Məhkəmə qərarları › İş №2(049)-2409/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2409/2025

23.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2409/2025 23.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, 20 may 2008-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş və Lənkəran şəhərində yaşayan oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2008-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X9 anadan gəlmə beyin iflici ilə dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə uşağın bütün müalicələrini etdirmişdir. Lakin görülən müalicələrin heç bir nəticəsi olmamışdır. Uşağa birinci dərəcəli əlilik təyin olunmuşdur. O, uşağın müalicəsini davam etdirir, onun bütün təmizlik və əlavə işlərini görür. Lakin sənədləşmənin aparılmasında, yəni sosial müavinatın alınması kimi hüquqların həyata keçirilməsində çətinliklər yaranır. Bu çətinliklərin aradan qaldırılması üçün uşağı X7 qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Oradan ona məsləhət bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçi və Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X2, atası Ərizəçidur. 197429 nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə X10 R-N ƏSMM-da əlilliyilə bağlı vəsiqə verildiyi müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X6 ağır dərəcəli əqli gerilik var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin surətindən X5 əmək qabiliyyətsiz, müddətsiz birinci dərəcəli əlil olduğu və diaqnozu Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu, kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, Simptomatik epilepsiya müəyyən olunur. MEDİSTYLE Hospital MMC-nin beyin MRT-si müayinəsinin nəticəsindən X7 qoyulmuş diaqnoza uyğun xəstəliklər müəyyən olunur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2008-ci il təvəllüdlü, Lənkəran rayon, Lüvəsər kənd qeydiyyatlı X9 barəsində verdiyi arayışda görünür ki, X9 xx.xx.2025-ci il tarixində Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının baş həkimi v.m.i.e. Emin Salahov tərəfindən müayinə olunub. Psixi status: Düşüncəsi aydındır. Suallara cavab vermir. Nitqi qüsurludur. Hazırda aktiv psixoproduktiv simptomatika müşahidə olunmur. Emosional sönükdür. Əhval ruhiyyəsi zəifləyib, dəyişkəndir. Maraq dairəsi məhdudlaşıb, tələbatları və sadələşib. İntellekti yaşına və həyat tərzinə uyğun deyil. Diaqnozu: “F72.1 - Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu. İQ-26” təşkil edir. Ömür klinikası X1 Hüseynovun Elektroensefaloqrafiya analizindən Fokal epileptiform fəallıq aşkarlandığı müəyyən olunur. X7 məxsus foto-şəkil əlavə etmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin təşəbbüsü ilə xx.xx.2008-ci il təvəllüdlü X5 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Мəhkəmə X4” publik hüquqi şəxsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Мəhkəmə X4” publik hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 2928 saylı rəyindən görünür ki, X6 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin izahatını, ekspertiza rəyini, iş materiallarını hərtərəfli araşdırıb, belə qənaətə gəlir ki, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu, Lüvəsər kəndində doğulmuş və Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qərar qüvvəyə mindikdən etibarən 3 gün ərzində X7 qəyyumluq və himayəçilik təyin edilməsi üçün məlumat Lənkəran şəhər icra hakimiyyəti başıçısı yanında qəyyumluq və himayəçilik komissiyasına göndərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar