Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2236/2023 05.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X9, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasını cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizəsinə dair işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasını cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixdə Lerik rayonu, Mastail kəndində doğulmuş və Lənkəran şəhəri Şəhidlər Xiyabanı küşəsi,ev 153/17 ünvanında qeydiyatda olmaqla həmin ünvanda yaşayan qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1968-ci il tarixdə Lerik rayonu, Mastail kəndində doğulmuş və Lənkəran şəhəri Şəhidlər Xiyabanı küşəsi,ev 153/17 ünvanında daimi qeydiyyatdadır. X5 anadan qüsürlu doğulmuş və uşaqlıqdan serebral iflici diaqnozu ilə əqli qüsurlu olmuşdur. Ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müdətsiz 1-ci qrup əlillik təyin olunmuşdur. X5 həm fiziki, həmdə əqli cəhətdən ağır vəziyyətdədir. Özözünü müstəqil idarə edə bilmir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və quluğuna daim ehtiyacı vardır. Ərizəçi hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan Lerik Rayon Qeydiyyat şöbəsinin tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1968-iı il tarixdə Lerik rayonu, Mastail kəndində anadan olmuşdur. X2, anası isə X7r. İş materiallarında olan Lənkəran Şəhər Qeydiyyat Şöbəsinin tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X2, anası isə X7r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2023-ci il tarixli, 2505 saylı ekspertin qiyabi rəyindən görünür ki, X1 iflicinin qalıq əlamətləti, ağıl zəifliyi ilə formasından psixi xəstəlikdən əiyyət çəkir. Göstərilən diaqnozlu xəstəliklə əlaqədar ona müddətsiz 1-ci qrup əllilik təyin edilmişdir. xx.xx.1968-ci il tarixdə doğulmuş X4 psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi qızı tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, xx.xx.1968-ci il tarixdə doğulmuş X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Məhkəmə hesab edir ki, xx.xx.1968-ci il tarixdə Lerik rayonu, Mastail kəndində doğulmuş və Lənkəran şəhəri Şəhidlər Xiyabanı küşəsi,ev 153/17 ünvanında qeydiyatda olmaqla həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Lerik rayonu, Mastail kəndində doğulmuş və ünvan 2 ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2236/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2236/2023
05.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver