Məhkəmə qərarları › İş №2(049)-2294/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2294/2023

02.06.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2294/2023 02.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-00455 saylı barışıq sazişinin təsdiq edilməsi, həmin sazişin tələbinə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanması və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 200 manat aliment pulunun Maraqlı şəxs alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikah qeydinin pozulması və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə dünyaya gəlmiş X1 ötrü 200 manat alimentin ödənilməsi üçün qanunvericiliyin tələbinə əsasən mediasiya prosesindən keçməkdən ötrü 2022-ci ilin avqust ayında Lənkəran 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə aralarında MŞL-00455 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən razılığa gələrək birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 anası Ərizəçi yanında saxlanmasını, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 200 manat aliment pulunun ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 2(049)-223/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarında 29 sentyabr 2015-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində bağlanmış 626 saylı nikah aktı pozulmuşdur. Lakin sazişin bağlanılmasından 9 ay keçməsinə baxmayaraq maraqlı şəxs aliment pulunu ödəməmiş və beləliklə barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, o barışıq sazişi əsasında müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayınmır, lakin işləmədiyindən 200 manat alimenti ödəyə bilmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-00455 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2015-ci il təvüllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat aliment pulunu Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli, 2048 №li arayışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvüllüdlü X2 rayonu, Şürük kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası ilə X3r. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(049)-223/2023 nömrəli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 29 sentyabr 2015-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində bağlanmış 626 saylı nikah aktı qeydi pozulmuş, tərəflərin arasında aliment və birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvüllüdlü X4 anasının yanında qalmasına dair mübahisənin xx.xx.2022-ci il tarixli, MŞL-00455 saylı barışıq sazişi ilə həll edilməsi nəzərə alınmışdır. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, Maraqlı şəxs onların birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi hər ay 200 manat məbləğində aliment ödəməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-00455 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar