Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2049/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölüməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 mülkiyyətində olmuş Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış, 56,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin üzərində onların yəni, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 paylarının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X10 ilə 01 dekabr 1963-cü ildə faktiki olaraq nikah münasibətinə girərək evlənmişdir. Hazırki mülki mübahisə üzrə cavabdehlər onunla mərhum əri X10 arasında olan nikahdan doğulmuş övladlarıdır. Cavabdeh5 və Cavabdeh7 ərdə olduqları üçün soyadları dəyişmişdir. Mərhum əri X10 08 yanvar 2020-ci ildə vəfat etmişdir. Bununla bağlı 22 yanvar 2020-ci il tarixdə ölüm şəhadətnaməsi almışlar. Mərhum əri X4 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, reyestr nömrəsi **********33-10301 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14 aprel 2009-cu il olan çıxarış əsasında 0.30 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış. 56,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi olmuşdur. Həmin çıxarış mərhum əri X10 həmin 0,30 ha torpaq sahəsinin 0,06 ha hissəsini 23 aprel 2009-cu il tarixdə oğlu Cavabdeh3 bağışlamışdır. Hazırda Cavabdeh3 ona bağışlanmış torpaq sahəsində özünə ev inşa etmişdir. Həmin torpaq sahəsinə Cavabdeh3 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, reyestr nömrəsi **********92 qeydiyyat nömrəsi **********. qeydiyyat tarixi xx.xx.2009-cu il olan çıxarış almışdır. X4 adında isə 0,24 ha torpaq sahəsi qalmışdır. X2 miras qalan əmlakı 0,24 ha torpaq sahəsi, həmçinin 1 mərtəbəli. 2 otaqlı. 29.6 kv.m yaşayış. 56.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. Hazırda ərinin vərəsələri o və sağ olan övladlarıdır. Onlardan başqa ərinin digər vərəsələri yoxdur. Mərhum əri X4 vəfatından sonra, ona məxsus olan, onun mülkiyyətində olan Lənkəran rayonunun Boladi kəndində 0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 1 mərtəbəli, 2 otaqlı. 29,6 kv.m yaşayış, 56.1 kv.m köməkçi, sahədən ibarət yaşayış evi miras qalmışdır. Hazırki iddia tələbi və ya ərizəsi ilə məhkəməyə müraciət etmədən öncə, mübahisə yaratmadan və ya açmadan qanuni əsaslarla, qanunverciliyin tələbinə əsasən, mülki mübahisəni məhkəmədən kənar kateqoriya üzrə həll etməkdən ötrü cavabdehlərin özlərinə müraciət etmişlər. Lakin, onlar X21 Xidmət Mərkəzində Notariat ofisinə gəlməkdən imtina imtina etmişlər. X21 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 1038 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Odur ki. hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AЗ 007090 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X8 nikahı 01 dekabr 1963-cü il tarixdə 35 sayla Lənkəran rayonu Boladi kənd sovetində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Nəhmətov, arvada Nəhmətova soyadı verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №-li, Seriya MH saylı reyestr nömrəsi **********33-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış, 56,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran ŞİHB-nin Boladi KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12-30/265 №-li arayışdan görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran rayonu Boladi kəndi olmuş və ailə üzvləri: arvadı İddiaçı və qeydiyyatdan çıxan övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ibarətdir. AZ-İİ 044958 №-li “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində beyinə qansızmadan vəfat etmişdir. xx.xx.2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş torpaq bağışlama müqaviləsindən görünür ki, X10 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №-li, Seriya MH saylı reyestr nömrəsi **********33-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli Çıxarış əsasında mülkiyyətində olan Lənkəran rayonu Boladi kəndində yerləşən 0.30 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamışdır. Qalan 0.24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bağışlayanın mülkiyyətində qalır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №-li, Seriya MH saylı reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddianın verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə, Lənkəran şəhərində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi məhrum X11 mülkiyyətinə verilmişdir. Bəhmən Əliyev xx.xx.2001-ci il tarixdə vəfat etmiş, arvadı X5 və övladları X19, X16 və X13 adlı vərəsələri qalmışdır. Vərəsələrdən arvadı X5, X19 və X17 miras əmlakı faktiki olaraq qəbul etmişlər. Daha sonra Əlövsət Əliyev xx.xx.2012-ci il tarixdə, İlham Əliyev isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Əlövsət Əliyevin isə X6, X3 və X14 adlı vərəsələri qalmışdır. İddiaçılar həmin miras əmlak üzərində yerləşən fərdi yaşayış evində yaşamış və mirası qəbu etmişlər. Cavabdehlər məhkəmə iclasına gəlməmiş işin müəyyən edilmiş hallarını əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə yuxarıda göstərilənləri işin müəyyən edilmiş faktiki halı kimi nəzərə alır. Məhkəm aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə işin hallarına dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum Əhməd Nəhmətovun birgə nikahından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 doğulmuşlarr. Miras qoyan iddiaçının mərhum əri X7r. Ondan miras qalmış əmlak isə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №-li, Seriya MH saylı reyestr nömrəsi **********33- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli Çıxarış əsasında dövlət qeydiyyatına alınmış Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış, 56,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. Miras əmlak iddiaçı tərəfindən faktik olaraq qəbul edilmiş, yəni mirasa əmlaka sahiblik onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan 2000-ci ildən sonra vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. İş materialları ilə təsdiqini tapır ki, miras əmlak bütün vərəsələr tərəfindən faktik olaraq qəbul edilmişdir. Məhz iddiaçının özü də bütün vərəsələrin payının müəyyən edilməsini istəyir. Məhkəmə mərhum Əhməd Nəhmətovdan miras qalmış əmlak üzərində onun vərəsələrinin paylarının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin əmlak iddiaçı ilə onun mərhum ərinin birgə nikahda olduqları dövrdə əldə edildiyindən Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış, 56,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində İddiaçı özünün ½ hissədə payı vardır. Bu halda mirasın kütləsində adları çəkilən əmlakların ½ hissəsi daxil olmuş olur. Birinci növbə vərəsələr 8 nəfər olduğu üçün onların hər birinin miras əmlakdan payı 1/16 hissədə müəyyən olunur. İddiaçı özünün əmlakda payı ½ hissə olduğundan ümumi əmlakdan onun payı 9/16 hissə olacaqdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 mülkiyyətində olmuş Lənkəran rayonunun Boladi kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1 mərtəbəli, 2 otaqlı, 29,6 kv.m yaşayış, 56,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən vərəsələr kimi İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 hər birinin 1/16 hissə müəyyən edilsin. Ümumi əmlakdan İddiaçı payı 9/16 hissə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2049/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2049/2024
04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver