Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-234/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Əlizadə oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək məhkəmə, müəyyənetdi: İddiaçı Əlizadə oğlu Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim olunan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatları alınmaqla, iş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından iş üzrə sadələşdirilmiş icraat qaydasında yekun qərar qəbul edilməsi qanunamüvafiq hesab olmamış və məhkəmənin xx.xx.2024-cü il tarixli 2(049)-4307/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Əlizadə oğlu hazırki məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi məktubda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəllər də onunla iddiaçı arasında nisyə alqı-satqı barədə müqavilələri olmuş və işlətdiyi restoran üçün nisyə götürdüyü mebellərə görə yaranmış borcunu ödəmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi müvafiq vergi orqanında qeydiyyata alınmışdır (VÖEN **********) və onun adına fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verilmişdir. İşlətdiyi restoran üçün iddiaçıya məxsus “Furqan” mebel mağazasından 2024-cü ildə nisyə əşyalar (stollar və stullar) almış və dəyərini də ödəmişdir. Onun iddiaçıya borcu qalmamış, eyni zamanda, iddiaçı tərəfdən ona borc barədə məlumat da verilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddiaya kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən cavabdehin vergi orqanında qeydiyyatda olması barədə məhkəməyə hər hansı sənəd təqdim etməsə də, “Elektron Məhkəmə” informasiya sistemində hazırki iş üzrə qeydiyyata alınan məlumatlar əsasında, həmçinin cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, iş üzrə hər iki tərəf müvafiq vergi orqanında qeydiyyata alınmışlar və onların vergi orqanında uçota alınmaları haqqında şəhadətnamələri vardır. Vergi ödəyiciləri kimi iddiaçı (VÖEN **********) xx.xx.2012-ci il tarixdən, cavabdeh isə (VÖEN **********) xx.xx.2016-cı il tarixdən indiyədək qeydiyyatdadırlar. Bu da onu deməyə əsas verir ki, iddiaçı və cavabdeh hər biri ayrıayrılıqda hüquqi şəxs yaratmadan qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edərək sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyə məhkəmə aidiyyəti müəyyən edilən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin, həm də mübahisəli hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması tələb edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 11-ci və 16cı bəndlərinə əsasən hesab edilir ki, iddiaçının hazırki iddia tələbi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranan mübahisələrə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə hazırki işin materiallarını qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, hazırki iddia tələbi Lənkəran Rayon Məhkəməsi tərəfindən icraata götürülərkən mübahisənin subyektiv tərkibi, iddianın predmeti və tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin xarakteri tam olaraq müəyyən olunmadığından həmin vaxt hazırki iddia tələbinə rayon (şəhər) məhkəməsinə baxılması mümkün hesab edilərək iş icraata götürülmüşdür. Hazırda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında olan, mübahisənin subyektiv tərkibi, iddianın predmeti və tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranan mübahisələrə aid olduğuna görə həmin iddiaya mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Əlizadə oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-234/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-234/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver