Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2167/2023 27.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq” ASC-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 27 iyul 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərişıq” ASC-nə qarşı aktın ləğv olunması və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Şirinsu kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evin elektrik enerjisi ilə təmin olunmasından ötrü cavabdeh təşkilatla müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən **********00061 nömrəli kodla abonent omuşdur. Cavabdeh təşkilatın əməkdaşları ara-sıra sayğacı yoxlayır, hər ay isə nəzarətçi sayğacdan isdifadə olunmuş enerjinin sərfıyyatı barədə bildirişi yazıb ödəniş üçün onlara təqdim etmişdir. 14 aprel 2023-cü il tarixdə cavabdedeh təşkilatın Qurbanov.N və Məmmədov.E soyadlı əməkdaşları həyətə gələrək sayğaca baxış keçirmiş, guya baxış zamanı enerji itkisinin olmasını müəyyən etdiklərini bildirmişlər. Həmin enerji itkisinin mənbəyini tapa bilmədikləri üçün ona, guya tərəfindən sayğacın dövriyyədən kənarlaşdırılması qeyd etmiş buna görə cərimə yazacaqlarını bildirmişlər. O, buna etiraz edib kənarlaşmanın hansı qaydada aparılmasını və bunun aşkarlanmasını tələb etdikdə isə onlar şifahi olaraq bildirdilər ki, guya (0) (sıfır) xətti kənardan qoşulub. Halbu ki, (0) sıfır xəttinin kənardan qoşulması halı olmamış, onlar özləri də belə bir faktı aşkarlamamışlar. Həmin gündən bir neçə gün keçdikdən sonra, əraziya baxan nəzarətçi ona bildirmişdir ki, barəsində akt tərtib edilərək 755 manat cərimə tətbiq edilmişdir. O, bu barədə maraqlananda isə ona məlum oldmuşdur ki, yuxarıda adlarını qeyd etdiyi cavabdeh təşkilatın əməkdaşlarının iştirakı ilə AKT NDM 031980 nömrəli akt tərtib edilmişdir. Həmin aktın özü də qanunvericiliyin tələbinə uyğun tərtib edilməmiş, qanunsuz və əsassız olmaqla həmin akt əsasında yazılmış borc da qanunsuz olduğundan akt ləğv edilməli borc silinməlidir. Belə ki, həmin akt məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib olunub imzalanmalı olması tələbinə əməl edilməmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının” 8.33-cii bəndinin tələbi pozulmuşdur. Bu barədə Cənub RJETSİ-yə iradını bildirsə də idarə əməkdaşları öz aktlarını özləri ləğv edə bilmədiklərini bildirmişlər. Ona görə də aktın ləğv edilməsi və yazılmış borcun silinməsi ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli NDM 031980 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı evin sayğacına kənardan verilən (0) sıfır xətti ilə sayğacı dövrədən kənarlaşdırılmışdır. Aliminium aqilin en kəsiyinin ölçüsü 2 x 6-dir. Sayğac həyətdən çölə çıxarılması qeyd olunmuşdur. Həmin aktı tərtib edən şəxslər, satışa nəzarət idarəsinin mühəndisləri N.Qurbanov və E.Məmmədov imzalamışlar. İşdə olan “Abunə haqqında” sənəddən görünür ki, NDM 031980 saylı akt əsasında iddiaçıya iddiaçının qeyd etdiyi kimi 775 manat deyil, 757.40 manat (717.73+19.60+20.07=757.40) borc(cərimə) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının” 8.33 bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə təqdim edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən yuxarıda qeyd olunan Qaydanın 8.33-cü bəndinin tələbləri pozulmuş iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti 757.40 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 757.40 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASCnə qarşı iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli NDM 031980 saylı akt və həmin akt əsasında hesablanmış cərimə məbləği ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azərişıq” ASC-nə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli NDM 031980 saylı aktı və onun əsasında hesablanmış 757.40 manat məbləğində borc (cərimə) məbləği ləğv edilsin. 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(049)-2167/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2167/2023
27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver