/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1799/2023

09.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1799/2023 09.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X24 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 nümayəndəsi Lənkəran Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Tağıyeva (Şahmarova) Səltənət Həsən qızı və Cavabdeh6 qarşı mirasın vərəsələr arasında bölünməsi və payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında 09 avqust 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Tağıyeva (Şahmarova) Səltənət Həsən qızı və Cavabdeh6 qarşı miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyən edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Səltənət xanımın soyadı “Şahmarova”dır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh5 Həsən qızı mərhum oğlu Rövşənin arvadı olmuş, onun ölümündən sonra digər oğlu olan cavabdeh Elxanla evlənərək sonuncunun arvadıdır. Cavabdeh6 isə oğlu Rövşənin qızı, onun isə nəvəsidir. Digər cavabdehlər onun doğma övladlarıdırlar. O, xx.xx.1956-cı il tarixdə X16 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahla dövründə ünvan 1 ünvanında ev əldə etmişlər. Həmin ev dövlət qeydiyyatına alınaraq bu barədə xx.xx.2022-ci il tarixdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da alınmışdır. Əri İmran 27 02.1973-cü il tarixdə vəfat etmiş və cavabddehlər olan övladları həmin vaxt yetkinlik yaşına çatmadıqlarından, onun himayəsində qalmaqla əri ilə birlikdə əldə etdikləri evdə yaşayıb mirasa yiyələnmişlər. Vərəsələrdən oğlu Rövşən xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Rövşənin vərəsələri o özü, vəfat etdiyi zaman onunla rəsmi nikahda olmuş Cavabdeh5 Həsən qızı və 4 yaşlı qızı Cavabdeh6dırlar. Hesab edir ki, mərhum ərinin mülkiyyətində olmuş və ondan miras qalmış torpaq sahəsinin və üzərində olan evin yalnız ikidə bir hissəsi qanun üzrə vərəsələr arasında bölünməklə paylar müəyyən edilməlidir. Belə ki, həmin əmlak mərhum əri ilə birgə nikahda olduqları müddətdə əldə edildiyindən onun qeyd olunan əmlakda-ikidə bir hissədə mülkiyyət payı vardır. O, ərindən miras qalmış paydan öz qanun üzrə vərəsəlik payını tələb edir. Digər vərəsələrdən qızları Elza ilə Fərqanə notarial qaydada ərizə verərək mərhum atalarından miras qalmış bütün əmlaklardakı paylarından qardaşları, onun isə oğlu olan cavabdeh Elxanın xeyrinə imtina etmiş, qızı Rəvanə notarial qaydada ərizə verərək mərhum atasından miras qalan əmlakı qəbul etmədiyini və bununla əlaqədar gələcəkdə müraciət etməyəcəyini bildirmiş, oğlu Elxan özünə çatan miras payı tələb edir, mirası qəbul etmiş mərhum oğlu Rövşənin vərəsələri Türkan notarial qaydada ərizə verərək mərhum babasından miras qalan əmlakı qəbul etmədiyini və bununla əlaqədar gələcəkdə müraciət etməyəcəyini bildirmiş, Səltənət isə ümumiyyətlə heç bir fikir bildirməmişdir. Hazırda qeyd olunan miras əmlakla bağlı cavabdeh olan oğlu Elxanla aralarında mübahisə vardır. Özləri öz aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sadalanları nəzərə alaraq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən X8 mülkiyyətdində olmuş və ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 0,024 ha torpaq sahəsi və üzərində olan 90.0 kv.m evin ikidə bir hissəsinin vərəsələr arasında bölünməsi, həmin əmlakda onun ümumilikdə 8/12 hissədə, Cavabdeh4 isə 4/12 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi, Nümayəndə iddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən X8 mülkiyyətdində olmuş və ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 0,024 ha torpaq sahəsi və üzərində olan tikilmiş 90.0 kv.m evin ikidə bir hissəsinin, yəni 50%-nin vərəsələr arasında bölünməsi və həmin əmlakda miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Nümayəndə iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu Rövşənin vəfatındn sonra İddiaçı oğlundan miras qalmış əmlakı qəbul etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, atasından miras qalmış evi atası ilə anası rəsmi nikahda olduqları dövrdə əldə etmişlər. Atası vəfat etdiyi zaman yetkinlik yaşına çatmamış və anası ilə birlikdə atasından miras qaldığı evdə faktiki olaraq yaşamaqla mirası qəbul etmişdir. Cavabdehlərdən ondan yaşca kiçik olan bacıları Fərqanə və Rəvanə, eləcə də qardaşları Elxanla mərhum Rövşən də, atalarının vəfatı zamanı azyaşlı olmaqla analarının himayəsində yaşamaqla miras əmlaka yiyələnib onu qəbul etmişlər. O və bacısı Fərqanə xx.xx.2011-ci il tarixdə Lənkəran Notariat Kontoruna ərizə verərək ataları X8 ölümündən sonra miras qalmış əmlakdan özlərinə çatan paylarından qardaşları Elxanın xeyrinə imtina etmişlər. Onlardan əvvəl isə xx.xx.2011-ci il tarixdə bacıları Rəvanə də Lənkəran Notariat Kontoruna ərizə verərək ataları X8 ölümündən sonra qalmış miras əmlakı qəbul etmədiyini və vərəsəlik haqqında şəhadətnamənin qardaşları Elxana verilməsinə razı olduğunu bildirmişdir. Hazırda mirasdakı payından anasını xeyrinə imtina etdiyini nəzərə alaraq müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 da Cavabdeh1 izahatına uyğun izahat verərək hazırda mirasdakı payından anasını xeyrinə imtina etdiyini nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh4 iddianı qismən qəbul edib göstərmişdir ki, atasından miras qalmış evi atası ilə anası rəsmi nikahda olduqları dövrdə əldə etmişlər. Atası vəfat etdiyi zaman azyaşlı olmuş və anası ilə birlikdə atasından miras qaldığı evdə faktiki olaraq yaşamaqla mirası qəbul etmişdir. Cavabdehlərdən olan bacıları da, eləcə də mərhum qardaşı Rövşən də atalarının vəfatı zamanı azyaşlı olmaqla analarının himayəsində yaşayaraq miras əmlaka yiyələnib onu qəbul etmişlər. Lakin 2011-ci ildə bacıları Elza, Fərqanə və Rəvanə mirasdakı paylarından onun xeyrinə imtina etmişlər. Buna baxmayaraq onlar hazırda öz ərizələrindən imtina edərək öz paylarını analarına vermək istəyirlər. Hesab edir ki, artıq onlar öz paylarından onun xeyrinə imtina etdiklərindən, onların da payları onun xeyrinə hesablanmalıdır. Onun xeyrinə imtina olunmuş paylarla bərabər mirasdakı payının müəyyən olumasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh5 Həsən qızı və onun nümayəndəsi, eyni zamanda da cavabdeh olan Cavabdeh6 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların xx.xx.2023-cü il tarixdə verdikləri izahatları ilə kifayətlənərək işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Cavabdeh5 Həsən qızının nümayəndəsi Cavabdeh6 göstərmişdir ki, iddiaçı nənəsidir. İddiaçı atası Rövşənin anasıdır. Cavabdeh5 Həsən qızı isə onun anasıdır. Anası mərhum Rövşənin arvadı olmuş, sonuncunun vafatından sonra anası öz qaynı, hazırki iş üzrə cavabdeh olan Elxanla ailə həyatı qurmuşdur. Atası Rövşən babasının ölümündən sonra mirası qəbul etmiş, anası Səltənət də Rövşənin vəfatından sonra sonuncudan miras qalmış əmlakı qəbul etmişdir. Anası öz mirasdakı payından əri Elxanın xeyrinə imtina edir. Məhkəmədən anasının mirasdakı payından əri Elxanın xeyrinə imtina etdiyini nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul edərək göstərmişdir ki, o, mərhum Rövşənin qızıdır. xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə verərək vəfat etmiş babası X8 ölümündən sonra miras əmlakı qəbul etmədiyini göstərmişdir. Hazırda isə mirasdakı payının müəyyən olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh6 vəkili Vəkil iddianın ilkin varianta təmin olunmasını və miras payda Cavabdeh6 faktiki olaraq mirasa yiyələndiyini nəzərə alaraq mirasda onun da payının müəyyən olunmasını xahiş etmişdir. O, iddianın dəqiqləşdirlməsi barədə ərizəni qəbul etmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Elza, Fərqanə və Rəvanə 2011-ci ildə mirasdakı öz paylarından qardaşları olan cavabdeh Elxanın xeyrinə imtina etmişlər. Buna görə də onların mirasdakı payları da Elxanın xeyrinə hesablanmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 və 3-cü şəxs (iddia ərizəsində səhvən maraqlı tərəf kimi göstərilmiş) Maraqlı şəxsnə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Tərəflər bildirmişlər ki, Cavabdeh2 hazırda xaricdə yaşayır. Maraqlı şəxs notariusu isə xidməti zərurəti ilə əlaqədar məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını, məhkəmə iclasına gəlmiş tərəflərin və nümayəndələrin izahatlarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə iddiaçı X2 İmran Nəhmət oğlu ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra iddiaçıya “Şahmarova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən və arayışlardan görünür ki, İddiaçı və X8 birgə nikahından xx.xx.1957-ci il tarixdə cavabdehlər X19, xx.xx.1958-ci ildə Cavabdeh4, xx.xx.1960-cı il tarixdə X10, xx.xx.1966-cı il tarixdə X12 və xx.xx.1966-cı il tarixdə X13 adlı beş uşaqları anadan olmuşlar. Məhkəmə qeyd edir ki, çox ehtimal ki, X5 doğum tarixi xx.xx.1966-cı il olmuş, lakin, mexaniki səhvə yol verilərək xx.xx.1966-cı il göstərilmişdir. Çünki, ondan əvvəl xx.xx.1966cı il tarixdə bacısı Rəvanə doğulmuş və onun doğumundan 10 gündən sonra Rövşənin doğulması qeyri mümkündür. Lakin Rəvanənin doğumundan 11 aydan sonra onun doğulması mümkündür. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 yerləşən 0.024 ha torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 90,0 kvm. olan ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mərhum əri X8 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında tərəflər bildirdilər ki, qeyd olunan ev miras qoyanla iddiaçının birgə nikahları dövründə əldə edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X16 xx.xx.1973-cü il tarixdə, onun oğlu X17 isə xx.xx.1995-ci il tarixdə ölmüşlər. İş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X19 xx.xx.1983-cu il tarixdə rəsmi nikaha girdikdən sonra “Rzayeva”, X10 xx.xx.1978-ci il tarixdə rəsmi nikaha girdikdən sonra “İbrahimova”, X11 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha girdikdən sonra “Şahmarova” soyadını qəbul etmişlər. İş materiallarında olan “X7” AQİS-dən Çıxarışdan görünür ki, X14 xx.xx.1991-ci il tarixdə doğulmuş, onun anası kimi X3, atası kimi isə X17 göstərimişdir. İş materiallarında olan arayışdan görünür ki, iddiaçının əri İmran Şahmarov xx.xx.1973-cü il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və onun aşağıdakı vərəsələri vardır: arvadı- İddiaçı, qızı- X19, qızı- Cavabdeh3, oğlu- Cavabdeh2, oğlu- Cavabdeh4, oğlu-X20 (vəfat edib). İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh6 xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə verərək xx.xx.1973-cü il tarixdə vəfat etmiş babası X8 ölümündən sonra miras əmlakı faktiki qəbul etmədiyini göstərmişdir. İş materiallarında olan ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh2 Lənkəran Notariat Kontoruna ərizə verərək xx.xx.1973-cü il tarixdə vəfat etmiş atası (ərizədə səhvən xx.xx.1974-cü il tarixdə vəfat etdiyini göstərmişdir) X8 ölümündən sonra miras əmlakı qəbul etmədiyini və vərəsəlik haqqında şəhadətnamənin qardaşı Cavabdeh4 verilməsinə razı olduğunu göstərmişdir. İş materiallarında olan ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh3 Lənkəran Notariat Kontoruna ərizə verərək xx.xx.1973-cü il tarixdə vəfat etmiş atası (ərizədə səhvən xx.xx.1974-cü il tarixdə vəfat etdiyini göstərmişdir) X8 ölümündən sonra miras qalmış əmlakdan ona çatan paydan qardaşı Cavabdeh4 xeyrinə imtina etdiyini göstərmişdir. İş materiallarında olan ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Lənkəran Notariat Kontoruna ərizə verərək xx.xx.1973-cü il tarixdə vəfat etmiş atası (ərizədə səhvən xx.xx.1974-cü il tarixdə vəfat etdiyini göstərmişdir) X8 ölümündən sonra miras qalmış əmlakdan ona çatan paydan qardaşı Cavabdeh4 xeyrinə imtina etdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli evin hüquqi statusunu müəyyən etmək üçün iddiaçı ilə onun əri arasında rəsmi nikah bağlandığı 1956-cı ildə qüvvədə olmuş və Azərbaycan Mərkəzi İcraiyyə Komitetinin 5-ci çağırış İİİ sessiyasının xx.xx.1928-ci il tarixli qərarı ilə qəbul edilmiş “Kəbin, ailə, opekunluq və vətəndaş halı aktları haqqında“ AzSSR Qanunları Kodeksinin müddəalarına istinad edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, miras qalmış ev, iddiaçı ilə onun mərhum əri İmran Şahmarovun rəsmi nikahları dövründə əldə edilmiş, həmin ev sonuncunun adına dövlət qeydiyyatına alınsa da, onunla iddiaçının ümumi birgə mülkiyyəti hesab edilir. Belə ki, yuxarıda qeyd olunmuş “Kəbin, ailə, opekunluq və vətəndaş halı aktları haqqında“ AzSSR Qanunları Kodeksinin 24-cü maddəsinə əsasən “Evlənmədən qabaq ər və arvada aid olan əmlak onların hər birinin ayrıca şəxsi əmlakı olaraq qalır. Kəbinli olan müddətdə ər və arvad tərəfindən əldə edilən əmlak ər və arvadın ümumi əmlakı sayılır. Mübahisə olduqda ər və arvadın hər birinə aid olan payın miqdarı məhkəmə tərəfindən müəyyən edilir.” Həmin Kodeksin 24-cü maddəsinin Qeyd 1-nə əsasən isə “Arvadın ev təsərrüfatını idarə etmək əməyi, əmlaka olan hüquq cəhətdən ərin ysaşamaq vəsaiti hasil etmək əməyinə bərabər tutulmalıdır”. Yəni, qeyd olunan maddəyə əsasən miras qalmış əmlak mərhumun adına dövlət qeydiyyatına alınsa da, həmin evin ½ hissəsinə iddiaçının mülkiyyət hüququ vardır. Mirasın kütləsinə isə mərhumun evdə və həyətyanı torpaq sahəsində olan ½ hissəsi daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X16 xx.xx.1973-cü il tarixdə ölmüşdür. Yuxarıda qeyd olunmuş MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. X8 vəfat etdiyi zaman qüvvədə olmuş və 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa əsasən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə iclasında müəyyən olundu ki, mərhumun vəfatından sonra onun 6 vərəsəsi qalmışdır. Bunlar mərhumu arvadı və beş uşaqlarıdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə əsasən hər bir vərəsə miras açıldığı gündən 06 ay müddətində mirası əldə etmək üçün onu qəbul etməli idi. Belə ki, yuxarıda qeyd olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir...Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmə iclasında müəyyən olundu ki, mərhumun vərəsələrindən olan arvadı və uşaqları miras açılan gündən 06 ay əzində miras qalmış evdə faktiki olaraq yaşayaraq sahiblik etməklə mirası qəbul etmişlər. Belə olan halda mərhum İmran Şahmarovdan miras qalmış evin və həyətanı torpaq sahəsinin ½ hissəsi mirası qəbul etmiş onun arvadı və uşaqları arasında bərabər bölünməlidir. Həmin bölgü aparıldıqda mirasda paylar aşağıda göstərilən hissədə müəyyən edilir:

1. Arvadı Səkinənin - 1/12 hissədə:

2. qızı Elzanın- 1/12 hissədə;

3. qızı Fərqanənin- 1/12 hissədə;

4. qızı Rəvanənin-1/12 hissədə;

5. oğlu Elxanın-1/12 hissədə;

6. oğlu Rövşənin-1/12 hissədə. Məhkəmə yuxarıda qeyd etdi ki, miras qalmış evin ½ hissəsi İddiaçı mülkiyyətindədir. Həmin ½ hissəsinin üzərinə ərindən də miras qalmış 1/12 hissəni gəldikdə, evdə və həyətyanı torpaq sahəsində onu payı 7/12 (1/2+1/12=7/12) bərabər olur. X18 vəfat etdiyi günə ünvan 3 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsində paylar aşağıda göstərilən hissədə müəyyən olunur:

1. arvadı Səkinənin - 7/12 hissədə:

2. qızı Elzanın- 1/12 hissədə;

3. qızı Fərqanənin- 1/12 hissədə;

4. qızı Rəvanənin-1/12 hissədə;

5. oğlu Elxanın-1/12 hissədə;

6. oğlu Rövşənin-1/12 hissədə. Məhkəmə iclasında o da müəyyən olundu ki, Rövşən Şahmarov xx.xx.1995-ci il tarixdə ölmüşdür. Yuxarıda qeyd olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinin tələbinə görə onun vəfatından sonra onun qanun üzrə birinci növbə aşüğıdakı vərəsələri qalmışdır:

1. anası İddiaçı;

2. vəfat etdiyi zaman rəsmi nikahda olmuş arvadı Cavabdeh5;

3. qızı Cavabdeh6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, oğlu Rövşənin vəfatından sonra iddiaçı sonuncudan miras qalmış əmlakı qəbul etməmişdir. Cavabdeh6 isə atasının vəfatı zaman azyaşlı olmaqla anasının himayəsində olmuş, anası Səltənət əri Rövşəndən miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyidən, onun himayəsində olmuş Türkan da, atasından miras qalmış əmlakı qəbul etmişdir. Buna görə də, ünvan 3 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsində olan Rövşənin 1/12 hissədə payı Səltənətlə Türkan arasında bərabər bölünməklə, sonuncuların payları müəyyən edilməlidir. Həmin 1/12 iki hissəyə bölündükdə, hər birini payı 1/24-ə bərabər olur. Beləliklə son olaraq ünvan 3 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsində paylar aşağıda göstərilən hissədə müəyyən olunur:

1. iddiaçı Səkinənin - 7/12 hissədə:

2. qızı Elzanın- 1/12 hissədə;

3. qızı Fərqanənin- 1/12 hissədə;

4. qızı Rəvanənin-1/12 hissədə;

5. oğlu Elxanın-1/12 hissədə;

6. gəlini Səltənətin-1/24 hissədə;

7. nəvəsi Türkanın-1/24 hissədə. Məhkəmə Cavabdeh6 xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə verərək xx.xx.1973-cü il tarixdə vəfat etmiş babası X8 ölümündən sonra miras əmlakı faktiki qəbul etmədiyini dair göstərdiyinə qiymət verərək qeyd edir ki, babası vəfaf etdiyi zaman o, ümumiyyətlə dünyaya gəlməmişdir. Əslində o, həmin ərizə ilə babasından atasına keçdiyi mirası qəbul etmədiyini qeyd etmək istəımişdir. Lakin, məhkəmə yuxarıda onun mirasa hansı yolla yiyələndiyi açıq şəkildə şərh edilmişdir. O, atası vəfat etdiyi zaman azayşlı olduğundan, onun qanuni nümayəndəsi onun anası Səltənət olmuş və sonuncunun Rövşənin vəfat etdiyi gündən başlayaraq 06 ay müddətdə Türkana münasibətdə mirasdan imtina etmək hüququ olub. Həmin 06 ay müddətində o, Türkana münasibətdə mirasdan imtina etməmişdir. Həmin 06 ay müddətində mirasdan imtina olunmamışsa, miras qəbul olunmuş hesab olunur və bundan sonra mirasdan imtina qanunvericiliklə yolverilməzdir. Belə ki, yuxarıda qeyd olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Eyniliklə bu fikirləri xx.xx.2011-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1 atalarından miraq qalmış əmlakdan qardaşları Cavabdeh4 xeyrinə imtina etmələri barədə verdikləri ərizələrə, eləcə də də Cavabdeh2 vərəsəlik haqqında şəhadətnamənin qardaşı Cavabdeh4 verilməsinə razı olduğuna dair xx.xx.2011-ci il tarixdə verdiyi ərizəsinə də şamil etmək olar. Onlar da miras əmlaka faktiki olaraq yiyələnməklə onun qəbul etmişlər. Cavabdeh3 və Cavabdeh1 atalarının vəfat etdiyi xx.xx.1973-ci il tarixdən xx.xx.1973-cü il tarixədək mirasdakı palyarından imtina etmək hüquqları olub. Onların xx.xx.1973-cü il tarixdən sonra verdikləri imtinalarının heç bir hüquqi qüvvəsi yoxdur. Buna görə də məhkəmə onların xx.xx.2011-ci il tarixdə verdikləri imtina ərizələrini hüquqi qüvvəyə malik olmayan sənədlər kim qəbul edir. Cavabdeh2 isə öz payından kiminsə xeyrinə imtina etməmiş, sadəcə vərəsəlik haqqında şəhadətnamənin qardaşı Cavabdeh4 verilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən hazırda da Cavabdeh3 və Cavabdeh1 atalarından miras qalmış əmlakdan analarının, Cavabdeh5 isə əri Cavabdeh4 xeyrinə mirasdakı paylarından imtinaları yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, miras qoyandan miras qalmış ev və həyətyanı torpaq sahəsi onun birinci növbəli vərəsələri olan arvadı və uşaqları tərəfindən qəbul edilmişdir. X4 vəfatından sonra isə, atasından ona miras qalmış əmlak vərəsəlik yolu ilə arvadı Səltənət və qızı Türkan tərəfindən qəbul edilmiş və onun payı onlara keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 3 yerləşən 0,024 ha torpaq sahəsi və ev üzrə İddiaçı payı -7/12 hissədə, Cavabdeh1-1/12 hissədə, Cavabdeh3-1/12 hissədə, Cavabdeh2-1/12 hissədə, Cavabdeh4-1/12 hissədə, Cavabdeh5 Həsən qızının-1/24 hissədə, Cavabdeh6-1/24 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Tağıyeva (Şahmarova) Səltənət Həsən qızı və Cavabdeh6 qarşı mirasın vərəsələr arasında bölünməsi və payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. X8 adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilmiş ünvan 3 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və evdə İddiaçı payı -7/12 hissədə, Cavabdeh1-1/12 hissədə, Cavabdeh3- 1/12 hissədə, Cavabdeh2-1/12 hissədə, Cavabdeh4-1/12 hissədə, Cavabdeh5 Həsən qızının-1/24 hissədə, Cavabdeh6-1/24 hissədə müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X28

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar