Məhkəmə qərarları › İş №2(049)-204/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-204/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-204/2023 17.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, X16, Ərizəçi4, X4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 10 saylı Lənkəran Ərazi Dairəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X16, Ərizəçi4, X14 maraqlı şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 10 saylı Lənkəran Ərazi Dairəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, onlar bir ailənin üzvləridirlər. 1998-ci ildə ölkədə torpaq islahatı həyata keçirilən vaxt Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998- ci il tarixli 10 saylı qərarına əsasən onların, yəni Ərizəçi1, X14, Ərizəçi2, X16 və X9mın mülkiyyətinə 0.25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə onlara Torpağa mülkiyyət hüququna dair JN-291 KOD 80219038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da tərtib olunaraq təqdim edilmişdir. Lakın həmin şəhadətnamədə texniki səhv nəticəsində Ərizəçi1 adı X8, X4 adı X15, Ərizəçi2 adı Ərizəçi2 Məmməd oğlu, X10 adı X20, X3 adı X2 yazılmışdır. Bu yaxınlarda Ərizəçi1 ailə üzvlərinə məxsus olan torpaq sahəsi üzrə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ almaqdan ötrü DƏDRX-nin 10 saylı ərazi idarəsinə müraciət etmiş və oradan onun müraciətinə imtina verilərək bildirilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-291 KDD 80249038 saylı şəhadətnamədə həmin adlar səhv qeyd edilmişdir. Göstərilən səbəblərdən rəsmiləşmənin aparılması mümkün olmamış və ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Faktın müəyyən olunması ona bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə lazımdır. Biz faktı başqa qaydada təsdiq etdirə bilmədikləri üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasının vaxrı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçilər məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakları olmadan məhkəmə iclasının keçirilib ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxrı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 10 saylı Lənkəran Ərazi Dairəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 10 saylı Lənkəran Ərazi Dairəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1989-cu ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1954-cü ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZ-İ № 644048 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X9 14 mart 2011-ci ildə 07 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Lənkəran ŞİHB Şürük kənd İƏD nümayəndəliyinin 16 avqust 2022-ci il tarixli, 505 saylı arayışından görünür ki, islahat zamanı verilmiş JN-291 saylı dövlət aktı tərtib edilərkən texniki səhv olaraq Ərizəçi1 adı və atasının adı X23 yazılmışdır. Yazılmalıdır Ərizəçi1. Ərizəçi2 adı səhvən Məmməd yazılmışdır. Yazılmalıdır Ərizəçi2. Ərizəçi3 adı səhvən Vüqar, atasının adı Məmməd yazılmışdır. Yazılmalıdır Ərizəçi3. Rəhimova (Şiriyeva) Xəyalə Məhəmməd qızının ata adı səhvən Məmməd yazılmışdır. X1. Xahiş edirik adı və atasının adı səhv yazılan hər dörd vətəndaşın adını, soyadını və ata adını şəxsiyyət vəsiqəsinə uyğun yazasınız. X23, Ərizəçi2 Məmməd oğlu, X20 və X17 adında şəxslər ərazidə yaşamamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş JN seriyalı 291 nömrəli Kod 80219038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Lənkəra rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.25 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayon Tütəpeştə kənd sakinləri X19, X5, Ərizəçi2 Məmməd oğluna, X18, X11 verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdairəsinin Ərizəçi1 ünvanladığı 24 avqust 2022-ci il tarixli, **********16 saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdən görünür ki, Ərizəçi1 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə prosess iştirakçılarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1998-ci ildə ölkədə torpaq islahatı həyata keçirilən vaxt Lənkəran rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayon Tütəpeştə kənd sakinləri X23, X15, Ərizəçi2 Məmməd oğlu, X20, X6 mülkiyyətinə verilmişdir. Bu barədə onların adına JN seriyalı 291 nömrəli Kod 80219038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin, Lənkəran rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair həmin dövlət aktında səhvən Ərizəçi1 əvəzinə X23, X14 əvəzinə X15, Ərizəçi2 əvəzinə Ərizəçi2 Məmməd oğlu, Ərizəçi3 əvəzinə X20, X9 əvəzinə X17 qeyd olunmuşdur. Onların ailəsində X23, X15, Ərizəçi2 Məmməd oğlu, X20, X17 adında şəxslər yoxdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə 0.25 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-80219038 JN-291 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 əvəzinə X23, X14 əvəzinə X15, Ərizəçi2 əvəzinə Ərizəçi2 Məmməd oğlu, Ərizəçi3 əvəzinə X20, X9 əvəzinə X17 qeyd olunmuşdur. İşin göstərilən halları iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Ərizəçilərə məxsus olması xahiş edilən hüquqmüəyyənedici sənəd sayılan Lənkəran rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən 0.25 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-80219038 JN-291 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçilərin soyad, ad və ata adlarının səhv qeyd edilməsi, habelə sözügedən dövlət aktında mülkiyyətə verilən torpaq sahəsinin yerləşdiyi kəndin ərizəçilərin doğulduğu və yaşadığı kəndlə (Tütəpeştə kəndi) eyni olması və işin göstərilən bu hallarının də təsdiqini tapması məhkəməyə hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki halda torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı vətəndaşın mülkiyyət hüququnun reallaşdırılması üçün zəruri vasitə rolunu oynadığından, yəni hüquqmüəyyənedici sənəd olduğundan, habelə ərizəçi həmin dövlət aktının ona məxsus olmasını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, həmçinin göstərilən sənədin ərizəçilərə məxsus olması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə 0.25 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-80219038 JN-291 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, X12, Ərizəçi4, X7 məxsus olması faktı müəyyən edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Ərizəçi1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə 0.25 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-80219038 JN-291 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, X12, Ərizəçi4, X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar