Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1944/2023 31.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və onun nümayəndəsi və vəkili Vəkil, Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X5, X3 və X4 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X5, X3 və X4 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Bala-Şürük kəndində Cavabdeh1 birgə mülkiyyətində olmuş 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində Cavabdeh1 şəxsi mülkiyyətində olmuş ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılması ilə əlaqədar Cavabdeh1 ilə müstəqil tələb sürməyən 3-cü şəxs X10 arasında bağlanmış və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ- ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 sentyabr 2003-cü il tarixdə iş üzrə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Onların birgə nikahlarından 2 övladları anadan olmuşdur. Cavabdeh olan Cavabdeh1 Lənkəran rayonu, Bala- Şürük kəndində ümumi birgə mülkiyyətində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində şəxsi mülkiyyətində ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evi olmuşdur. O, da Cavabdeh1 ilə ailə qurandan sonra həmin evə gəlin köçərək orada yaşamışdır. Bu yaxınlarda iş üzrə Cavabdeh1 həmin torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Onunla rəsmi nikahı olduğu üçün buna görə də onun həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satılmasına razılığı tələb olunurdu. İş üzrə Cavabdeh1 ona bildirmişdir ki, bəs sən razılıq ver, həmin evi satandan sonra sənin və uşağın da yaşamağınız üçün ev alaram. Həmin torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi Cavabdeh1 28500 manata satmışdır. Həmin vaxtı müstəqil tələb sürməyən 3-cü şəxs X10 və onun arvadı ona demişlər ki, bəs evin və torpaq sahəsinin pulunu cavabdehə verəndə onu da çağıraraq bir yerdə pulu verərik. Sonra isə o, sənədlərə imza edəndən sonra cavabdeh və müstəqil tələb sürməyən 3-cü şəxs X10 onun xəbəri olmadan pulu cavabdehə vermiş və cavabdeh də pulu götürərək aradan çıxmışdır. Hazırda isə cavabdeh onun zənglərinə cavab vermir. Hazırda o, bir uşaqla birlikdə evsiz eşiksiz qalmışdır, müvəqqəti olaraq qardaşının və bacısının evində qalır. Uşaqlardan biri hazırda ailə qurubdur. Beləliklə də, Cavabdeh1 onu aldadaraq Lənkəran rayonu, Bala-Şürük kəndində ümumi birgə mülkiyyətində 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində şəxsi mülkiyyətində ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini satarkən onun razılıq ərizəsini alaraq həmin daşınmaz əmlakı sataraq pulunu da götürüb, aradan çıxaraq, onu 20 yaşlı qızı ilə birlikdə evsiz qoymuşdur. Hazırda da qızı ilə birlikdə başqa yerdə yaşamağa yeri yoxdur. Ona görə də o, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edir. Qeyd etdiyim faktları qanunvericiliyin qeyd olunan normaları ilə, iddia ərizəsinə əlavə etdiyi sənədlərlə və məhkəmə iclasına gətirəcəyi şahidlərin verəcəkləri ifadələri ilə təsdiqini tapır. Məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Qəznəfər oğlu çıxışında bildirdi ki, iş üzrə Cavabdeh1 Bala-Şürük kəndində ümumi birgə mülkiyyətində 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində şəxsi mülkiyyətində ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini satarkən satışdan əldə edilən pul əsasında iddiaçıya ona ev alacağı vədini verərək, alqı-satqıya dair razılığının alınmasına nail olmuşdur və bundan sonra onu aldadaraq vəd etdiyi vəsaiti ona verməmişdir. Qeyd edilən səbəbdən alqı-satqı etibarsız hesab edilməlidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iş üzrə cavadeh Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Cavabdeh1 ilə X10 arasında Bala-Şürük kəndində yerləşən 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində şəxsi mülkiyyətində ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına dair alqı-satqı müqaviləsi Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Alqısatqı rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmiş, rəsmiləşdirmə zamanı İddiaçı notariat ofisinə gələrək buna razılığını bildirmiş, alqı-satqı müqaviləsinin predmeti olan əmlakın dəyəri bank vasitəsilə satıcıya ödənilmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Cavabdeh1 ilə aralarında bağladığı alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan Bala-Şürük kəndində yerləşən 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində şəxsi mülkiyyətində ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini ondan almışdır. Bu alqı-satqı müqaviləsi Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Alqı-satqıya dair əmlakın pulunu bank vasitəsilə satıcıya ödəmişdir. Həmçinin onunla İddiaçı arasında alqısatqıdan sonra ona hər-hansı vəsaitin ödənilməsi ilə əlaqədar razılıq olmamışdır və ona bu barədə vəd verməmişdir. Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqıdan sonra İddiaçı hər-hansı vəsaitin ödənilməsi ilə əlaqadar razılığın olmasından məlumatı olmamışdır. O, iddia predmeti olan daşınmaz əmlakı qanuni əsasla əldə edərək, əmlakın pulunu satıcıya ödəmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməsini məkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və onun nümayəndəsi və vəkili Vəkil çıxışında bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X3 və X12 qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini, cavabdehin ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-179 reyestr nömrəli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 birgə mülkiyyətində olan Lənkəran rayonu, Bala-şürük kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsində özünə məxsus payı və həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 87.8 kv.m. olan yaşayış sahəsi X1. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-1538 reyestr nömrəsi ilə təsdiqlənmiş ərizənin surətindən görünür ki, həmin ərizə ilə İddiaçı əri Cavabdeh1 birgə mülkiyyətində olan Lənkəran rayonu, Bala- Şürük kəndində yerləşən ümumi sahəsi 87.8 kv.m. olan fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən ərinə düşən payın satılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (maddə 324.1, 324.2, 342.4 və 324.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334-cü maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 yanvar 2009-cu qərarında qeyd olunur ki, qüvvədə olan MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin X.Xəlilov tərəfindən mübahisələndirilən müqavilələr bağlandığı dövrdə qüvvədə olmuş 157.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Beləliklə, qanunun tələblərinə görə mülkiyyətçi əmlakı əldə edəndən geri tələb etmək üçün əmlakın özünün və ya mülkiyyətçi tərəfindən əmlakın verildiyi şəxsin sahibliyindən qeyd olunan səbəblər ucbatından çıxdığına dair sübutlar təqdim etməlidir. Vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin verdikləri izahatlarla müəyyən olunmuşdur ki, Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bala-Şürük kəndində yerləşən 0.12 ha torpaq sahəsində olan özünə məxsus payı və həmin torpaq sahəsində şəxsi mülkiyyətində ümumi sahəsi 87.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X2. Alqı-satqı zamanı Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş ərizə əsasında İddiaçı sözügedən daşınmaz əmlakda ərinə düşən payın satılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia predmeti olan alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə mavafiq olaraq bağlanmışdır. Həmçinin İddiaçı iddia tələbində qeyd etdiyi xüsusata, yəni alqı-satqıdan əldə edilən vəsaitin bölünməsi ilə əlaqədar Cavabdeh1la aralarında olan razılaşmaya dair iddiaçının izahatından başqa məhəkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X5, X3 və X4 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 120 dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X5, X3 və X4 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1944/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1944/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver