Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-223/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakların geri qaytarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxış iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd edilən mülki işə Ləkəran rayon məhkəməsində baxılan zaman İddiaçı cavabdeh X1 yaşadığı Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evində ona məxsus cehiz əşyalarının siyahıya alınmaqla üzərinə həbs qoyulub saxlanması üçün ona verilməsi ilə bağlı qərardad çıxarılmasını məhkəmədən xahiş etdiyindən müraciətə baxılaraq təmin edildikdən sonra Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qərardad icra edilmiş və müvafiq əmlak siyahıya alınaraq akt məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ilə razılığa gəldiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.3 və 260.6cı maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 80 manat dövlət rüsumu ona geri qaytarılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Əlsgərov
Məhkəmə qərarları › İş №2(049)-223/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-223/2025
23.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver