Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2244/2025 19.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X30, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, Cavabdeh: Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Lənkəran Rayon 1 saylı Notariat Kontoruna qarşı «qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 22 oktyabr 2012-ci il tarixli V-2v-03-2460 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, X5 tərəfindən Kapitalbank ASC-nə miras qoyulmuş əmanətdən ona aid olan payın müəyyən edilərək ona verilməsi, atası X3ndan miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən həyətyanı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi, mərhum X11ndan miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Ləınkəran rayon İcra Hakimiyyəti başçısının Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev barəsində və Lənkəran rayon 1 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu Səfər İsmayılov barədə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün müvafiq orqanlara göndərilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki,İddiçı 22 avqust 1958-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində doğulmuşdur, hazırda Lənkəran rayonunun Xolmili kəndində qeydiyyatda olmaqla orada yaşayır. X5 ilə X11 1947-ci ildə evlənmişlər. Nikahlarını isə 10 sentyabr 1956-cı ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 1948-ci ildə X9, 1950-ci ildə Cavabdeh2 qızı, 1954-cü ildə Cavabdeh3, 1956-cı ildə Cavabdeh4 və 1958-ci ildə mən anadan olmuşam. X7 30 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. X11 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası və anası vəfat edərkən onların mülkiyyətində Lənkəran rayonu Xolmili kəndində həyətyanı torpaq sahəsi həmçinin 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bundan əlavə olaraq atası X3nun adında Kapitalbank ASC-də əmanət olmuşdur. Lakin buna baxmayaraq atası vəfat etdikdən sonra onun adında olan əmanəti Lənkəran rayon İHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev tərəfindən verilmiş saxta arayışa əsasən Cavabdeh2 verilmişdir. Belə ki, Lənkəran rayon İHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev tərəfindən verilmiş saxta arayışda qeryd edilmişdir ki, X3nun cəmi iki vərəsəsi qalmışdır. 1-ci X11 və 2-ci Cavabdeh2. Həmin arayış əsasında Lənkəran rayon 1 saylı Dövlət Notariat Ofisində vərəsəlik işi açılaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinə əsasəndə Cavabdeh2 atamdan miras qalan və Kapitalbank ASC- də saxlanılan əmanəti götürmüşdür.Həmçinin mənim əldə etdiyi şifahi məlumata əsasən X5ndan miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerrləşən həyətyanı torpaq sahəsi onun digər qardaşı Cavabdeh3 adına və Hökümullanın oğlu Rəşad adlı şəxsin adına sənədləşdirilmişdir. Bütün bunlardan isə onu X23 məhkəməyə verərək yaradılmış maneələrin aradan qaldırılması barədə iddia irəli sürdükdən sonra vəkilim sayəsində məlumatlı olmuşdur. Lakin onun vəkili tərəfindən müvafiq olaraq Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və həmçinin Kapitalbank ASC-nə müvafiq sorğular verilərək lazımi məlumatlar əldə edilməsinə çalışılsa da bu mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən qeyd edilmişdir ki, mən vərəsə kimi Notariat orqanında tanındıqdan sonra ona cavab verilməsi mümkündür. Notariat Orqanına isə müraciət etsəm də məni vərəsə kimi tanımayaraq artıq vərəsəlik işi açılaraq vərəsə kimi Cavabdeh2 tanındığı və məhkəməyə müraciət etmək səlahiyyətinin olduğu qeyd edilmişdir.Yuxarıda göstərdiyi kimi qeyd olunan daşınmaz əmlaklar və Bankda yerləşdirilən əmanət onun X5ndan və X11ndan miras qalmışdır. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib iddianı dəqiqləşdirərək qanun üzrə vərəsəlik hüququ haqqında 22 oktyabr 2012-ci il tarixli V-2v- 03-2460 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, X7 tərəfindən Kapitalbank ASC-nə miras qoyulmuş 2600 manat (pulun) əmanətdən ona aid olan payın müəyyən edilərək ona verilməsi, atası X3ndan miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi, mərhum X11ndan miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi və həmin torpaq sahəsinin üzərində yerləşən xx.xx.2012ci il tarixli, qeydiyyat nömrəsi ********** olan və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ona düşən payın müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Ləınkəran rayon İcra Hakimiyyəti başçısının Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev barəsində və Lənkəran rayon 1 saylı Dövlət Notariat Ofisinin xüsusi natariusu Səfər İsmayılov barədə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün müvafiq orqanlara göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, o, özünə məxsus evdə yaşayır, anasına məxsus torpaq sahəsi və atasına məxsus torpaq sahəsində yaşamamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın torpaq sahələri ilə bağlı hissədə rədd edilməsini, bank hesabındakı hissəyə isə təmin edilməsinə etirazı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, mübahisə predmeti olan anasından qalmış torpaq sahəsini anası sağlığında onun oğlu Rəşada bağışlamış və bu barədə notariat qaydasında qeyd aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, , Cavabdeh4 və Lənkəran Rayon 1 saylı Notariat Kontorunun nümayəndəsi gəlməmişlər, gəlməməsi barədə də məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli Lənkəran Regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinin xüsusi notariusu Səfər İsmayılov tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X2 rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsəsi Cavabdeh2 müəyyən olunmuş və bu barəəd müvafiq şəhadətnamə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin ailə tərkibi haqqında arayışdan görünür ki,İddiaçı həqiqətən Lənkəran rayonun Xolmili kəndində qeydiyyatda olmaqla yaşayır. 2001-ci il tarixdə vəfat etmiş X5nun X26, X9, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və İddiaçı qızı adlı ailə tərkibi vardır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2012-ci il tarixli Lənkəran rayon 1 saylı Notarius ofisinin verdiyi vərəsəlik haqqında şəhadətnaməən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Lənkəran şəhəri, P.Təhməzov küçəsi, ev 21, mənzil 40-da yaşayan X15 şəhadətnamə verilən miras əmlaklar “Kapital Bank”-nın Lənkəran filialının kassasında 12,1967 və A-2321 şəxsi hesabında 1992-ci il 01 yanvar tarixinə “Keçmiş SSRİ Əmanət Bank” dövründə qoyulmuş əmanətdən ibarətdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 2012-ci il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi X25 qalmışdır. Arayış Lənkəran notariat kontoruna təqdim olunması üçün verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 131330 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 227946 seriyalı nikah şəhadətnaməsindən görünür ki, X13 ilə X25 xx.xx.1956-cı il tarixdə 10 saylı aktla Lənkəran Rayon Xolmili kənd Sovetliyində nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada Nəsirova, ərə Nəsirov soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış doğum şəhadətnaməsindən görünür ki, Cavabdeh2 xx.xx.1949-cu il tarixdə doğulmuşdur.X5 X11dır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki,Xolmili kənd sakini X27 xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum əri X8 qalmış miras əmlakdan imtina edərək qəbul etməmiş və gələcəkdə də qəbul etməyəcəyi barədə ərizə yazmışdır.Ərizə, Lənkəran rayon Xolmili kənd icra nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış çıxarışdan görünür ki, İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 29 may 2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Xolmili kəndində ümümi hahəsi olan 70.4 kv .m 0.17189 ha torpaq sahəsi və həmin torpaq sahəsi X16 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi dairəsinin rəisi İmran Əziziovun verdiyi məktubdan görünür ki, X19 adına, Lənkəran rayon AİK-in xx.xx.1998-ci il tarixli,05 nömrəli qərarına əsasən ayrılmış Lənkəran rayon Xolmuli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,50 ha pay torpaq sahəsi JN-153 nömrəli Dövlət aktı ilə və Lənkəran rayon AİK-in xx.xx.1998-ci tarixli, 05 nömrəli qərarına əsasən ayrılmış, Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyatyanı torpaq sahəsi JN-198F nömrəli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır və onun tərəfindən özgəninkiləşdirilən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki,hədiyyə verən X4 rayonun Xolmili kəndində yerləşən ümumi sahəsi 104.2 kv/m olan fərdi yaşayış evini ( Liter- A 1 33.8 kv/m,1 otaq) hissədə hədiyyə alan Cavabdeh2 Hüseynağa oğluna, ( Liter -A 1 70.4 kv/m,2 otaq) hissədə hədiyyə alan X20 bağışlamışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış çıxarışdan görünür ki, İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 01 may 2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Xolmili kəndində ümümi hahəsi olan 104.2 kv/m olan 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi X17 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Lənkəran rayon Xolmili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 02 nömrəli Təsərrüfatbaşı kitabının 116-cı səhifəsində şəxsi hesab nömrəsi 150 olan təsərrüfat qeydiyyatda X25 tək olmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-15/2025 saylı qətanməsindən görünür ki,Lənkəran rayonun Xolmili kəndində yerləşən 0,17189 hektar həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsi cavabdeh İddiaçı qanunsuz sahibliyindən iddiaçı X1 qaytarılsın. Cavabdeh İddiaçı tərəfindən həmin torpaq sahəsinin 0.01 ha hissəsini ayıran metal torla hasarlanmış hasar cavabdehin hesabına sökulməsi və cavabdeh İddiaçı tərəfindən iddiaçı X20 törədilən maneələr aradan qaldırılmasını qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il trixli 2(106)-1268/2025 saylı qətanəmisdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il trixli 2(049)-15/2025 saylı qətanməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, qismən təmin edilməlidir. Məhkəmə ilk öncə hazırkı iş üzrə tətbiq edilməli olan normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tqədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sona MM) MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-nin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. MM-nin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-nin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçınən tələbi beş hissədən ibarət olmaqla dörd hissədə payın müəyyən edilərək ona verilməsi və digər hissədə isə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsindən təşkil edilmişdir. Məhkəmə qeyd edir ki, 22 oktyabr 2012-ci il tarixli V-2v-03-2460 reyestr nömrəli şəhadətnamənin etibarız hesab edilməsi hissəsində iddiaçının mövqeyi açıq-aydın haqlı və əsaslıdır. Belə ki, həm iddiaçı, həm də məhkəmədə izahat vermiş cavabdeh Hökmülla Nəsirov ailədə ata, ana, üç qardaş və iki bacı olduqlarını təsdiq etmişlər. Bu hal məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin ailə tərkibi haqqında arayışı ilə də tam təsdiq edilir. 2012-ci il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi arayışda xx.xx.2001-ci il tarixdə vəfat etmiş X10 vərəsəsinin X25 və X6 qeyd edilməsi məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmin arayışın verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş və notariat ofisinə məlumatlar tam verilməmişdir. Bu halla bağlı, məhkəmədə dindirilmiş Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəsi Amid Əliyev bildirmişdir ki, qeyd olunan səhv, yəni ailə üzvlərinin sayının düzgün qeyd edilməməsi, xüsusilə indiki halda İddiaçı adının Ağahüseyn Nəsirov və Rabiyə Nəsirovun övladı kimi qeyd edilməməsi texniki səhv olmuşdur. Göründüyü kimi, 22 oktyabr 2012-ci il tarixli V-2v-03-2460 reyestr nömrəli şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, iddia həmin hissədə təmin edilməli və 22 oktyabr 2012-ci il tarixli V-2v-03-2460 reyestr nömrəli şəhadətnamə ləğv edilməlidir. Lakin bununla yanaşı o, da qeyd edilməlidir ki, həmin şəhadətnamənin verilməsi X13 tərəfindən Kapitalbank ASC-nə miras qoyulmuş əmanətlə bağlı olmuşdur. Həmin əmanətin hansı məbləğdə olması isə məhkəmə iclasında müəyyən edilməmiş, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqim edilməmişdir. Odur ki, iddiada qeyd edilən 2600 manat məbləğində pul məhkəmə iclasında təsdiqini tapmadığından iddia o hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən atasından miras qalmış əmlaka dair tələbinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən X13 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Həmin vaxt qüvvədə olan MM-nin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi həmin zaman qüvvədə olan qanunvericiliyə görə iddiaçı ən gec atasının ölümündən altı ay müddətində iddia ilə müraciət edə bilərdi. O da, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən atasının ölümü haqqında məlumat dərhal əldə edilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı atasından miras qalmış mübahisə premdeti olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq da qəbul etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi “X5ndan miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi” hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddiaçının anasından qalmış torpaq sahəsi və yaşayış sahəsində payın müəyyən edilməsinə dair tələbinə münasibətdə də qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən xx.xx.2012ci il tarixli, qeydiyyat nömrəsi ********** olan yaşayış sahəsi xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X24 tərəfindən Cavabdeh2 Hüseynağa oğluna və X20 bağışlanılmışdır. Bu hal, yəni bağışlanma haqqında məlumat da iddiaçıya məlum olmuşdur. İddiaçı bu halı məhkəmədə etiraf etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddianın verilməsində də iddiaçının həmin anda subyektiv hüququ olmamışdır. Belə ki, MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarının nəticə hissəsinin 6-cı bəndində göstərilmişdir ki, zərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Bundan başqa, MM-nin 673.3-cü maddəsinə əsasən İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının “Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ona düşən payın müəyyən edilərək ona verilməsi” iddiası da rədd edilməlidir. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Lənkəran rayon 1 saylı Dövlət Notariat Ofisinin 22 oktyabr 2012-ci il tarixli V-2v-03- 2460 reyestr nömrəli şəhadətnaməsi etibarsız hesab edilsin. X3 tərəfindən “Kapital Bank”-nın Lənkəran filialının kassasında 12,1967 və A-2321 şəxsi hesabında 1992-ci il 01 yanvar tarixinə “Keçmiş SSRİ Əmanət Bank” dövründə qoyulmuş əmanətı İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2244/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2244/2025
19.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver