Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2328/2024 03.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1110 manat məbləğində pulun və 32 manat dövlət rüsumunun cəmi 1142 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1966-cı il tarixdə Lənkəran rayonu, Viyən kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Aşağı Nüvədi qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. 2023-cü ilin oktyabr ayının 07-də soyuducu almaq üçün o, Cavabdeh məxsus Lənkəran şəhərində yerləşən “SAMSUNG" dükanına getmiş və orada ağ rəngli “Atlant 7606-100" markalı soyuducunu seçmişdir. Cavabdeh həmin soyuducunun qiymətini 1110 manata demiş və o, həmin məbləğdə nağd pul olmadığını demişdir. Cavabdeh soyuducunu 03 aya nisyə də verə biləcəyini bildirmişdir. Aralarında razılaşmışlar ki, soyuducunun pulunu 3 dəfəyə versin. İddiaçı ilkin olaraq soyuducunu götürən gün 650 manat pul ödəmiş, yerdə qalan pulu da 02 dəfəyə ödəməyi razılaşmışlar. Cavabdeh soyuducunu ona verəndə 1 illik qarantiyasının olduğunu bildirmiş və ona qarantiya talonunuda təqdim etmişdir. Aldığı soyuducunu bir müddət işlədəndən sonra onun pulunu öhdəlik kimi götürdüyü qaydada 2 dəfəyə tam olaraq ödəmişdir. Soyuducunun pulunu ödədikdən sonra soyuducu xarab olmuşdur və iddiaçı bu barədə cavabdehə bildirmişdir. O, soyuducunu gətirməyini demiş, o də soyuducunu aparıb onlara təhvil vermiş ki, soyuducuda yaranan nasazlığı aradan qaldırsınlar. Onlar soyuducuda yaranan nazaslığı aradan qaldırandan sonra yenidən iddiaçıya təhvil vermişlər, qısa müddət ərzində soyuducu yenidən xarab olmuşdur, yenədə aparıb, onlara təhvil vermişdir, nasazlığı aradan qaldırıb, ona təhvil vermişlər. Sonra yenə də qısa müddəi ərzində işlədəndən sonra soyuducu yenə də xarab, olmuşdur. Yenə də aparıb onlara təhvil vermişdir və bildirmişdir ki, ona satılmış soyuducu xarabdır, lazım deyildir. O, pulunu cavabdehdən geri istəmiş, o, isə pulunu ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh ona demiş ki, soyuducunu təmir eləmişlər, gəl apar. Artıq inanmır. Çünki, o artıq yorulmuş, hər dəfə təmir etdirməkdən, soyuducunu ona təhvil verirlər, heç bir həftə işləmir, yenə də soyuducu xarab olur. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edib, soyuducuya ödədiyi 1110 manat pulu Cavabdeh tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, soyuducunun tam təmir edildiyini və hazırda anbarda saxlanıldığını, iddiaçının istənilən vaxt həmin məhsulu götürə bilcəyini bildirib, yaranmış nazalığın isə zavod qüsürü olmadığı üçün geri qaytarılması və yenisi ilə əvəz edilməsinin mümkünsüz olduğunu göstərib iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 07.10.23-cü il tarixli Qaimə Fakturasından görünür ki, İddiaçı ”Samsung” mağazasından dəyəri 1110 mant olan ağ rəngli soyuducunu xx.xx.2023 il tarixdə 650 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 260 manat nağd ödəməklə əldə etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin məişət avadanlıqlarının servis xidmətinin mütəxəssisi Mehriban Qədirovanın arayışından görünür ki, servis təşkialtı məişət texnikasın nasazlıqlarının ehtiyat hissələrinin çatdırılması da daxil olmaqla 30 gündən gec olayaraq minimal müddətdə aradan qaldırılmalıdır. 20 gün ərzində təmir olunub mağazaya təhvil verilmişdir. Amma müştəri İddiaçı tərəfindən məişət avadanlığından imtina olunub. Müştəri İddiaçı 1 dəfə məişət avadanlıqlarının servis xidmətinə müraciət edib. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X1 xx.xx.2024-cü il tarixli İzahatdan görünür ki, özü sürücülük fəaliyyəti ilə məşğul olur soyuducunu ünvana çatdırmaq üçün Aşağı Nüvədi kəndində yaşayan İddiaçı və onun Şah sarayın yanındakı yaxınları telefon zənglərinə həftələrlə cavab verməmişlər, sonra 1 dəfə də İddiaçı evinə aprmış onu həyətə qoymamışlar. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli, nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, hesab edir ki, hazırkı iş üzrə tərəfləri dinlədikdən və əlavə edilmiş sənədləri araşdırdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tətbiq edilməli olan normalar aşağıdakılardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 587.1-ci maddəsinin tələbinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasaən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 2-ci bəndində əsasən yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görülür. Həmin Qanunuun 21-ci maddəsinə əsasən Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarının 5.67-ci bənində əsasən İstehlakçı bu Qaydaların 5.52-ci bəndində nəzərdə tutulmuş tələbləri yalnız həmin qüsurların malın zəmanət və ya yararlılıq müddətində aşkar edildiyi halda irəli sürə bilər. Həmin Qərarın 18.1-ci bəndində əsasən Bu Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla yanaşı, istifadədə olmuş qeyri-qida məhsullarına dair istehlakçılara aşağıdakılar barədə də məlumat verilməlidir: malın vəziyyəti və qüsurları (çatışmazlıqları); mala dair görülmüş sanitariya-epidemioloji tədbirlər; texniki xüsusiyyətləri (mürəkkəb texniki mallar üçün); malın təyinatı və onun təyinatı üzrə və ya digər məqsədlər üçün istifadə imkanları. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehdən bir ədəd məişət texnikası almış, bir müddət sonra isə soyuducu işləmədiyindən cavabdehə geri qaytarmış, sonuncu da onu təmir edərək yenidən iddiaçıya təqdim etmişdir. İddiaçı həmin soyuducunu qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında eyni soyuducunun dəfələrlə xarab olması isə müəyyən edilməmiş, əksində iddiaçı özü də bildirmişdir ki, əvvəllər aldığı soyuducular xcarab olduğu üçün geri qaytarmış və hazırkı soyuducu da xarab olduğu üçün əsəbləşib ona soyuducunun lazım olmadığını deyib pulunu tələb etmişdir. Bu hal yuxarıda şərh olunan xx.xx.2024-cü il tarixli arayışla da (iddiaçının bir dəfə servis xidmətinə müraciət etməsi göstərilmişdir) tam təsdiq olunur. Həmin arayışla eyni zamanda soyuducuda olan qüseurun istehsal qüsuru olmadığı müəyyən edilmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhz göstərilənlər baxımından, habelə yuxarıda sadlanmış qanunvericilik normalarına əsasən və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2328/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2328/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver