Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2418/2024 01.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1971-ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqı cədvəlini özündə əks etdirən, Azərbaycan Respblikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Qanunvericiliyə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı tələblər qiymətləndirilməyən iddia ərizələrinə aid olmaqla, həmin tələblər üzrə məhkəməyə müraciət etmək üçün 100 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Ərizəçi 100 manat miqdarında dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzini işə əlavə etmiş olsa da, Elektron Məhkəmə İnformasiya Sisteminin “Qəbz haqqında məlumat” bölməsində həmin qəbzin 2(049)-705/2024 nömrəli və 2(049)- 859/2024 nömrəli işlərdə istifadə edildiyi, imtina edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə ərizəçinin hazırki ərizəsinin məzmunundan görünür ki, həmin ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ona pensiya təyin edilməsi məqsədi ilə lazımdır və o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ƏƏSMN-nin tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin orqan tərəfindən ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilsə də, ərizəçi hazırki ərizəsində adı çəkilən orqanı (və ya onun müvafiq yerli qurumunu) deyil, xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışını vermiş Azərbaycan Respblikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialını iş üzrə maraqlı şəxs kimi qeyd etmiş, bununla da, iddia ərizəsinin (ərizənin) qanunvericilikdə nəzərdə tutulan forma və məzmununa riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, ərizəçiyə izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2418/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2418/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver