Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2075/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X8, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizəsinə dair işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı - xx.xx.1994-cü il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1996-ci il tarixdə Lənkəran şəhərində doğulmuş və hazırda da yüxarıda qeyd etdiyim ünvanda X1 ilə birlikdə yaşayır. X1 xx.xx.1994-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X9 anadan gəlmə beyin iflici olaraq doğulmuşdur. Valideyinləri onu bununla əlaqədar bütün müalicələrini elətdirmişlər. Lakin olunan müalicələrin heç bir nəticəsi olmamışdır. Ona görə də bacısı hazırda Lənkəran Rayon Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində R56.6 Digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi Hidrosefaliya tetraparez diaqnozu ilə qeydiyyatda durur və müalicəsini davam edir, onun bütün təmizlik və əlavə işlərini o ailəsi ilə birlikdə görür. Lakin bacısı hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında yəni müalicə aldığı xəstəxanalarda lazım olan sənədləşdirmə işlərinin görülməsində çətinliklər yaranır və çətinliklərin aradan qaldırılmasından ötrü ondan başqa heç kimi olmadığından onun bacısına X6 qəyyum təyin edilməsində ona köməklik göstərmələrini xahiş etmişdir. Orada ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir . Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iclasında iştirak edən iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİ 592671 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə X9 doğulmuşdur. X2, anası X3r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİ 581185 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixdə Ərizəçi doğulmuşdur. X2, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 2445 saylı ekspertin qiyabi rəyindən görünür ki, xx.xx.1994-cü il tarixdə X9 “Serebral iflici” nəticəsində yaranan pozuntuları, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə formasından psixi xəstəlikdən əziyyət çəkir. Göstərilən diaqnozlu xəstəliklə əlaqədar ona müddətsiz 1-ci qrup əllilik təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə X9 psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, xx.xx.1994-cü il tarixdə doğulmuş X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Məhkəmə hesab edir ki, xx.xx.1994-cü il tarixdə Lənkəran şəhərində doğulmuş və Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 32-də qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2075/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2075/2025
21.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver