Məhkəmə qərarları › İş №2(049)-2085/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2085/2023

12.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2085/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X26, onun vəkili və nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdehlərqarşılıqlı iddia üzrə iddiaçılar X27 və Cavabdeh1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçıqarşılıqlı iddia üzrə cavabdeh X10 ilkin iddia üzrə cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar X32 və Cavabdeh1 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi» tələbinə dair ilkin iddiası, və qarşılıqlı iddia üzrə iddiaçılar X27 və Cavabdeh1 ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X14 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X26 ilkin iddia üzrə cavabdehlərqarşılıqlı iddia üzrə iddiaçılar X32 və Cavabdeh1 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X11 mərhum babası X40 məxsus olmaqla ondan miras qalmış Lənkəran şəhəri, E.Əliyev küçəsi, 7 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin fərdi yaşayış evin yerləşdiyi 0.06 ha torpaq sahəsindən mərhum əri X15 çatan ½ hissədə miras payın tam şəkildə müəyyən edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. xx.xx.1975-ci il tarixdə Lənkəran şəhər sakini olan mərhum X28 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onun mərhum babası X40 məxsus olmaqla Lənkəran şəhəri, E.Əliyev küçəsi, 7 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından Məxvirə, Lalə və Hüseyn adlı 3 (üç) övladları anadan olmuşdur. Yuxarıda qeyd etdiyi kimi gəlin köçdüyü fərdi yaşayış evi mərhum X11 babası X6 məxsus olmuşdur.Mərhum əri X11 babası mərhum X1 Ziba Kərim qızı ilə nikahda olmuş və onların da həmin nikahından 06 (altı) övladları anadan olmuşdur. X13 xx.xx.1963-cü il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun oğlu olan mərhum qaynatası X68 və onun ailə üzvləri yaşamışlar.Digər övladları hələ onun sağlığında ailə həyatı quraraq özlərinə məxsus evlərdə yaşamışlar. Mərhum qaynatası X68 isə X33 ilə rəsmi nikahda olmuş və onların birgə nikahlarından 04 (dörd) övladı olmuşdur. Mərhum qaynatası X68 xx.xx.1974-cü il tarixdə vəfat etmiş və o vəfat etdikdən sonra həmin evdə 6 ay müddətində və ondan sonrakı müddət ərzində mərhum qaynatası X41 oğlanları olan mərhum əri X28 və mərhum qaynı X87 yaşamışlar. Digər övladları hələ onun sağlığında ailə həyatı quraraq özlərinə məxsus evlərdə yaşamışlar. Onlar həmin evdə yaşaya-yaşaya ailə həyatı quraraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Yəni, mərhum əri X28 onunla ailə həyatı qurmuş və mərhum qaynı X87 isə X44 ilə ailə həyatı qurmuşdur. Mərhum qaynı X87 ilə X27 birgə nikahlarından 03 (üç) övladlrı anadan olmuşdur. Mərhum qaynı X87 hələ vəfat etməmişdən əvvəl onun qızı ərə getmişdir.Beləliklə də,mərhum əri X28 xx.xx.2002-ci il tarixdə və mərhum qaynı X87 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində həmin evdə o, yəni İddiaçı, qızları X16, X34, oğlu X29 və mərhum qaynı X52 həyat yoldaşı X45, onların oğlu X97 və qızı Cavabdeh1 ilə birlikdə yaşamışlar. X22 vəfat etmişdir. Hazırda həmin miras qalmış əmlakdan payımı istəyir. Buna görə də ilk olaraq o lazımi sənədləri toplayıb, notariusa müraciət etmişdir. Lakin orada ona bildirmişlər ki, vərəsələr arasında mübahisə olduğu üçün ona vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir və bu barədə imtina verilmişdir. Hazırda qızları X16, X34 və oğlu X29 özlərinə çatan miras payı qəbul edərək ona verirlər. Ona görə də o hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakın vərəsələr arasında qanunamüvafiq qaydada bölünməsini istəyir. İlkin iddia üzrə cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar X44 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X52 mərhum babası X40 məxsus olmaqla ondan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin fərdi yaşayış evin yerləşdiyi 0.06 ha torpaq sahəsindən mərhum əri X69 çatan ½ hissədə miras payın tam şəkildə müəyyən edilərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışlar ki, İddiaçı onlara qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qəbul edirlər. Belə ki, o, yəni ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X2 şəhər sakini olan mərhum X87 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və o onun mərhum babası X40 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından Hafiz və Asudə adlı 02 (iki) uşaqları anadan olmuşdur.Sonradan Hafiz adlı uşağı vəfat etmişdir. Yuxarıda qeyd etdiyi kimi gəlin köçdüyü fərdi yaşayış evi mərhum əri X52 babası X6 məxsus olmuşdur. Mərhum əri X52 babası mərhum X1 Ziba Kərim qızı ilə nikahda olmuş və onların birgə nikahından 07 (yeddi) övladları olmuşdur.X13 xx.xx.1963-cü il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində onun oğlu olan mərhum qaynatası X68 və onun ailə üzvləri yaşamışlar. Digər övladları hələ onun sağlığında ailə həyatı quraraq özlərinə məxsus evlərdə yaşamışlar. Mərhum qaynatası X68 isə X33 ilə rəsmi nikahda olmuş və onların birgə nikahlarından 04 (dörd) övladı olmuşdur. Mərhum qaynatası X68 xx.xx.1974-cü il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra həmin evdə 6 ay müddətində və ondan sonrakı müddət ərzində mərhum qaynatası X41 oğlanları olan mərhum qaynı X28 və mərhum əri X87 yaşamışlar. Digər övladları hələ onun sağlığında ailə həyatı quraraq özlərinə məxsus evlərdə yaşamışlar. Onlar həmin evdə yaşaya-yaşaya ailə həyatı quraraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Yəni, mərhum əri X87 onunla ailə həyatı qurmuş və mərhum qaynı X28 isə İddiaçı ilə ailə həyatı qurmuşdur. Mərhum qaynı X28 ilə İddiaçı birgə nikahından 03 (üç) övladlrı anadan olmuşdur.Beləliklə də,mərhum əri X87 isə xx.xx.2005-ci il tarixdə, mərhum qaynı X28 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində həmin evdə o, oğlu X97 və qızı Cavabdeh1 ilə mərhum qaynı X11 arvadı İddiaçı, qızları X16, X34 və oğlu X29 ilə birlikdə yaşamışlar. Hazırda o da həmin miras qalmış əmlakdan payını istəyir. Hazırda qızı Cavabdeh1 da özünə çatan miras payı qəbul edərək ona verir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X26 ilkin iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda qarşılıqlı iddia tələbini də qəbul edərək məhkəmədən hər iki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək X10 dediklərinə uyğun izahat vermiş, eyni zamanda qarşılıqlı iddia tələbini də qəbul edərək məhkəmədən hər iki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar X44 və Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda ilkin iddia tələbini də qəbul edərək məhkəmədən hər iki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb sürməyən 3-cü şəxslər X16, X34 və X29 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. İş materiallarında olan: 22 dekabr 1961-ci il tarixli, 990 №-li Torpaq qeydindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X35 mülkiyyətinə verilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 6 ünvanında yerləşən 251,50 kv.m torpaq sahəsi üzərində ümumi sahəsi 74,8 kv.m olan fərdi yaşayış evi evin sahibi kimi X35 adına inventar nömrəsi 1488 sayla qeydə alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 3-48-DA-7F/1-Q- 625-6/2023 saylı arxiv arayışından görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin 1926-cı ildən 1936-cı illərə aid nigah aktı kitablarında X35 və X53 nikahları müəyyən olunmadı. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli A/777 saylı arxiv arayışından görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin bərpa kitabında 1937-ci ilə aid doğum aktının bərpa kitabı yoxlanılmış və həmin bərpa kitabın 3 fevral 1937-ci il tarixli 101 nömrəli təvəllüd aktına əsasən Qənbərov Hüseyn 1913-cü ilin İ yarısında anadan olması yazılmışdır. Atasının adı X54, anasının adı X88 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş A/777-1 saylı 26 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin bərpa kitabında 1937-ci ilə aid doğum aktının bərpa kitabı yoxlanılmış və həmin bərpa kitabın 3 fevral 1937-ci il tarixli 102 nömrəli təvəllüd aktına əsasən Qənbərov Abdulla 1916-cı ilin İ yarısında anadan olması yazılmışdır. Atasının adı X54, anasının adı X88 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş A/777-3 saylı 26 oktyabr 2022-ci il tarixli arxiv arayışdan görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin bərpa kitabında 1937-ci ilə aid doğum aktının bərpa kitabı yoxlanılmış və həmin bərpa kitabın 3 fevral 1937-ci il tarixli 105 nömrəli təvəllüd aktına əsasən Qənbərova Asifə 1929cu ilin İİ yarısında anadan olması yazılmışdır. Atasının adı X54, anasının adı X88 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli A/777-5 saylı arxiv arayışından görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin bərpa kitabında 1937-ci ilə aid doğum aktının bərpa kitabı yoxlanılmış və həmin bərpa kitabın 3 fevral 1937-ci il tarixli 106 nömrəli təvəllüd aktına əsasən Qənbərova Sərvər 1931-ci ilin İ yarısında anadan olması yazılmışdır. Atasının adı X54, anasının adı X88 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş A/777-4 saylı 26 oktyabr 2022-ci il tarixli arxiv arayışdan görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin bərpa kitabında 1937-ci ilə aid doğum aktının bərpa kitabı yoxlanılmış və həmin bərpa kitabın 3 fevral 1937-ci il tarixli 107 nömrəli təvəllüd aktına əsasən Qənbərova Nərgiz 1933-cü ilin İ yarısında anadan olması yazılmışdır. Atasının adı X54, anasının adı X88 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 3-48-DA-7F/1-Q- 627-6/2023 nömrəli arxiv arayışdan görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin 1939-cu ilə aid doğum aktının kitabı yoxlanılmış və həmin kitabın 8 oktyabr 1939-cu il tarixli 516 nömrəli təvəllüd aktına əsasən Qəmbərova Tamilə 25 sentyabr 1939-cu il tarixdə anadan olması yazılmışdır. Atasının adı X55, anasının adı X86 qeyd edilmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 2525 nömrəli arayışdan görünür ki, X55 30 sentyabr 1963-cü ildə infarktdan Lənkəranda ölmüşdür. Ölüm haqqında 26 oktyabr 1963-cü il tarixli 171 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 2522 nömrəli arayışdan görünür ki, X56 07 dekabr 1966-cı ildə ürək çatışmamazlığından Lənkəranda ölmüşdür. Ölüm haqqında 27 dekabr 1966-cı il tarixli 183 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli 1425 nömrəli arayışdan görünür ki, X70 05 sentyabr 1974-cü ildə hipertoniyadan Lənkəranda ölmüşdür. Ölüm haqqında 20 sentyabr 1974-cü il tarixli 140 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 1462 nömrəli arayışdan görünür ki, X71 09 fevral 2000-ci ildə baş beyinə qansızmadan Lənkəranda ölmüşdür. Ölüm haqqında 11 fevral 2000-ci il tarixli 62 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 1461 nömrəli arayışdan görünür ki, X46 27 avqust 2005-ci ildə insultdan Lənkəran şəhərində ölmüşdür. Ölüm haqqında 02 sentyabr 2005-ci il tarixli 361 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 2524 nömrəli arayışdan görünür ki, X82 01 oktyabr 2006-cı ildə baş beyinə qansızmadan Lənkəranda ölmüşdür. Ölüm haqqında 03 oktyabr 2006-cı il tarixli 307 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli 3-48-DA-7F/1-Q-460- 6/2023 saylı arxiv arayışından görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin 1936-cı ilə aid nigah aktı kitabı yoxlanılmış və həmin kitabın 28 iyun 1936-cı il tarixli 70 nömrəli nigah aktına əsasən X72 və Seyidzadə (Qənbərova) Məxvirə Mirhəsən qızı nikahlarının olması qeydə alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 3-48-DA-7F/1-Q- 626-6/2023 saylı arxiv arayışından görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin 1939-cu ilə aid doğum aktının kitabı yoxlanılmış və həmin kitabın 23 mart 1939-cu il tarixli 184 nömrəli təvəllüd aktına əsasən Qəmbərova Kəkəvus 12 mart 1939-cu il tarixdə anadan olması yazılmışdır. Atasının adı X70, anasının adı X36 qeyd edilmişdir. materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 3-48-DA-7F/1-Q-611-6/2023 saylı arxiv arayışından görünür ki, X114 filialında saxlanılan Lənkəran rayonu X25 Qeydiyyatı şöbəsinin 1946-cı ilə aid doğum aktının kitabı yoxlanılmış və həmin kitabın oktyabr 1946-cı il tarixli 430 nömrəli təvəllüd aktına əsasən Qəmbərov Rauf 14 oktyabr 1946-cı il tarixdə anadan olması yazılmışdır. Atasının adı X70, anasının adı X36 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X57 10 mart 1950-ci il tarixdə anadan olmuşdur. X23, anası X19r. Türkmənistan Ədliyyə Nazirliyinin X9 Departamenti tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X31 07 avqust 1956-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydinin yazılma tarixi 878 nömrə, 17 sentyabr 1956-cı il, dövlət qeydiyyatına alındığı yer: Nebit-Dağ şəhər qeydiyyat şöbəsi. X24, anası X20r. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 2506 nömrəli arayışdan görünür ki, X83 08 iyul 2005-ci ildə beyinə qansızmadan Lənkəranda ölmüşdür. Ölüm haqqında 09 iyul 2005-ci il tarixli 311 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 3- 16/8-06-2542/23 nömrəli arayışdan görünür ki, X58 16 iyul 2007-ci ildə ürəyin infarktından Bakı şəhərində ölmüşdür. Ölüm haqqında 27 sentyabr 2007-ci il tarixli 955 nömrəli akt qeydi tərtib olunmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 2527 nömrəli arayışdan görünür ki, X47 12 oktyabr 2012-ci ildə qəfləti koronar ölümdən Lənkəran şəhərində ölmüşdür. Ölüm haqqında 27 oktyabr 2012-ci il tarixli 325 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X28 və X37 nikahlarını 19 oktyabr 1982-ci ildə bağlamışlar. Nikah bağlanandan sonra ərə Qəmbərov, arvada Qəmbərova soyadı verilmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 1455 nömrəli arayışdan görünür ki, X34 28 oktybar 1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X3, anası X21r. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 1456 nömrəli arayışdan görünür ki, X16 24 iyul 1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X3, anası X21r. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 1456 nömrəli arayışdan görünür ki, X29 23 may 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X3, anası X21r. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2022-ci il tarixli 1459 nömrəli arayışdan görünür ki, X98 03 yanvar 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X39, anası X38r. Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-18/04 saylı arayışdan görünür ki, X51 xx.xx.1963-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri-həyat yoldaşı-X86 (ölüb), qızı-X59 (ölüb), qızı-X74 (ölüb), oğlu-X60 (ölüb), oğlu X68 (ölüb), oğlu-X48 (ölüb), qızı-X61 (ölüb), qızı-X62 (ölüb)dır. Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-18/04 saylı arayışdan görünür ki, X68 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri-həyat yoldaşı-X33 (ölüb), oğlu-X63 (ölüb), oğlu-X87 (ölüb), oğlu-X28 (ölüb), qızı-X58 (ölüb)dır. Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-18/04 saylı arayışdan görünür ki, X28 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir.Onun vərəsələri-həyat yoldaşı-İddiaçı, oğlu-X29, qızı- X34, qızı-X7r. Ərizədən görünür ki, X29 mərhum babası X30 mərhum X3na çatan miras payı qəbul edir. X17 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum X3 23 mart 2002-ci il tarixdə vəfat etmişdir. Mərhum babası X40 məxsus olmaqla ondan miras qalmış ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən mərhum X3na çatan payın ona çatan hissəsini qəbul edir və özünə çatan hissəsini qardaşı X18 bağışlayır.Ona görə də ərizəsinin nəzərə alınmasını xahiş edir. X5 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum X3 23 mart 2002ci il tarixdə vəfat etmişdir. Mərhum babası X40 məxsus olmaqla ondan miras qalmış ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən mərhum X3na çatan payın ona çatan hissəsini qəbul edir və özünə çatan hissəsini qardaşı X18 bağışlayır. Ona görə də ərizəsinin nəzərə alınmasını xahiş edir. 04 may 2023-cü il tarixli aktdan görünür ki, (Ş/V-Seriya-AZE-02942119 olan) X64, (Ş/V-Seriya-AZE-07493391 olan) X90, (Ş/V-Seriya-AZE-13659528 olan) X84, (Ş/V-Seriya- AZE-05215411 olan) X85 və (Ş/V-Seriya-AZE-08252002 olan) X119 bu aktı tərtib etmişlər ondan ötəri ki, həqiqətən də X13 xx.xx.1963-cü il tarixdə vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində ona məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində onun oğlu X68 və onun ailə üzvləri, X68 xx.xx.1974-cü il tarixdə vəfat etdikdən sonra həmin evdə 6 ay müddətində və ondan sonrakı müddət ərzində X41 oğlanları X28 və X87, X28 xx.xx.2002-ci il tarixdə və X87 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində həmin evdə X11 həyat yoldaşı İddiaçı, qızı X16, X34, X29 və X52 həyat yoldaşı X44, qızı Cavabdeh1 və oğlu X97 yaşamışlar, X97 hazırda vəfat etmişdir. Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-18/04 saylı arayışdan görünür ki, həqiqətən də X13 xx.xx.1963-cü il tarixdə vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində ona məxsus ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evində onun oğlu X68 və onun ailə üzvləri, X68 xx.xx.1974-cü il tarixdə vəfat etdikdən sonra həmin evdə 6 ay müddətində və ondan sonrakı müddət ərzində X41 oğlanları X28 və X87, X28 xx.xx.2002-ci il tarixdə və X87 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində həmin evdə X11 həyat yoldaşı İddiaçı, qızı X16, X34, X29 və X52 həyat yoldaşı X45, qızı Cavabdeh1 və oğlu X97 yaşamışlar, X97 hazırda vəfat etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X51 və X86 faktiki nikaha daxil olaraq evlənmişlər və onların birgə nikahından Sərvər, Asiya, Tamila, Hüseyn, Abdulla, İbrahim və Sərvər adlı yeddi övladları anadan olmuşdur. Onlar ailəlikcə X40 məxsus olmaqla ünvan 10 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. X51 xx.xx.1963-cü il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra 06 (altı) ay müddətində və ondan sonrakı müddət ərzində ona məxsus olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində onun oğlu olan X68 və ailə üzvləri birgə yaşamışlar. Digər övladları hələ onun sağlığında ailə həyatı quraraq özlərinə məxsus evlərdə yaşamışlar. Belə ki, X4 Məxvirə Mirhəsən qızı ilə rəsmi nikahda olmuş və onların birgə nikahlarından Kəkəvuş, Rauf, Məhərrəməli və Südabə adlı dörd övladları doğulmuşdur. X68 xx.xx.1974cü il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra həmin evdə 6 ay müddətində və ondan sonrakı müddət ərzində X41 oğlanları olan X28 və X87 yaşamışlar. Digər övladları hələ onun sağlığında ailə həyatı quraraq özlərinə məxsus evlərdə yaşamışlar. X28 və X87 həmin evdə yaşaya-yaşaya ailə həyatı quraraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Yəni, X8 Elmira Abdulla qızı ilə rəsmi nikaha daxil olaraq onların birgə nikahından Asudə və Hafiz adlı iki övladları, X28 isə İddiaçı ilə rəsmi nikaha daxil olaraq onların birgə nikahından Lalə, Məxvirə və Hüseyn adlı üç övladları doğulmuşdur. X87 xx.xx.2005-ci il tarixdə, X28 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Onlar vəfat etdikdən sonra 6 ay müddətində və ondan sonrakı müddət ərzində həmin evdə X52 ailə üzvləri olan arvadı X44, oğlu X97, qızı Cavabdeh1 və X11 ailə üzvləri olan arvadı İddiaçı, qızı X16, qızı X34 və oğlu X29 ilə birlikdə yaşamışlar. Beləliklə də, onlar mərhum babaları X40 məxsus olmaqla ünvan 12 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaqla miras əmlakdan mərhum ataları olan X15 və X69 çatan payı faktiki qəbul etmişlər.Ona görə də qanunvericiliyin tələbinə görə hər biri miras əmlakdan pay almalıdırlar. Digər vərəsələr isə mirası faktiki olaraq qəbul etməmiş və mirasın qəbulu ilə bağlı nə məhkəməyə, nə də ərazi üzrə notariat kontoruna müraciət etməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-nin Mülki Məcəlləsinin təsdiq olunması haqqında Azərbaycan Sovet Sosialist Respublikasının 11 sentyabr 1964-cü il tarixli qərarı ilə təstiq edilmiş 01 mart 1965-ci il tarixdən qüvvəyə minən 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəlıənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açıldığı vaxt, miras qoyan şəxsin öldüyü gün hesab edilir. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 531-ci maddəsinə əsasən miras qoyan vətəndaşların vərəsələrindən, bu və ya digərinin əleyhinə qanunsuz hərəkət edən şəxslər və yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə hərəkət etməklə, onların vərəsəliyə çağırdmasına kömək edənlər, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər.Valideynlik hüququndan məhrum edilən və vərəsəlik açılan zaman bu hüququ bərpa edilməyən valideynlər uşaqları öldükdən sonra, habelə miras qoyan şəxsi qanuna əsasən saxlamalı olan valideynlər və həddi-büluğa çatmış uşaqlar, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçırma halı məhkəmə qaydasında təsdiq edilərsə, qanun üzrə vərəsə ola bilməzlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Həmin Məcəllənin 555-ci maddəsinə əsaəsn vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu təstiq edilmiş 01 iyun 2000-ci il tarixdən qüvvəyə minən Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1291-ci maddəsinə müvafiq olaraq miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə məhəkəmə araşdırması zamanı müəyyən edilir ki, məhrum X30 miras qalmış ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 74,8 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 251,50 kv.m torpaq sahəsi onun vərəsələri X28 və X87 tərəfindən faktiki olaraq qəbul edilmiş və onlar həmin fərdi yaşayış sahəsindən istifadə etmişlər. Belə olan halda qeyd olunan miras əmlak üzərində X28 və X52 hər ikisinin ayrılıqda ½ hissə payı olmuşdur. Miras əmlakı qəbul etdikdən sonra X28 2002-ci ildə, X87 isə 2005-ci ildə vəfat etmiş, onlar vəfat etdikdən sonra miras əmlakı hazırki iş üzrə İddiaçı, onun övladları – X16, X34, X29, X44, Cavabdeh1 və X97 faktiki olaraq qəbul etmişlər. Hazırda isə vərəsələrdən X16 və X34 öz miras paylarından X12 xeyrinə imtina etmişlər. Belə olan hal məhkəmə hesab edir ki, qeyd olunan miras pay üzərində İddiaçı 1/8 hissə payı (məhrum Məhərrəməli Qəmbərova çatası ½ hissə miras payın ¼ hissəsi), Hüseyn Qəmbərlinin 3/8 hissə payı (məhrum Məhərrəməli Qəmbərova çatası ½ hissə miras payın ¾ hissəsi), X27 ¼ hissə payı (məhrum Rauf Qəmbərova çatası ½ hissə miras payın ½ hissəsi), Cavabdeh1 ¼ hissə payı (məhrum Rauf Qəmbərova çatası ½ hissə miras payın ½ hissəsi) müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, ilkin iddia və qarşılıqlı qismən təmin edilməli, X6 məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 74,8 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 251,50 kv.m torpaq sahəsi üzərində vərəsələr İddiaçı 1/8 və X12 3/8 hissə, X27 1/4 və Cavabdeh1 isə 1/4 hissədə miras payları müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. X6 məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 74,8 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 251,50 kv.m torpaq sahəsi üzərində vərəsələr İddiaçı 1/8, X12 3/8, X27 1/4 və Cavabdeh1 isə 1/4 hissədə miras payları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar