Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-222/2024 16.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı və İddiaçı5 Əhmədağa oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə mülki işin materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında nəzərdən keçirərək məhkəmə, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı, İddiaçı5 Əhmədağa oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlarla Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi yalan əqd olduğundan həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı, İddiaçı5 Əhmədağa oğlu və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbinə dair 2(049)-196/2024 nömrəli mülki iş də hazırda məhkəmənin icraatındadır. Həmin iş üzrə iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı, hazırda xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. . Cavabdeh məhkəməyə vəsatət verərək qeyd olunan işlər bir-birilə əlaqəli olduğundan həmin işlərin bir icraatda birləşdirilərək baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, qeyd olunan mülki işlər bir-biri ilə əlaqəli və eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla, hər iki iş üzrə eyni fərdi yaşayış evi mübahisə predmetinə aid olmaqla, bir işdə qeyd olunan fərdi yaşayış evinə dair alqısatqı müqaviləsi mübahisələndirildiyi halda, digər işdə həmin evdə yaşayan şəxslərin mülkiyyət hüquqları mübahisələndirilməklə evdən çıxarılmaları tələb edilir. Eyni zamanda, qeyd olunan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə mülki işlə bağlı mahiyyəti üzrə qəbul ediləcək yekun məhkəmə qərarının digər mülki iş üzrə qəbul ediləcək qərara da təsiri olacaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, həmin mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin fikrini dinləyərək qərara gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı və İddiaçı5 Əhmədağa oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə 2(049)-222/2024 nömrəli və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı, İddiaçı5 Əhmədağa oğlu və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi barədə 2(049)-196/2024 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı və İddiaçı5 Əhmədağa oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə 2(049)-222/2024 nömrəli və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əhmədağa qızı, İddiaçı5 Əhmədağa oğlu və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi barədə 2(049)-196/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(049)-196/2024 nömrəsi verilsin. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-222/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-222/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver