Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-232/2023 11.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X5 İstismar İdarəsinin 30 sentyabr 2019-cu il tarixli, ******* nömrəli və 31 may 2020-ci tarixli, ******* nömrəli aktların ləğvi edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Şiləvar kəndində yaşayır, həmin kənddə fərdi yaşayış evi və həmin evin mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı çoxdan qoyulmuş və heç bir problemi də olmamşdır. Həmişə də gəlib yoxlamışlar. xx.xx.2019-cu il tarixdə gecə evdə olduğu zaman görmüşdür ki, küçədən səs-küy gəlir, çölə çıxmış və görmüşdür ki, qaz sayğacı yanır qaz idarəsinə bildirmiş və onlar tərəfindən işlənmiş sayğacla əvəzləmişlər və polisdən naməlum şəxs tərəfindən yanması barəsində arayış versə də, xx.xx.2019-cu tarixinə 194.40 manat cərimə hesablanmışdır. Yenidən xx.xx.2020-ci il tarixdə görmüşdür çöldə səs-kuy gəlir çölə çıxanda görmüşdür ki, yenə qaz idarəsinin işçiləridir, sayğac dəyişirlər. O, səbəbini soruşduqda demişlər ki, bu sayğac hər 5 ildən bir dəyişilməlidir. Bundan sonra həmin evə dair köhnə sayğaclar yenisi ilə əvəz edilməlidir. Onlara bildirsə də, işlənmiş qoymusuz buna fikir verməyib Buna görə də onlar qaz sayğacımı dəyişərək onları yenisi ilə əvəz etmişlər, qaz sayğacını yenisi ilə əvəz edərkən bu barədə akt tərtib etmişlər. Qaz idarəsinin işçiləri köhnə qaz sayğacını özləri ilə aparmışlar. Həmin akt onun iştirakı olmadan tərtib edilərək aktlarda qeyd olunub ki, guya o, aktlara imza etməkdən imtina etmişdir. Həmin aktları sonradan Qaz idarəsinə müraciət etdikdən sonra əldə etmişdir. Sonradan ona bildiriş göndərmişlər və bildirişə baxdıqda görmüşdür ki, onun üçün evə 194.40 manat və 216 manat əlavə qaz pulu hesablanılmışdır. O, bundan təəccüblənərək Qaz idarəsinə getmiş ki, bütün bunlara aydınlıq gətirsinlər. Orda ona abonentin saldosunu təqdim etmişlər və saldoya baxanda görmüşdür ki, sayğaca görə onun üçün ümumi 410.40 manat cərimə hesablayıblar. Baxmayaraq ki, qaz sayğacının onun tərəfindən yararsız hala salınması sübut olunmamışdır. Ona görə də qaz sayğacının kim tərəfindən yararsız hala salınması sübut olunmadığı halda ona sayğaca görə 410.40 manat cərimə hesablamışlar. Ona görə da hesab edir ki, X5 istismarı idaresinin əməkdaşlarının tərtib etdikləri aktlar qanunsuzdur və həmin aktlar ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir. Yaşadığı ev mülkiyyət hüquqi ilə ona məxsusdur və həmin ünvanda yaşayır. Qazdan istifadəyə görə mütəmadi olaraq pulunu ödəmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmiş, qaz sayğacı söküləndə heç bir foto, video çəkiliş olmamış, hal şahidi iştirak etməmişdir. Sayğac həyətyanı sahədən çöldə yerləşir. Sayğacda heç bir problem olmamışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X5 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 21 feval 2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran rayonunun Şilavar kəndində yaşayan İddiaçı istifadəsində olan sayğac dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X5 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 24 aprel 2020-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran rayonu, Şilavar kəndində yaşayan İddiaçı istifadəsində olan sayğac dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X5 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 sentyabr 2019-cu il tarixli, ******* saylı Aktın surətindən görünür ki, Lənkəran rayonu, Şilavar kəndində yaşayan İddiaçı istifadəsində olan sayğacın plasmas qapağı və çıxış plasmas borusu əriyib. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X5 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2020-ci il tarixli, ******* saylı Aktın surətindən görünür ki, Lənkəran rayonu, Şilavar kəndində yaşayan İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik azıq izləri vardır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 30 sentyabr 2019cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı 30 sentyabr 2019-cu il tarixli, ******* nömrəli akt əsasında 194.40 m3 itirilmiş qaza görə cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 31 may 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı 31 may 2020 ci il tarixli ******* nömrəli akt əsasında 2160 m3 itirilmiş qaza görə cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2020-ci il tarixli **********00000 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 194,40 manat cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli **********00000 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 216 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, , qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri 30 sentyabr 2019-cu il tarixli, ******* və 31 may 2020-ci il tarixli ******* nömrəli aktlara görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X4) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X6 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 30 sentyar 2019-cu il tarixli, ******* və 31 may 2020 ci il tarixli ******* nömrəli aktları ləğv edilməli və həmin aktlar əsasında hesablanmış 410.4 manat cərimə silinməlidir. MPm-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X6 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 30 sentyabr 2019-cu il tarixli, ******* saylı və 31 may 2020-ci il tarixli ******* saylı aktlar ləğv edilsin və və həmin aktlar əsasında hesablanmış 410.4 manat cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-232/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-232/2023
11.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver