Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1865/2024 02.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən alınan qızıl zinyət əşyalarının geri qaytarılması, bu mümkün olmadığı təqdirdə isə həmin qızılların ümumi dəyəri 2490 manat və verilən qızıl-zinyət əşyalarına münasibətdə əldər çıxmış 3490 manat faydanın ümumilikdə 5980 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir İddia ərizəsində göstərilmişdir ki, iddiaçı artıq uzun illərdir Lənkəran bazarında Qızıl- Tac mağazasında fəaliyyət göstərərək qızıl satışı ilə məşğul olur. Bildiririr ki, 4 ay əvvəl Lənkəran rayon sakini Cavabdeh etibarından sui-istifadə edərək törətdiyi qanunsuz hərəkətləri səbəbindən ona maddi ziyan dəymişdir. Belə ki, 09 sentyabr 2023-cü il tarixdə Cavabdeh Qızıl-Tac qızıl mağazasına yaxınlaşaraq ondan nisyə 2490 manat dəyərində qızıl-zinyət əşyaları almışdır. Aldığı qızılların pulunu xx.xx.2023-cü il tarixdə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Qızıl zinyət əşyalarının cavabdeh tərəfindən alınması ilə bağlı aralarında xx.xx.2023-cü il tarixli “Nisyə satışına razılaşdırma qaiməsi” imzalanmışdır. Artıq bunun üzərindən 5 ay müddəti keçməsinə baxmayaraq cavabdeh ona qızılları, nə də onların ümumi dəyəri olan pul məbləğini qaytarmamışdır. Cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubla göndərilmişdir. Lakin bununla bağlı heç bir geri dönüş almamışdır. Bu səbəbdən də hazırda hüquqlarının bərpa olunmasında ötrü məhkəmə müdafiəsindən istifadə etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X2 qeydiyyat yeri olan ünvan 1 ünvanına iddia ərizəsinin surəti, məhkəmə bildirişi və iddiaya əlavə edilmiş sənədlərin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran şəhər İB-nın 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin rəsmi qaydada məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan nisyə satışına razılaşdırma qaiməsindən görünür ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixdə 1-ədəd qızıl qolbaq dəyəri 1070 manat,1 ədəd qızıl komplekt pondora 930 manat, 1ədəd- qızıl sep 290 manat, 1-ədəd qızıl klon 200 manat ümumilikdə cəmi 2490 manat dəyərində qızıl zinyət əşyalarının pulunu xx.xx.2023-cü tarixdə geri qaytarılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2023cü il tarixli pretenziya məktubundan görünür ki, ünvan 1 ünvanına qeydiyatda olan cavabdeh X3 öhdəliyi icra etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024cü il tarixli qiymətləndirmə arayışından görünür ki, 1-ədəd qızıl qolbaq dəyəri 1070 manat,1 ədəd qızıl komplekt pondora 930 manat, 1ədəd- qızıl sep 290 manat, 1-ədəd qızıl klon 200 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, cavabdeh iddiaçıdan 2490 manat dəyərində qızıl zinyət əşyaları almış, cavabdeh həmin qızıl zinyət əşyalarının pulunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydaya münasibətdə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən 3490 manat əldən çıxmış fayda tələb edilsə də, həmin məbləğin hansı əsasla, haradan yarandığı, hansı hesablama nəticəsində belə bir məbləğin yaranması barədə məhkəməyə əsaslı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 1-ədəd qızıl qolbaq 1070 manat, 1 ədəd qızıl komplekt pondora 930 manat, 1ədəd- qızıl sep 290 manat, 1-ədəd qızıl klon 200 manat ümumilikdə cəmi 2490 manat dəyərində qızıl zinyət əşyaları, bu mümkün olmadığı təqdirdə isə qızıl zinyət əşyalarının dəyəri olan 2490 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumun 44.90 manat məbləği cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1865/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1865/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver