Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-217/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası, "xxxx" İstehsalat Birliyinin İddiaçı qarşı borcun ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” 19 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 6842.88 manat qaz cəriməsinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" İstehsalat Birliyi də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 6842,88 manat məbləğində borcun, 88,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 6931,70 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İ BAN :AZ90AİİB******************** saylı hesabına ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda isə ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Şilavar kəndində yaşayır. Yaşadığı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz qaz sayğacı vardır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmiş və heç vaxt qaza görə borcu olmamışdır. Qaz sayğacı evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Həmişə də gəlib yoxlayıblar. 2023-cü ilin oktyabr ayının əvvəllərində, yəni ayın 10-da əvvəlki yaz və payız aylarına xas olan bir hal kimi yenə də qaz zəif gəldiyi üçün və ev qızmadığı üçün məcburiyyət qarşısında qalaraq həmin tarixdə, yəni 10 oktyabr 2023-cü il tarixdə yerli qaz idarəsinin nəzarətçilərinin yoxlamasından sonra küçədən qaz sayğacından kənar yaşadığı evə qaz xətti çəkmişdir. Həmin qaz xəttini çəkməkdə məqsədi qış aylarında evi normal vəziyyətdə qızdırmaq olmuşdur. Hələ çəkdiyi xətlə qazdan istifadə etməyə macal tapmamış, 09 gün sonra, yəni 19 oktyabr 2023-cü il tarixdə yerli qaz idarəsinin əməkdaşları gələrək həmin qaz sayğacından kənar çəkdiyi xətti aşkar etmişlər və bu barədə 19 oktyabr 2023-cü il tarixli akt tərtib etmişlər. Həmin aktda qeyd edilib ki, guya o, 180 gün müddətində 35 KV olan kombidən, 180 gün müddətində 24 kv olan kombidən, 180 gün müddətində 5-ti minitkadan, 180 gün müddətində İran sobasından, 180 gün müddətində PQ-dən və 180 gün müddətindən PQ-3-dən istifadəyə görə qaz sərfıyyatı hesablayaraq ümumi 57024 kub.metr itirilmiş qaz sərfıyyatı hesablamışdır. Baxmayaraq ki, yay aylarında qaz idarəsinin işçilərinin qeyd etdiyi aparatlarından istifadə edilmir. Təkcə qaz plitkasından və 5-ti minutkadan istifadə edilir. Eyni zamanda o, necə 180 gün həmin sayğacdan kənar xəttdən istifadə etmişdir ki, yerli qaz idarəsinin işçiləri hər ay gəlib, yoxlama aparıb, sayğacın sərfiyyatının qeydiyyatını aparıblar. Bununla da Lənkəran X7 İdarəsinin əməkdaşlarının tərtib etdikləri aktda qeyd etdikləri 57024 kub.metr qaz sərfiyyatına görə onun üçün 6842.88 manat məbləğində cərimə hesablamışdır. O, həmin aktla razı deyil. Hesab edir ki, Lənkəran X7 İdarəsinin əməkdaşlarının tərtib etdikləri akt qanunsuzdur və onun əsasında hesablanmış cərimə pulu silinməlidir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 40206 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” yə əsasən "xxxx" İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 23 noyabr 2023-cü il tarixinə "xxxx" İstehsalat Birliyinə 6842,88 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii X6nın pozulması haqqında” 19 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 6842,88 manat dəymiş ziyanın ödənilməməsi olmuşdur. Belə ki, iddiaçı Rəhmanov X4 rayonu, Şilavar kəndində yaşamaqla Lənkəran X7 İdarəsinin Lənkəran Xidmət Sahəsində **********01090 saylı kodla abonent qeydiyyatındadır. "xxxx" X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən 19 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Şilavar kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində, sonuncunun iştirakı ilə təbii qazın uçotu və təbii X6na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Odur ki, "xxxx" X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən təbii X6nın pozulması haqqında 19 oktyabr 2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu halı təsbitləyən videoçəkiliş aparılmışlar. "xxxx" X1 satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 19 oktyabr 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 57024 m3 olmaqla İddiaçı abonent hesabına 6842 manat 88 qəpik pul hesablanmışdır. Abonent İddiaçı tərəfindən 6842,88 manat ödənilməmiş qalmışdır. Ona görə də iddiaçının iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilk tələbinin məzmununa uyğun izahat verməklə ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və məhkəmə iclasında qarşılıqlı tələbinin məzmununa uyğun izahat verməklə qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli abonentin saldolarından, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqlardan, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 40206 nömrəli qazın alqı-satqısı müqaviləsindən, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Şilavar kəndində yaşayır. İddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadə ilə əlaqədar müqavilə bağlanmışdır. "xxxx" İB-nin X8 İstismar İdarəsinin Lənkəran sahəsinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X6na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 57024 kub metr müəyyən edilmiş, həmin miqdarda təbii qazın dəyəri olaraq 6842,88 manat debitor borc hesablanaraq borcun ödənilməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 88,42 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Hazırda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh yaşadığı evin qaz xəttinə sayğacdan kənar qoşulma halı olsa da, həmin qoşulmanın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə olduğunu, eyni zamanda qaz sayğacına kənar qoşulma olan müddətdə həmin qoşulmadan ümumiyyətlə istifadə edilmədiyini bildirərək "xxxx" X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” 19 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 6842.88 manat qaz cəriməsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh öz iddia tələbinin əsası kimi təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə, xx.xx.2023-cü il tarixli abonentin saldosuna, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqlara, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinə istinad edir. İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halına görə “İstehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq hesabat aparıldığını, buna görə yaranmış 6842,88 manat debitor borcun indiyədək də ödənilmədiyini bildirib İddiaçı 6842,88 manat məbləğində borcun, 88,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 6931,70 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İ BAN :AZ90AİİB******************** saylı hesabına ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia tələbinə etirazı olaraq, həmçinin, qarşılıqlı iddia tələbinin əsası kimi təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməni, xx.xx.2023-cü il tarixli abonentin saldosunu, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 40206 nömrəli qazın alqı-satqısı müqaviləsini, xx.xx.2023-cü il tarixli mədaxil qəbzini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin ilk və qarşılıqlı iddia tələblərinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həm ilk iddia tələbi, həm də qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran X7 İdarəsi tərəfindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə təbii X6 yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyd olunan aktda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə istifadə olunan qaz cihazlarının sayı və növü də dəqiq şəkildə sadalanmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh yaşadığı evin qaz xəttinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə sayğacdan kənar qoşulma halı olmasını, ona məxsus evdə xx.xx.2023-cü il tarixli aktda qeyd edilən sayda və növdə təbii qaz işlədicisi olan cihazlardan istifadə edildiyini etiraf edir. Qeyd olunan əsaslara görə məhkəmə ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evin qaz xəttinə sayğacdan kənar qoşulmadan istifadə etmədiyi barədə iddia tələbində qeyd etdiyi, dəlillərini əsassız hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçına dəymiş maddi ziyan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın 2.11-2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra - qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydalara 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. “İstehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə X6nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın (qaz sərfiyyatı) miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə təbii qaz işlədicisi olan cihazlardan faktiki istifadəyə görə - 1 ədəd Kombi 35 kv, 1 ədəd kombi 24 kv, 1 ədəd 24 litrlik QSQ, 1 ədəd İran sobası, 4 ədəd PQ-4, 3 ədəd PQ-3 üçün 180 gün sərfiyyat hesablanmış olsa da və bu cür hesablanma “İstehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının tələbləri ilə əsaslandırılsa da, həmin qaydalarda təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə belə bir müddətlərlə hesabatın aparılması bilavasitə nəzərdə tutulmamışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evin qaz sayğacına sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qaz nəzarətçisi tərəfindən baxış keçirilərək ona bildiriş-xəbərdarlıq təqdim edilmiş və kənar qoşulma müəyyən edilməmişdir. "xxxx" X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən 19 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Şilavar kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində, sonuncunun iştirakı ilə təbii qazın uçotu və təbii X6na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı istifadəsinə verilmiş sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulma faktı aşkar edilmişdir. Qeyd olunan əsaslarla məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktının 180 gün yox 10 gün hesablanmalı olduğunu qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda xx.xx.2023-cü il tarixli aktda qeyd edildiyi kimi 180 gün ərzində hesablanmış 6842,88 manat məbləği 180 günə böləndə bir günə 38.016 manat təşkil edir bu da 10 günə munasibətdə 380.16 manat təşkil edir. Belə olan halda, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulma ilə bağlı itirilmiş təbii qaz sərfiyyatı istilik enerjisi cihazlarına görə xx.xx.2023-cü il tarixli aktda qeyd edildiyi kimi 10 gün ərzində 1 ədəd Kombi 35 kv, 1 ədəd kombi 24 kv, 1 ədəd 24 litrlik QSQ, 1 ədəd İran sobası, 4 ədəd PQ-4, 3 ədəd PQ-3 üçün təbii qazın dəyəri 380.16 manat həddində müəyyən edilməlidir və 380.16 manat debitor borc ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehi hesabına itirilmiş təbii qazın dəyəri olan 6462,72 manat debitor borc isə silinməli, ilk iddia tələbi də həmin miqdarda təbii qaz və onun dəyəri olan debitor borc həcmində təmin edilməli, digər hissədə təmin edilməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də 380,16 manat debitor borc həcmində təmin edilməli, digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə iddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçı olaraq qanunvericiliyə görə məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs olsa da, qarşılıqlı iddia tələbi üzrə cavabdeh olduğuna görə qarşılıqlı iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq ondan dövlət rüsumu tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissəsi də qismən təmin edilməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olan 380.16 manat debitor borca mütənasib olaraq, məhkəməyə müraciət etmək üçün ödənilmiş 88,42 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutlaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalı, 88,42 manat dövlət rüsumu məbləğinin 58,42 manatdan ibarət hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5431,68-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş itirilmiş təbii qazın dəyəri olan 6462,72 manat debitor borc silinsin. İlk iddia tələbinin digər hissəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı evdə təbii qazdan istifadəyə görə itirilmiş təbii qazın dəyəri olaraq hesablanmış 380,16 manat borc, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 88,42 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı - cəmi 410,56 manat məbləğ İddiaçı tutularaq cavabdeh "xxxx" X5 Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İ BAN :AZ90AİİB******************** nömrəli hesabına ödənilsin. Qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 88,42 manat dövlət rüsumu məbləğinin 58,42 manatdan ibarət hissəsi cavabdeh "xxxx" İstehsalat Birliyinə aid edilsin. Qarşılıqlı iddia tələbinin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-217/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-217/2024
14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver