Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1846/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamış və müqaviləyə əsasən bir ədəd qablaşdırma makinasının dəyərində 6000 manat İddiaçı Cavabdeh ödəməli, əvəzində isə Cavabdeh ona bir ədəd qablaşdırma makinasını bir ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərinə əsasən 6000 manatı ödəsə də, Cavabdeh ona müqavilənin öhdəliklərinə əsasən bir ədəd qablaşdırma makinasını təqdim etməmişdir. Bundan sonra İddiaçı dəfələrlə pulunun tələb etməsinə və bununla bağlı müvafiq tədbirlər görməsinə baxmayaraq, Cavabdeh pulu geri qaytarmamış və bundan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin hər ikisin VÖEN-ı olmaqla aralarında yaranmış münasibət sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuş münasibətlərin predmeti də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Hətta tərəflər arasında bağlanmış müqavilədə belə onlar sahibkar kimi göstərilmişlər. Göründüyü kimi iddia ərizəsində qeyd edilən alqı-satqı müqaviləsindən irəli gələn mübahisə sahibkarlıq fəaliyyətilə bağlıdır, buna görə də, İddiaçı ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə yaranmışdır. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunur ki, həm iddiaçı, həm də cavabdeh fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunan hüquq nomalarının tələbi hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan mübahisəyə ümumi məhkəmələrdə baxılması istisna olunur. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia verilməsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-1846/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1846/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver