Məhkəmə qərarları › İş №2(049)-2240/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2240/2024

25.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2240/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 1968-ci il tarixdə Lənkəran rayonu Velədi kəndində doğulmuş və Lənkəran rayonu Velədi kəndində yaşayan qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1971-ci il tarixdə Lənkəran rayonu Velədi kəndində anadan olub. Hazırda da ailəsi və X11la birlikdə yaşayır. X8 onun qardaşıdır. O, xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X11 uzun müddətdir ki, kəskin ifadə olunan inbesillik xəstədir. Qardaşı 1985-ci ildən Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Xəstəxanada kəskin ifadə olunan inbesillik diaqnozu qoyulmuşdur. X5 birlikdə yaşayır və xəstələndiyi gündən bəri onun qulluğundadır. Qalib Əjdərov müalicə elətdirsə də, heç bir nəticə vermədiyi üçün onu təqaüdə çıxarmaq üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdik, orada qardaşı müayinə olunmuş və ona müddətsiz İ qrup əlilik dərəcəsi təyin edilmişdir. Qalib Əjdərov öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyildir. Onun ümumiyyətlə danışıq nitqi yoxdur. Ona görə də Qalib Əjdərov qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verdi və ərizədəki tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əjdərov X7 rayonunun Velədi kəndində yaşayır və qardaşı X8 onunla bir evdə və bir təsərrufatda yaşayır. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1971-ci il tarixdə Lənkəran rayonu Velədi kəndində doğulmuşdur. X1, anası X2r. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 02 noyabr 1968-ci il tarixdə Lənkəran rayonu Velədi kəndində doğulmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi Ambulator Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2431 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik ilə müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X4 ağır dərəcəli əqli gerilik müəyyən edimişdir. Bu səbəbdən o, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 noyabr 1968-ci il tarixdə Lənkəran rayonu Velədi kəndində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar