Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2392/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və əldən çıxmış mənfəətin tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və əldən çıxmış mənfəətin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə 2141.00 manat əsas borc, 278.30 manat faiz borcu, 510.30 manat cərimə (dəbbə) borcu və gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% əldən çıxmış mənfəət borcu olaraq 116.00 manat - cəmi 3045.60 manat borc və ödənilmiş 51.00 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhəri ərazisində yerləşən “Qala Electroniks” məişət əşyaları və elektronika mallarının satışı mağazasının rəhbəri kimi fəaliyyət göstərir. O, vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olmaqla, məişət əşyalarının, texnika avadanlıqlarının nağd və dəyəri hissə-hissə ödənilmək şərti ilə satışını həyata keçirir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə onun işlədiyi mağazadan cəmi 2221.00 manat dəyərində “LG F4M5VS6S V” markalı və “Samsung 55RU7300” markalı məişət avadanlıqları almış, ilkin ödəniş məbləği olaraq 100.00 manat ödəniş etmişdir. Cəmi 2121.00 manat dəyərində məişət avadanlıqları kreditlə alındığı üçün 20.00 manat kommissiya məbləği hesablanmışdır. Cavabdeh ümumilikdə 2141.00 manat məbləği 12 ay müddətinə illik 12 % olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bununla əlaqədar cavabdehlə xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi bağlanmış, cavabdeh məişət avadanlıqlarını təhvil aldığını və 2141.00 manat borcu qaldığını həmin kredit müqaviləsinə imza edərək təsdiq etmişdir. Eyni zamanda, digər Cavabdeh2 Cavabdeh1 zamin olmuş və xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinə imza etməklə zaminliyini təsdiq etmişdir. Cavabdeh1 aldığı əmlakların dəyərindən sonradan heç bir məbləğ ödəməmiş və 2141.00 manat borc ödənilməmiş qalmışdır. Cavabdeh borcu vaxtında ödəmədiyinə görə faktiki faiz məbləğindən əlavə olaraq 22 % cərimə hesablanmışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbardarlıqlar edilməsinə baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə iddiaçı qarşısında 2141.00 manat əsas borc, 278.30 manat faiz borcu, 510.30 manat cərimə (dəbbə) borcu və gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% əldən çıxmış mənfəət borcu olaraq 116.00 manat - cəmi 3045.60 manat borcu olmuşdur. Borc ödənilmədiyindən iddiaçı məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələnin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən tələb olunan məbləğlərin hansı qaydada hesablanmasına dair) barədə ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə 2141.00 manat əsas borc, 278.30 manat faiz borcu, 510.30 manat cərimə (dəbbə) borcu və gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən hesablanmış 5% əldən çıxmış mənfəət borcu olaraq 116.00 manat - cəmi 3045.60 manat borc və ödənilmiş 51.00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmişlər, iddia tələbinin mahiyyəti üzrə fikir bidirməmişlər, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə aid ödəniş planı, və xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə iddiaçıdan cəmi 2221.00 manat dəyərində “LG F4M5VS6S V” markalı və “Samsung 55RU7300” markalı məişət avadanlıqları almış, ilkin ödəniş məbləği olaraq 100.00 manat ödəniş etmişdir. Cəmi 2121.00 manat dəyərində məişət avadanlıqları kreditlə alındığı üçün 20.00 manat kommissiya məbləği hesablanmışdır. Cavabdeh ümumilikdə 2141.00 manat məbləği 12 ay müddətinə illik 12 % olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bununla əlaqədar cavabdehlə xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi bağlanmış və ona ödəniş planı təqdim edilmişdir. Eyni zamanda, digər Cavabdeh2 Cavabdeh1 həmin müqavilə üzrə öhdəlikləriə görə zamin olmuşdur. Cavabdehlər müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 51.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə 2141.00 manat əsas borc, 278.30 manat faiz borcu, 510.30 manat cərimə (dəbbə) borcu və gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% əldən çıxmış mənfəət borcu olaraq 116.00 manat - cəmi 3045.60 manat borc və ödənilmiş 51.00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinin cavabdehlər tərəfindən qəbul edilmiş şərtlərinə, həmçinin, həmin müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı hər hansı etiraz irəli sürməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında malların (əşyaların) dəyəri sonradan ödənilmək şərti ilə nisyə olaraq alınması barədə razılaşma olmuş və bununla bağlı tərəflər arasındakı razılaşma müqavilə ilə rəsmiləşdirilmişdir. Digər Cavabdeh2 da Cavabdeh1 müqavilə öhdəlikləriə görə onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin nisyə olaraq satın alınmış malların dəyəri ödənilməmiş və cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdehlər isə iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etmədiklərindən məhkəmə Cavabdeh1 iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə nisyə olaraq aldığı mallara görə iddiaçıya 2141.00 manat borcu qalmış olması faktını sübuta yetirilmiş hesab edir. Həmin fakt iddia tələbində qeyd edilən xüsusatlarla, iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə də təsdiq edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 2141.00 manat əsas borcun birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından və iddia tələbinin dəqiqləşdirilməsi (xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən tələb olunan məbləğlərin hansı qaydada hesablanmasına dair) barədə ərizənin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixli 9464 nömrəli müqavilə 12 ay müddətinə bağlanmış və müqavilədə əsas borca görə illik 12 % hesablanması nəzərdə tutulmuşdur. Həmin səbəbdən iddiaçının müqavilə müddətindən daha artıq müddət üçün 12 % məbləğini tələb etməsi əsassızdır. Bu baxımdan cavabdeh tərəfindən ödəniməmiş qalan 2141.00 manat məbləğ üçün 12 aylıq müqavilə müddətində faiz məbləği iddia tələbində qeyd edildiyi kimi 278.30 manat deyil, 256.92 manat ( 2141.00 x 12 % = 256.92) təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 256.92 manat faiz borcunun birgə qaydada tutulmasına dair hissəsi qismən - 256.92 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% əldən çıxmış mənfəət yalnız öhdəliyin gecikdirildiyi vaxt üçün hesablana bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirilmiş vaxt isə müqavilə müddətinin bitdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən sonra keçən müddət hesab edilir. Müqavilə müddətinin bitdiyi vaxtdan hazırki iddia ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək 2 il 4 ay 8 gün müddət keçməklə, həmin müddət üçün 2141.00 manat əsas borc məbləğinə illik 5% əldən çıxmış mənfəət iddia tələbində qeyd edildiyi kimi 116.00 manat deyil, 256.16 manat ( 2141.00 x 2 il 4 ay 8 gün x 5 % = 256.16) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hazırki iddia tələbində xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə əldən çıxmış mənfəətin miqdarını müəyyən edərkən qeyd edir ki, tələbin həmin hissəsi ilə bağlı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verilmədiyindən, həmçinin, məhkəmənin iddia tələbindən kənara çıxması üçün müstəsna hallar mövcud olmadığından məhkəmə kredit müqaviləsi üzrə əldən çıxmış mənfəətin miqdarının iddia tələbində qeyd edildiyinə uyğun olaraq 116.00 manat miqdarında müəyyən edilməsini qanunauyğun hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% əldən çıxmış mənfəət tutulmasına dair hissəsi iddia tələbində qeyd edildiyinə uyğun olaraq 116.00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə 510.30 manat cərimə məbləği həmin müqavilənin cavabdehlər tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmış olsa da, qeyd olunan məbləğ yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimənin miqdarının yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddia tələbinin xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 510.30 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 100.00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilən 51.00 manat dövlət rüsumu məbləği də cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli 9464 nömrəli kredit müqaviləsi üzrə 2141.00 manat əsas borc, 256.92 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% olaraq hesablanmış 116.00 manat əldən çıxmış mənfəət məbləği, 100.00 manat cərimə və 51.00 manat dövlət rüsumu - cəmi 2664.92 manat birgə qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2392/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2392/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver