Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2210/2025 13.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı və Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin şərtlərinin pozulması və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 27 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 1400 manat məbləğində pulun və əlavə olaraq borclunun (Cavabdeh) pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 3 il ərzində illik 5 faiz məbləğində hesablanmış 140 (yüz qırx) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, süd verən inəyi 1400 manat müqabilində Cavabdeh almaq barədə 27 noyabr 2022-ci il tarixdə şifahi razılığa gəlmişlər və o, ilkin olaraq 700 ABŞ dolları nağd, qalan məbləği isə elə həmin gün ödəmişdir. Cavabdeh ona heyvanın 5-6 litr süd verdiyini, hətta yaxşı baxıldıqda 7-8 litr verdiyini iddia etmişdir. Lakin heyvanı gətirdikdən sonra ona məlum oldu ki, heyvan deyilən miqdarda süd vermir, çox az süd verir, ya da heç vermir. Bu səbəbdən heyvanın saxlanılması onun üçün məqsədəuyğun olmadığından cavabdehlə əlaqə saxlayaraq heyvanı geri qaytarmaq və ödənilən məbləği geri almaq istədiyimi bildirmişdir. Cavabdeh onunla razılaşdığı üçün o, aldığı heyvanı xx.xx.2022-cı il tarixdə aparıb T.Cababrova qaytmış, lakin, Cavabdeh ilkin mərhələdə ona razılıq versə də, sonradan müxtəlif bəhanələrlə pulu geri qaytarmamışdır. O, təsərrüfat işləri ilə bağlı xx.xx.2022-ci il tarixdədə “Access Bank”dan 30000 manat (otuz min) kredit götürmüş, götürdüyü kreditin 1400 manatını Cavabdeh vermişdir. Cabbarov X1 ŞRPŞ-ndə verdiyi izahatında da etiraf etmişdir ki, heyvan xəstələndiyi üçün ona geri qaytarılmış lakin, 1400 manat məbləği ona (iddiaçıya) geri qaytarmamışdır. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin şərtləri pozularaq keyfiyyətsiz malın verilməsi səbəbindən ödənilmiş olan 1400 (min dört yüz) manat pulun və pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə 3 il ərzində illik 5 faiz məbləğində hesablanmış 140 (yüz qırx) manat pulun tutularaq geri qaytarılmasın xahiş edir. Cavabdeh məhkəməyə etiraz göndərərək bildirmişdir ki, verilmiş iddia tələbini qəbul etmir və iddianı tamamilə əsassız hesab etməklə, iddia tələbinin tam rədd edilməsini xahiş edir. Belə ki, guya o, 27 noyabr 2022-ci il tarixdə iddiaçıya 1400 manat məbləğində süd verən inək satmış, lakin inək, alqı-satqı zamanı tərəflər arasında razılaşdırılan miqdarda süd verməmişdir, ya çox az süd vermişdir, ya da heç verməmişdir. Bu səbəbdən də heyvanı gətirib ona qaytardığını bildirmişdir. Hətta iddaçı inəyi almaqdan ötrü 1400 manat məbləğində ona verdiyi pulun geri qaytarılmasını da iddia ərizəsində tələb etmişdir. Bu səbəblərdən 1400 manat, həmçinin pulun gecikdirilməsinə görə əlavə olaraq 140 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, iddiaçı- iddia ərizəsində ona xx.xx.2022-ci il tarixdə, 1400 manat ödəməklə inək aldığın qeyd etmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yəni bu barədə yazılı notarial təsdiq edilmiş hüquqi sənəd, şahid ifadəsi iddia ərizəsinə əlavə edilməmiş və ya ona inək almaqdan ötrü 1400 manat məbləğində pul verməsini təsdiq edən əsaslandırılmış sübut növü iddiada qeyd edilməmişdir. Çünki o, şəxsən iddiaçını tanımır, ümimiyyətlə belə bir şəxs haqqında heç bir məlumatı yoxdur. Həmçinin iddiaçı-iddia ərizəsində onun Lənkəran ŞRPŞ-nə verdiyi izahatında heyvan xəstələndiyi üçün ona geri qaytarıldığını, lakin 1400 manat pulun isə geri qaytarılmadığını etiraf etdiyini qeyd etmişdir. Halbu ki, o, Lənkəran ŞRPŞ-də, iddiaçının onun barəsində heyvan-inək alqı-satqısına dair şikayəti yoxdur. Ümumiyyətlə İddiaçı onun barəsində Lənkəran ŞRPŞ-də, heç bir şikayət və tələbi olmamışdır. Odur ki, Lənkəran ŞRPŞ-də onun tərəfindən verilən izahatının məhkəmə iclasına təqdim edilməsinin tələb edilməsini xahiş edir. Çünki o, İddiaçı 1400 manata, hər hansı bir heyvan-inək satmamış, onun iddia tələbi ona qarşı şər-böhtan olması bir faktdır. Beləliklə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbini araşdırıb, ona hüquqi qiymət verərək belə bir nəticəyə gəlmək olar ki, hazırki mübahisə, yəni iş üzrə iddiaçı iddia ərizəsində heç bir sübut-dəlil göstərmədiyi üçün formal mülahizə xarakteri daşıdığından, iddiaçının 1400 manat tələbinə dair göstərdiyi məbləğ, əsaslandırılmayan, mötəbər sübuta yetirilməyən, təsdiqini tapmayan tələb kimi rədd edilməlidir. İddiaçı, iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməkdə borcludur. Odur ki, iddia tələbinə etiraz olaraq, İddiaçı, ona qarşı 1400 (bir min dörd yüz) AZN pul tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi, etirazın dəlillərinə uyğun çıxış etdi, İddiaçı heç vaxt iribuynuzlu heyvan satmadığını və ona borcu olmadığını, Lənkəran ŞRPŞ-də onun adından yazılan izahatda imza qrafasının qarşısındakı imzanın onun tərəfindən icra edilmədiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-96/2-1-1043/2-11/23 nömrəli məktubun surətindən görünür ki, müraciəti ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia ərizəsi verilməsi üçün 34 manat dövlət rüsumu ödənilmişdir. Lənkəran ŞİHB-nin Zövlə KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12-13/194 №-li xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmənin sorğusuna əsasən Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən təqdim edilmiş, İddiaçı müraciətinə şöbədə toplanmış materiallarda olan Cavabdeh adından verilmiş izahatın məzmunundan görünür ki, o, İddiaçı inək satmışdır. Lakin təqribən 20 gün sonra inəyi xəstələndirərək ona qaytarmaq istəmişdir. İnəyi İddiaçı geri almışdır. Lakin pulu olmadığı üçün onun 1400 manat pulunu qaytara bilməmişdir. İlin əvvəli olduğu üçün imkanı yoxdur. Pulu olanda onun pulunu geri qaytacaqdır. Cavabdeh vəsatətinə əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-2210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1732/2025 nömrəli məktubu ilə mülki iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə ekspert məlumatı məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə görə müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2-ci maddəsinə görə əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2-ci maddəsinə görə alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə görə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə görə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 623.1-ci maddəsinə görə əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcı da dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə görə alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Məhkəmə, Cavabdeh İddiaçı müraciəti üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində toplanılmış müvafiq materialda olan, onun adından yazılan izahatın sonunda imza qrafasının qarşısındakı imzanın onun tərəfindən icra edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin borclu olmasını etiraf etdiyi həmin izahat tərəflərin özləri arasında yazılı formada tərtib edilmiş hansına yazılı sənəd olmamaqla, səlahiyyətli dövlət orqanının - Lənkəran ŞRPŞ-nin apardığı müvafiq araşdırma materiallarında mövcud olan izahatdır. Bu baxımdan məhkəmə cavabdehin həmin dəlilinə tənqidi yanaşmaqla bu qənaətə gəlir ki, cavabdeh polis şöbəsində vermiş olduğu etirafedici izahatın məzmununu və imza qrafasında icra edilmiş imzanı şübhə altına almaqla ona qarşı yönəlmiş iddia tələbindən boyun qaçırmağa və nəticədə mülki məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin halı təsdiq edəcək zəruri sübutları məhkəməyə təqdim etmədiyindən və cavabdehin dəlilləri ağlabatan olmadığından səlahiyyətli dövlət orqanının əməkdaşının apardığı araşdırma çərçivəsində toplanmış müvafiq sənəd – cavabdehin etirafedici izahatının həqiqliyi şübhə altında qala bilməz. Bu baxımdan məhkəmə həmin izahatı mötəbər sübut qismində qəbul edir. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırda cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahat da digər sübutlarla qiymətləndirilərkən müəyyən olunur ki, onun izahatı həqiqəti əks etdirmir. Təbii haldır ki, cavabddeh iddia tələbinin onun xeyrinə həll edilməsində maraqlı şəxs olduğundan öz izahatını iddianın rədd edilməsi yönündə qurur. Lakin cavabdehin özünümüdafiəsi ağlabatanlıq meyarlarından kənarda qalır. Belə ki, cavabdehin polis orqanında izahat verməməsi də, ümumiyyətlə iddiaçını tanımaması kimi dəlilləri həqiqətin müəyyən edilməsinə deyil də, haqlı olan iddia tələbinin rəddinə yönəlmiş fikirlərdir. Digər tərəfdən cavabdeh polis orqanında izahat verməməsini iddia etsə də, məhkəmə icraatı zamanı məhz həmin qurumdan aidiyyəti qurumlara şikayət etməmişdir. Bu amilin özü də cavabdehin izahatına tənqidi yanaşmağa imkan verən haldır. Bütün bu hallar cavabdeh tərəfin dəlillərinin əsassız sayılmasına əsas verir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı cavabdehlə şifahi alğı-satqı müqaviləsinə əsasən sonuncudan 1400 manat müqabilində aldığı, sonradan cavabdehə qaytardığı 1 ədəd iribuynuzlu heyvana (inəyə) görə ödədiyi 1400 manat pulu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin 1400 manat pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 3 il ərzində illik 5 faiz məbləğində hesablanmış 140 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı hissəsinə münasibətdə iddia tələbinin həmin hissəsi Mülki Məcəllənin 445.2 və 445.7-ci maddələrinin tələbi baxımından təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 1400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddia tələbi üzrə ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 1400 manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 34 manat manat olmaqla, ümumilikdə 1434 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2210/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2210/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver