Məhkəmə qərarları › İş №2(049)-2021/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2021/2023

10.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2021/2023 10.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı Qəmbərova Mı̇ naxanim Mı̇ rzağa qızının cavabdeh Qəmbərova Esmı̇ ra Abdulla qızına və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi̇ : İddiaçı Qəmbərova Mı̇ naxanim Mı̇ rzağa qızı cavabdeh Qəmbərova Esmı̇ ra Abdulla qızına və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək mərhum ərinin mərhum babasına məxsus torpaq sahəsi və fərdi evə ərinə çatan miras payınən müəyyən ediıməsi barədə xahiş etmişdir. İddiaçı Qəmbərova Mı̇ naxanim Mı̇ rzağa qızı 10 may 2023-cü il tarixli ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldi: İddiaçı Qəmbərova Mı̇ naxanim Mı̇ rzağa qızının miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar