Məhkəmə qərarları › İş №2(049)-22/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-22/2025

04.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-22/2025 04.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, İddiaçının nümayəndəsi: Nümayəndə1 Cavabdehin nümayəndəsi: Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilinə əlavə olaraq edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında qonşusu Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən ona məxsus bir otaqlı mənzilinə əlavə olaraq artırma edilmişdir. Cavabdeh məxsus mənzilin həyətyanı sahəsi dövlətə məxsus olduğundan şəxs tərəfindən qanunsuz olaraq həyətyanı sahəsi zəbt olunaraq 2020-ci ildə tikintiyə başlanılmış və 2023-cü ildə tikintisi başa çatdırılmışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq apardığı tikinti onlara məxsus evlə ara məsafəsi saxlanılmadan aparıldığından tikilinin dam örtüyündən axan yağış suları (dam örtüyünə nov qoyulmadığı üçün), evinin bünövrəsinə bitişik məişət sularının axıdılması məqsədi ilə çirkab sularının yığılması üçün xəndək qazıldığından evinin yararsız hala (evdə çatların yaranmasına, evin daxilində fasad örtüyünün yararsız hala düşməsi) düşməsinə, evin bünövrəsi zərər gördüyündən gələcəkdə evinin qəzalı vəziyyətə gəlməsinə səbəb olur və eyni zamanda baş verə biləcək yanğın və digər fövqəladə hadisə nəticəsində fərdi yaşayış evinin də zərər görməsini istisna etmir. Cavabdeh tərəfindən aparılan özbaşına tikinti nəticəsində hal-hazırda ailəsi həyat və sağlamlığı təhlükə altındadır. Eyni zamanda Cavabdeh həyat yoldaşı X4 tərəfində evinin arxasıda yerləşən Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən 23 nömrəli binanın həyətyanı sahəsinin (dövlətə məxsus torpağın) onlara aid olduğunu iddia edərək 2023-cü ilin oktyabr ayında qəsdən həyətyanı sahəni betonlayaraq suyun təbii axınını dəyişdiyindən axan yağış və çirkab sularının evinin bünövrəsinə axıdılmasına səbəb olur. Bildiririk ki, şəxs həyətyanı sahənin bütün hissəsin betonlasa da, yalnız evinin bünövrə hissəsinin torpaq sahəsini saxlayaraq özü üçün gül baxçası salmışdır. Şəxslərin törətdiyi qanunsuz əməl sayəsində 2023-cü ilin oktyabr ayında güclü yağış səbəbindən evinin bünövrə hissəsindən birinci mərtbədə yerləşən mətbəx hissəsin su basdığından mətbəxin döşəmə və divarları yararsız hala düşmüşdür. Hadisə barəsində 102, 112 qaynar xəttinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə məlumat verilmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşı tərəfindən dərhal hadisə yerinə baxış keçirilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunan sənəddə dəymiş ziyan 326 manat hesablansa da, sığorta şirkətinin verdiyi sorğuya dövlət qurumundan cavab verilmədiyindən ona dəymiş ziyan ödənilməmişdir. Daxili İşlər Nazirliyindən daxil olan məktubda isə şəxsin əməlində inzibati və cinayət tərkibinin olmadığı qeyd edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. X3 və X1 qanunsuz əməlləri barədə Lənkəran Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Cənub Regional İdarəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilmişdir. Qeyd edilən qurumlara ünvanladığı müraciətlərə cavab məktubunda yekun olaraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, tərəfindən verilmiş sənədlərin sübut kimi qəbul edilməsini bildirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 tikilinin qanunsuz olmadığını, müvafiq icazə alınmaqla artırma edildiyini bildirib iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, ünvan 4 ünvanda yerləşən əmlak İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin dəymiş ziyanla bağlı qiymətləndirilmədən görünür ki, Lənkərn şəhəri Azad Mirzəyev küçəs ev 3A ünvanda yerləşən evə ümumilikdə 326 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2011-ci il tarixli ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri, H.Əliyev prospekti, ev 23, mənzil 3-də yerləşən, ümumi sahəsi 25.5, yaşayış sahəsi 17 kvm olan mənzil satıcı X4 tərəfindən alıcı Cavabdeh satmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2011-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 25.5, yaşayış sahəsi 17 kvm olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan və Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qəraradan görünür ki, Cavabdeh əməli az əhəmiyyətli oldğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli 3-21-3/2-A-1555/02-8/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, Cavabdeh dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid təqribən 68.5 kv.mə razidə hüquqmüəyyənedici sənədləri olmadan əvvəlki illərdə mövcud fərdi yaşayış evinə bitişik əlavə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 2-2728/2024 saylı mütəxəssis rəyindən görünür ki, mübahisəli ərazidə Cavabdeh tərəfindən 47 kv.m sahədən ibarət əlavə tikilinin (mülkiyyətində olan 25,5 kv.m sahədən ibarət mənzilə əlavə olaraq) inşa edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 15 noyabr 2024-cü il tarixli, 10/7892 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2728/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********75-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətƏpƏsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan 0,01877 hä torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sadəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2728/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********75-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan 0,01877 ha torpaq sahəsinə həmin torpaq sahəsinin şimal və şimalqərb istiqamətlərindən (Azad Mirzəyev küçəsindən) gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2728/2024 saylı mütəxəssis rəyinə əsasən, həmin yolun (Azad Mirzəyev küçəsinin) başlanğıc hissəsinin Heydər Əliyev prospektindən başlayaraq son hissəsinin Rövşən Bayramov küçəsinə qədər olması müəyyən olunmuşdur. Həmin yolun (küçənin) bələdiyyə mülkiyyətinə aid və ümumi İstifadədə olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2728/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********94- 05101-093002 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2011-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən Cavabdeh mülkiyyətində 25,5 kv.m sahədən ibarət mənzilin olması və həmin mənzilin bir mərtəbəli yaşayış binasında yerləşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2728/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********94-05101- 093002 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2011-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən Cavabdeh mülkiyyətində olan 25,5 kv.m sahədən ibarət mənzilin yerləşdiyi yaşayış binasına mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. Yaşayış binasına faktiki vəziyyətdə gediş- gəliş yolunun şərq istiqamətindən (Heydər Əliyev prospekti istiqamətindən) olması (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) və binanın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən,mübahisəli ərazidə Cavabdeh tərəfindən 47 kv.m sahəsindən ibarət əlavə tikilinin (mülkiyyətində olan 25,5 kv.m sahədən ibarət mənzilə əlavə olaraq) inşa edilməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Fotoşəkillərdən görünür ki, iki ədəd tikili ev tikinti normalarına zidd, ara məsafəsi gözlənilmədən inşa edilmiş, tikililərdən biri yeni kərpiclə inşa edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehlərin izahatları dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-nin 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. MM-nin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarında göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.5, yaşayış sahəsi 17 kvm olan mənzilə hər hansı icazə alınmadan artırma- tikili inşa edilmiş və bu artırılmış tikili həmin mənzilin qoşuluğundan yerləşən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ciddi təhlükə yaratmışdır. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Belə ki, iş materiallarında olan çıxarışla müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.5, yaşayış sahəsi 17 kvm olan mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan çıxarışla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3/2-A-1555/02-8/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu, mütəxəssis rəyi və eskpert rəyi ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən 47 kv.m sahəsindən ibarət əlavə tikili (mülkiyyətində olan 25,5 kv.m sahədən ibarət mənzilə əlavə olaraq) inşa edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin təqdim etdiyi rəy, fotoşəkillər, habelə xx.xx.2024-cü il tarixli 3-21-3/2-A-1555/02-8/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu ilə müəyyən edilir ki, , ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.5, yaşayış sahəsi 17 kvm olan mənzilə edilmiş artırma nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan vurulmuşdur. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatında göstərdiyi və qeyd edilən mənzilə artırmaya dair icazə alınması haqqında məhkəməyə təqdim etdiyi sənədlə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi və kserosurət halında olmaqla hər hansı qaydada təsdiq edilməmiş tarixi müəyyən edilməyyən sənəddən görünür ki, Lənkəarn Şəhəri Heydər Əliyev Prospekti bina 23 mənzil 3-ə əlavə tikəcəyi sahəsi barədə şəhərin baş memarı E.İbrahimov ilə razılaşdırılmışdır. Məhkəmə həmin sənədlə bağlı ilk öncə qeyd edir ki, MPM-nin 89.3-cü maddəsinin tələbinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Hazırda isə məhkəməyə sənədin nəinki əsli, hətta təsdiq edilmiş surəti də təqdim edilməmişdir. Bununla yanaşı, eyni zamanda o da, qeyd edilməlidir ki, məhkəməyə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.5, yaşayış sahəsi 17 kvm olan mənzilə edilmiş artırmanın qeyd alınması ilə bağlı da hər hansı başqa sübut təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin nüçmayəndəsinin izahatında bildirdiyi hal, yəni artırmaya dair müvafiq icazə alınması məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə, iddianın təmin edilməsi qənaətini Azərbaycan Respubliksı Konstitusiyasının Plenum Qərarı baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respubliksı Konstitusiyasının Plenumunun 20 iyun 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərmişdir ki, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Məhkəmə, xüsusilə vurğulamağı qeyd edir ki, iddianın təmin edilməsi ilə hər hansı şəxsin mülkiyyət və ya yaşamaq hüququ məhdudlaşdırılmayacaq, habelə risk altına düşməyəcəkdir. Belə ki, sökülməsi qənaətinə gəlinən obyekt-tikili, adından da göründüyü kimi artırmadır və yaşayış sahəsinə əlavədir. Bununla da həmin tikilidə yaşayan şəxslərin həyatı üçün, yaşaması üçün hər hansı təhlükənin, məhdudiyyətin olması aradan qalxmışdır. Yəni, başqa sözlə ifadə olunsa, artırmanın sökülməsi ilə cavabdeh üçün hər hansı məhrumiyyətlə üzləşdirməyəcəkdir, çünki 25.5 kvmdən ibarət mənzil və 17.7 kvm olan yaşayış sahəsi vardır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən normalara əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə əlavə olaraq edilmiş qanunsuz tikili sökülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar