Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2076/2025 17.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Namiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalara görə S.Baxşiyev küçəsi, ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, S.Baxşiyev küçəsi ev 15-də yaşayır. Ailədə 9 uşaq - 4 qardaş, 5 bacı olmuşlar. X2 (xx.xx.1992-ci il tarixdə vəfat edib), anası X5 (xx.xx.2003-cü il tarixdə vəfat edib), bacısı X12 (xx.xx.2002-ci il tarixdə vəfat edib), bacısı X13, qardaşı X16 (vəfat edib), bacısı X14 (xx.xx.1979-cu il tarixdə vəfat edib), qardaşı X17 (vəfat edib), bacısı X6, bacısı X15 və qardaşı Cavabdeh1. Lənkəran Rayon inventarlaşdırma idarəsi tərəfindən X2na verilmiş 2D/521 qeydə alma nömrəsi ilə 2D nömrəli kitabın 63-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 74.32 kv/m, yaşayış sahəsi 37.74 kv/m olan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Özü, atasının qanun üzrə vərəsəsi olaraq xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat Kontoruna müraciət edib qanun üzrə X10 şəhadətnamə və miras əmlakdan ona çatan 1/5 hissə pay almışdır, digər vərəsələrə düşən 4/5 hissə isə verilmədən açıq saxlanılmişdir. O, həmin şəhadətnaməni və lazımi sənədləri toplayıb Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş və müraciətinə uyğun olaraq onun adına xx.xx.2023-cü il tarixdə reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi isə ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lakin, təxminən iki ay bundan əvvəl ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 adına da Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 15 ünvanında yerləşən həmin fərdi yaşayış evinə (ona verilmiş sənəddə ünvan ünvan 2ikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona verilmiş arayışda göstərilmişdir ki, Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 15 ünvanı yeni qaydalarla ünvan 3air xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən Çıxarışa əsasən onun tam mülkiyyətinə verilmişdir. Halbuki, həmin mirasa dair onun adına 1/5-hissə Çıxarış verilmiş, digər vərəsələrin payları isə açıq saxlanılmışdır. Qardaşı Cavabdeh1 xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən Çıxarışı tam mülkiyyətlə öz adına hansı əsasla və necə rəsmləşdirilməsi ona məlum olmadığından o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ərizə ilə müraciət etmiş, ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin məlumatın ona verilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-Ə-00xx/xx/2025 nömrəli məktubla imtina edilmişdir. Qardaşı Əzizov X9 şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalarla S.Baxşiyev küçəsi ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə verilmiş **********89-10301 reyestr nömrəli, 24014146 qeydiyyat nömrəli çıxarışı hansı əsaslarla alması ona məlum deyil. Qeyd etdiyi kimi özünün adına xx.xx.2023-cü il tarixdə reyest nömrəsi **********-10301, qeydiyyat nömrəsi isə ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1/5 hissəyə dair Çıxarış verilmiş, digər vərəsələrin payları isə açıq saxlanılmışdır. Ona görə hesab edir ki, Cavabdeh1 Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalara görə S.Baxşiyev küçəsi ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə verilmiş **********39-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək bildirdi ki, mərhum atasının qanun üzrə vərəsəsi olaraq xx.xx.2023-cü il tarixdə Notariat Kontoruna müraciət edərək Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 ünvanında yerləşən fərdi evə dair qanun üzrə X10 şəhadətnamə və miras əmlakdan ona çatan 1/5 hissə pay almışdır, digər vərəsələrə düşən 4/5 hissə isə verilmədən açıq saxlanılmişdir. Daha sonra həmin şəhadətnaməni və lazımi sənədləri toplayıb reyestr idarəsindən çıxarış almışdır. Bir müddət sonra öyrənmişdir ki, qardaşı Cavabdeh1 adına da Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 15 ünvanında yerləşən həmin fərdi yaşayış evinə çıxarış var və çıxarışa əsasən həmin əmlak onun tam mülkiyyətinə verilmişdir. Əlavə olaraq bildirdi ki, vəfat etmiş qardaşının övladı həmin evin arxasında özünə ev tikmişdir. Cavabdeh isə həmin ərazini adına keçirib. O, cavabdehə xəbər göndərərək mərhum qardaşının payının onun oğluna verilməsi qarşılığında öz torpağınıdan cavabdehin xeyrinə imtina edəcəyini təklif etmiş, cavabdeh isə onun bu təklifini rədd etmişdir. Bundan sonra o, məcbur qalıb vərəsəliklə bağlı müraciət etmiş və müvafiq çıxarış almışdır. Sonradan öyrənmişdir ki, Cavabdeh1 da həmin ünvana çıxarış verilib. Məsələni aydınlaşdırmaq üçün reyestr idarəsinə müraciət etmiş, oradan isə ona məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, Cavabdeh1 verilmiş çıxarış etibarsız hesab edilməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, İddiaçı 2024-cü ildən əvvəl çıxarış alarkən həmin ünvana texniki pasport almamışdır. Çıxarış isə texniki sənəd deyil və hər hansı koordinatları özündə əks etmir, eləcə də bazaya yerləşdirilmir. Çıxarış sadəcə hüquqi sənəddir, orada yalnız torpağın və torpaq üzərində yerləşən evin ölçüləri göstərilir. Məhz bazada olmadığı üçün, yəni yerində baxış keçirilib koordinatlar bazaya yerləşdirilmədiyi üçün iddiaçının çıxarışındakı ünvan əvvəlki köhnə ünvan kimi ev 15 göstərilib. Cavabdeh1 verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa münasibətdə bildirdi ki, sonuncuya çıxarış torpağın mülkiyyətə verilməsinə dair JN-1999A nömrəli şəhadətnamə əsasında verilmişdir. Belə ki, şəhadətnamədə Cavabdeh1 tək mülkiyyətçi kimi göstərilmişdir. Həmin ünvanda yerləşən ev isə köhnə ev olduğu və bazada öz əksini tapmadığı üçün ünvan üzrə yalnız torpaq sənədi əsasında müvafiq qeydlərin aparılması mümkün olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən həm plan ölçü sənədi, həm də çıxarış alındığı üçün, yəni vətəndaşın texniki pasportu olduğu üçün onun sənədində yeni ünvan qeyd olunub və məlumatlar elektron bazaya yerləşdirilmişdir. 2023-cü ildə və ondan əvvəlki dövrdə də həmin həyət ünvan 5 ünvanı kimi qeyd olunub. Sadəcə iddiaçı çıxarış alan zaman texniki pasport istəmədiyi üçün həmin ünvan yerində ölçülməmiş və kordinatlar müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının çıxarışında ünvan ev 15 kimi qeyd olunmuşdur. Əslində ev 15 elə ev 8 eyni ünvandır. Sonradan Cavabdeh1 çıxarış üçün müraciət edərkən mütəxəssis tərəfindən ünvan üzrə yerində baxış keçirilməklə ölçülər götürülmüş və bu zaman həmin ünvanın ev 8 olduğu müəyyən edildimişdir. Məhz bu səbəbdən həmin ünvan Cavabdeh1 çıxarışına ev 8 kimi qeyd olunmuşdur. Həmin çıxarışlarda daşınmaz əmlakın ümumi sahəsinin və torpaq sahəsinin fərqli olması isə bununla bağlıdır ki, İddiaçı verilmiş çıxarışda qeyd olunan sahələr sırf evin tikintialtı sahəsi qeyd olunmuşdur. İddiaçı mülkiyyətində qeydiyyat tarixi xx.xx.2025-ci il olan reyestr nömrəsi **********17-10301 olan ünvan 6 ünvanında 0.059 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 276.1 kv.m olan fərdi yaşayış evinin mübahisə predmeti olan Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalara görə S.Baxşiyev küçəsi, ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının mülkiyyətində olan sözügedən yaşayış evi başqa ünvanda yerləşməklə tamamilə ayrı bir əmlakdır. Cavabdehin nümayəndəsi izahatın sonunda iddia tələbini qəbul etmədiyini bildirib iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməyərək ona verilmiş çıxarışın qanuni və əsaslı olduğunu bildirib iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi, məhkəməyə yazılı çıxış təqdim edərək bildirdi ki, Salman Baxşıyev küçəsi, ev 15 A ünvanı əslində elə iddiaçının 1/5 hissədə pay aldığı Salman Baxşıyev küçəsi 15 ünvanıdır. Çünki, 10 saylı Əi özü də məktubunda qeyd etmişdir ki, Salman Baxşıyev küçəsi 15A arxiv sənədlərin bir qismində Kirov küçəsi dalan 2, ev 15, digər qismində 15A kimi, 2003-cü il sənədlərində Səttərxan küçəsi dalan 2, ev-15 kimi qeyd edilmişdir. Yəni, burdan tam olaraq belə nəticəyə gəlmək olur ki, iddiaçının mülkiyyətində olan Salman Baxşıyev küçəsi, ev 15 A ünvanında olan fərdi yaşayış evi əvvəllər elə Salman Baxşıyev küçəsi ev 15 olmuşdur. Yəni, ev 15 ünvanının ev 8 ünvanı ilə eynilik təşkil etməsi ilə Bağlı 10 saylı Əİ-nin cavabı öz hüquqi qüvvəsini itirir. Həmin sorğuda açıq-aşkar qeyd olunur ki, Lənkəran şəhər, XDS İK-nin xx.xx.1984 cü-il tarixli, 16 nömrəli iclas protokoluna əsasən Kirov küçəsi 2/15 nömrəli evin xx.xx.1984-cü il texniki akta əsasən sökülməsi qeyd edilmişdir. Yəni, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ataları tərəfindən tikilən və iddiaçının həmin miras əmlakdan pay aldığı ev 1984-cü il tarixdə sökülmüşdür. Ondan sonra iddiaçı tərəfindən həmin ərazidə 1985-ci il tarixdə hazırda yaşadığı ev tikilməyə başlamış və 1988-ci il tarixdə yekunlaşmışdır, ünvanı Salman Baxşıyev küçəsi ev 15 olmuşdur ki, 10 saylı Əİ-nin məktubu da bunu deməyə əsas verir. Lakin, müəmmalı şəkildə iddiaçı mövcüd olmayan əmlakla bağlı (hansı ki, 1984-cü ü tarixdə sökülüb) 1/5 hissədə pay alır. Bu ki, obsurd bir şeydir. Həmin cavabdan bəllidir ki, artıq miras qalmış əmlak sökülüb, Salaman Baxşıyev küçəsi ev 15 ünvanının əvvəlki adı salman Baxşıyev küçəsi ev 15-dir. Bu cavabla hər şey aydın olur. xx.xx.2024-cü il tarixli, **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan fərdi yaşayış evi onun tərəfindən tikilmiş və onun miras əmlakla bağlı heç bir aidiyyatı yoxdur. 10 saylı Əİ-nin cavabından da bəlli olur ki, miras qalmış əmlak 1984-cü ildə sökülüb. Ondan sonra iddiaçı həmin ərazidə 1985-1988-ci illərdə ev tikib (hazırki Salman Baxşıyev küçəsi ev 15 A). İddiaçı elə öz mülkiyyətindəki qabaqkı ünvana münasibətdə 1/5 hissədə pay almışdır. Sadəcə olaraq 10 saylı Əİ-də diqqqətsizlik göstərərk texniki səhvə yol vermişdir. ünvan 7 ünvanının eynilik təşkil etməməsi çıxarışlarla da müəyyən etmək olur. S.Baxşıyev küçəsi ev 15-ə münasibətdə daşınmaz əmlakın ümumi sahəsi 74.3 kv.m, torpaq sahəsinin mülkiyyət növü bələdiyyə, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin ölçüsü 0.009675 ha olduğu halda, Salman Baxşıyev küçəsi ev 8- ə münasibətdə isə həmin göstəricilər tam olaraq fərqlidir, yəni daşınmaz əmlakın ümumi sahəsi 87.3 kv.m, torpaq sahəsinin mülkiyyət növü xüsusi, torpaq sahəsi üzərində hüququn növü mülkiyyət, torpaq sahəsinin ölçüsü 0.07 ha-dır. Bütün bunlar həmin ünvanların fərqli ünvan və ərazi olduğunun bariz göstəricisidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaaçının qaldırdığı iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli Qanun üzrə X10 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçı miras əmlakdan 1/5 hissə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 74.32 kv.m., yaşayış sahəsi 37.74 kv.m., yardımçı sahəsi 36.58 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi isə ********** olan çıxarışdan görünür ki, Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 15 ünvanında 0.009674 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı 1/5 hissə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, 4/5 hissə verilmədən açıq saxlanılmışdır. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, vətəndaşlıq vəziyyət aktları qeydiyyatı sisteminə əsasən İddiaçı aşağıda qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası-X11(vəfat edib), X1(vəfat edib), bacısı-X12(vəfat edib), bacısı-X13, qardaşı-X16, bacısı-X14(vəfat edib), qardaşı- X17, bacısı-X8, bacısı- X15 və qardaşı Cavabdeh1. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışdan görünür ki, X11 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışdan görünür ki, X5 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışdan görünür ki, X12 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışdan görünür ki, X14 xx.xx.1979-cu il tarixdə ölmüşdür. Lənkəran Rayon İnventarlaşdırma İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X7 verilmiş 2D/521 qeydəalma nömrəsi ilə 2D nömrəli kitabın 63-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 9 ünvanında 0.009674 ha torpaq sahəsi yerləşən ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. ********** №-li, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia verilməsi üçün İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi isə ********** olan çıxarışdan görünür ki, Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 8 ünvanında 0.07 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 87.3 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. JN-1999 A, KOD 80201002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh1 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2727/2025 nömrəli məlumatdan görünür ki, Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 15 ünvanı ilə ünvan 10nkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış və ona xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, V-696/2023 nömrəli Qanun üzrə X10 Şəhadətnamə və mərhum X4 adına olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu” Ərazi İdarəsinə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli, ********** nömrəli Çıxarış onun adına tərtib edilmişdir (fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi 1/5 hissə onun adına, 4/5 hissə verilmədən açıq saxlanılmışdır). Belə ki, İddiaçı tərəfindən müraciət olunan zaman Texniki Pasport əldə edilməmiş, yalnız köhnə ünvanla qeyd edilən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edilmişdir. İddiaçı tərəfindən müraciət olunan zaman Texniki Pasport əldə edilmədiyi səbəbindən hazırki daşınmaz əmlak yeni ünvanla nəzərə alınmamış və Çıxarış tərtib edilən zaman daşınmaz əmlakın ünvanı Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 olaraq qeyd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edildiyi zaman qeyd olunan ünvan texniki pasport əldə edilmədiyi üçün ev 15 olaraq qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, V-696/2023 nömrəli Qanun üzrə X10 Şəhadətnamə və mərhum X2nun adına olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu” Ərazi İdarəsinə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli, ********** nömrəli Çıxarış onun adına tərtib edilmişdir. İddiaçı tərəfindən DƏDKR-nin 10 saylı ərazi idarəsinə müraciət olunan zaman Texniki Pasport əldə edilməmiş, yalnız köhnə ünvanla qeyd edilən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edilmişdir. İddiaçı tərəfindən DƏDKR-nin 10 saylı ərazi idarəsinə müraciət olunan zaman Texniki Pasport əldə edilmədiyi səbəbindən hazırki daşınmaz əmlak yeni ünvanla nəzərə alınmamış və Çıxarış tərtib edilən zaman daşınmaz əmlakın ünvanı Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 olaraq qeyd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edildiyi zaman qeyd olunan ünvan texniki pasport əldə edilmədiyi üçün ev 15 olaraq qeyd edilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış və ona xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. Başqa sözlə, Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 15 ünvanı ilə ünvan 14ki halda eyni ünvanda (ünvan 15yev küçəsi ev 8) yerləşən İddiaçı və Cavabdeh1 mərhum atası Rəşid Əzizovun mülkiyyətində olmuş fərdi yaşayış evinə münasibətdə iddiaçı və cavabdeh ayrı-ayrı vaxtlarda yuxarıda qeyd edilən səbəblərdən dolayı sənəd üzərində fərqli, yalnız həqiqətdə (faktiki vəziyyətdə) bir-biri ilə ziddiyyət təşkil edən ( İddiaçı 1/5, Cavabdeh1 tam mülkiyyəti) çıxarışlar əldə etmişlər. Həmin çıxarışlarda daşınmaz əmlakın ümumi sahəsinin və torpaq sahəsinin fərqli olması isə İddiaçı verilmiş çıxarışda qeyd olunan sahələrin sırf evin tikintialtı sahəsi kimi qeyd olunması ilə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ünvan 17 ünvanında 0.07 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 87.3 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi isə ********** olan Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə iddaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ünvan 18 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87.3 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış etibarsız hesab edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən müştərək qaydada tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2076/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2076/2025
17.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver