Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1894/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 12 iyun 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Xarxatan kəndində yerləşən fərdi evdə yaşayır və **********00070 saylı kod üzrə qaz istehlakçısıdır. Yaşadığı evin öz qaz xətti var və öz sayğacı vardır. O, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Sayğac onların evinə çoxdan qoyulmuş və heç bir problem olmamışdır. Qaz idarəsinin əməkdaşlarıhər ay gəlib sayğacı yoxlamışlar. İstifadə etdikləri sayğacın müddəti keçdiyinə görə Azəriqaz İB-nin Lənkəran RQİİ-yə etdiyi müraciət əsasında həmin sayğacı “İtron” tipli Gallus 120aAQ**********9 nömrəli sayğac dəyişdirilərək yenisi ilə əvəz olundu. Köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb var idi və bunu Lənkəran RQİİ-nin əməkdaşları da görmüşdülər.Sayğac dəyişdirildikdən sonra RQİİ əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunub və həyat yoldaşı aktı imzalamışdır. Sonradan ona məlum olmuşdur ki, guya Azəriqaz İB-nə 518.40 manat borcu var. Borcun nədən yarandığını öyrənmək istədikdə Lənkəran RQİİ-dən ona bildiriblər ki, sayğacın qapağına vurulan plomb deşilib və sayğacın yaddaş arxivi donub. Bununla bağlı xx.xx.2022ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, guya o həmin aktı imza etməkdən imtina etmişdir.Halbuki onun belə bir aktdan xəbəri olmamışdır. İddiaçı "Azəriqaz" İstehsalat Biriliyi ona qarşı itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və ondan 518.40 manat pul tələb etmişdir. Lənkəran rayon məhkəməsinin 20.12.2-22-ci il tarixli 2(049)-3359/2022 saylı qətnaməsi ilə iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Buna baxmayaraq "Azəriqaz” İstehsalat Biriliyi ona qarşı qanunsuz hesabladığı 518.40 manat borcu silməmişdir. İtron tipli Gallus 120aAQ**********9 nömrəli sayğac "Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğacın qapağmdakı plombda hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs" qrafasında qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründükü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı onların həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı "Azəriqaz" İstehsalat Biriliyi daşıyır. Bu səbəbdən Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, ona hesablanmış 518.40 manat məbləğində cərimə məbləği silinməlidir. Sadalananları nəzərə alaraq hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X4 iddianın həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən yalnız “Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Xarxatan kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış “köhnə sayğac ”Zenner” tipli, G-4 markalı təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, “sayğacın klapanı açlımır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı. Sayğacın element yuvasının qapağına vuruylan plomb deşilib. Sayğacın yaddaş arxivi oxundu xx.xx.2021-ci il tarixdə ALARM-1 rejimi açkar olunub. Qaz itkisi və itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2022-ci ilin aprel ayı üçün 518.40 manat cərimə hesablanmışdır. Məhkəmə hazırki mübahisəyə baxaraq qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 20.12.2-22-ci il tarixli 2(049)-3359/2022 saylı qətnaməsindən görünür ki, "Azəriqaz" İstehsalat Biriliyi hazırki iş üzrə iddiaçıya qarşı itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və ondan 518.40 manat pul tələb etmişdir. Məhkəmə hazırki iddia üzrə iddiaçını haqlı sayaraq "Azəriqaz" İB-nin tələbini əsassız hesab edib onun iddiasını təmin etməmişdir. Göründüyü kimi, həmin qətnamə ilə məhkəmə məhz hazırki iddia üzrə iddiaçının haqlı olduğunu göstərilmişdir. Buna baxmayaraq "Azəriqaz" İB ona əsassız hesablanmış 518.40 manat borcu silməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mübahisə ilə əlaqədar artıq qanuni qüvvəsini almış qətnamə olduğundan, iddia təmin edilməlıi və «Azəriqaz»İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın əsasında hesablanmış 518.40 manat borcun silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti 518.40 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 518.40 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh «Azəriqaz»İB-nin xx.xx.2022-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 518.40 manat məbləğində borc silinsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(049)-1894/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1894/2023
12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver