Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-189/2023 01.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X21 Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, 1956-cü ildə Lənkəran rayonu Vilvan kəndində anadan olmuş, orta ixtisaslı tibb bacısı işləmiş, hazırda təqaüddədir, ailəli olmaqla iki övlad anasıdır. X14 onun doğma oğludur. X5 1977-ciildə anadan olmuşdur, ali təhsillidir. 2020-ci ildə Vətən müharibəsində ehtiyatda olan baş leytnant olmaqla xüsusi təyinatlı riskli h/h-nin tərkibində döyüşə yollanmış, müharibədə şərəflə vuruşmuş, düşmənin təxribatı nəticəsində partlayış travması keçirmiş qapalı kəlləbeyin silkələnməsi xəsarətini almışdır. Partlayış travmasından sonra asteno-vegetatativ təzahürləri olmaqla uzun müddətdir ki, müalicə alir. İstər Maştağa, istərsə də Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında mütəmadi müalicələr almaqla psixi xəstə və İİ qrup əlil, Vətən müharibəsinin qazisidir. Mənfur erməni düşmənlərin vurduğu bəlalara görə bir çox oğullar kimi onun övladı da bu günki günə kimi əziyyət çəkir, özünü idarə edə bilmir, evdə bir neçə dəfə özünə qəsd etmək istəyib. Qonşunun həyətinə daxil olaraq hininə od vuraraq yandırmışdır. Oğlu Şahin onun yeganə oğul övladıdır. Dövlət onun əməyini yüksək qiymətləndirmiş və ona “Füzulinin azad edilməsi” “Cəbrayılın azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medallarını təqdim etmişdir. Oğlu Şahin xəstəliyi ilə əlaqədar Prezident təqaüdü və İİ qrup əlilliyinə dair müavinat alir. Oğlu Şahinin daim kənar qulluğa ehtiyacı vardır və o, özünü sərbəst idarə edə bilmir. Hərəkətlərinin mənasını dərk etmir. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar vardır və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran rayonu Vilvan kənd soveti tərəfindən verilmiş VJQ seriyalı 311673 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1977-cü il tarixdə doğulmuşdur, valideynləri X11 və X8r. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12-16/443 saylı xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X3 rayonu Viravul kəndində yaşayır. İş materiallarına əlavə edilmiş “Tibbi-Sosial Ekspert Komissiyası”nın “müayinə olunan şəxs üzrə məlumat”ından müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü X12 “ikinci dərəcəli əlillik” müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş “8972” saylı 20 iyul 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, X14 hərbi xidmət zamanı qapalı kəllə-beyin travması keçirmişdir və baş beyin silkələnməsindən sonra onda kəskin dərəcəli ifadə olunmuş üzvi sayıqlama pozuntusu, kəskin psixotik hal müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 278 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 xx.xx.2021-ci il tarixdən həmin xəstəxanada qeydiyyatdadır və diaqnozu: üzvi sayıqlama pozuntusu, kəskin psixotik hal, üzvi dissosiativ pozuntu, susidal cəhdlərlə. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 3335 saylı “ambulator məhkəmə psixiatrik ekspertizasının” rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “X10 üzvi sayıqlama (şizofrenəbnəzr )pozuntu qeyd olunur”, “X10 halhazırda üzvi sayıqlama (şizofrenəbnəzr) pozuntu kəskinləşmə mərhələsində olduğundan və onda psixotik əlamətlər müşahidə olunduğundan öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X7 hazırkı psixi vəziyyəti stasionar şəraitdə müalicə tələb edir” və “X2 müalicədən sonra psixi vəziyyətinin yaxşılaşa bilməsi (kəskin psixotik vəziyyətdən çıxması) ehtimalı olduğundan onun fəaliyyət qabiliyyətli olubolmaması məsələsinin stasionar müalicəsindən sonra həll edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-189/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-189/2023
01.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver