Məhkəmə qərarları › İş №2(049)-2425/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2425/2024

03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2425/2024 03.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «сərimənin silinməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən hesablanmış 1036.80 manat borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qaz istehlakçısıdır və **********00460 saylı abonent kodu ilə Cavabdehndə qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla ona 1036 manat 80 qəpik məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin tərtib etdiyi ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”kı aktdan məlum olur ki, iddiaçının evin in qaz təchizatı xətti üzərindən ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbindən çıxarılmış, yerinə **********8 nömrəli təzə sayğac quraşdırılmışdır. Sayğac üzərində hər hansı bir müdaxilə halı olmamışdır. Ona görə də akta iddiaçı da imza etmişdir. Dövlət laboratoriya rəyində ******* nömrəli qaz sayğacına müdaxilə edilməsi yazılsa belə, həmin müdaxilənin kim tərəfindən törədilməsi barədə hər hansı bir sübut və ya dəlil yoxdur. Həm də çıxarılan sayğaca müdaxilə edilmişsə, deməli qaz sayğacı qaz təchizatı işçiləri tərəfindən çıxarıldığı andan və Dövlət laboratoriyasına təqdim edildiyi ana qədər özləri tərəfindən müdaxilə edilmişdir.Bu səbəbdən 1036 manat 80 qəpik borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Ona görə də həmin borc silinməlidir.Tərtib edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı akt iddiaçıya təqdim edilməmişdir. Təqdim edilsəydi, belə ona imza etməz idi .Çünki həmin aktda müdaxilənin iddiaçı və ya başqa birisi tərəfindən törədilməsi barədə hər hansı bir sübut və ya dəlil yoxdur. Cavabdeh tərəfindən tətbiq edilmiş və hüquqi əsası olmayan 1036 manat 80 qəpik borc məbləği “Abonent Saldosu” sənədinin 2022-ci ilin dekabr ayı qrafasında iddiaçının adına yüklənilmişdir. 2024-cü ilin 25 mayında istehlak etdiyi qaza görə tərəfindən 80 (səksən) manat pul ödənilmişdir. Pulun ödənilməsi barədə təqdim edilmiş “Bildirişxəbərdarlıq” sənədində qanunsuz hesablanmış borca görə deyil, istehlak etdiyi qaza görə 386.12 manat borcunun qalması qeyd edilmişdir. Deməli, hesablanmış 1036.80 manat borc məbləği qanunsuz və əsassız olduğundan təqdim edilmiş “Xəbərdarlıq-bildiriş” sənədinə daxil edilməmişdir. xx.xx.2019-cu il tarixli, 38886 nömrəli, qazın alqı- satqısı barədə müqavilənin 5.2 bəndinə əsasən yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəfər məhkəməyə müraciət edə bi 1 ər 1 ər.Yəni, istehlakçının təqsiri sübut edilmədikdə qaz Paylayıcı birtərəfli qaydada istehlakçıya borc hesablaya bilməz, amma məhkəməyə müraciət edə bilər.Bu səbəblərdən hesablanmış 1036 manat 80 qəpik borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə 12 avqust 2024-cü il tarixdə elektron kabinetə yerlkəşdirilməkə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran X3 İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 12 avqust 2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus evin sayğacı növbəti dövlət yoxlaması səbəbindən dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran X3 İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli ******* nomrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus sayğacın hesablama mexanizmi qoruyucu qapagına vurulan zavod qurğuşun plomb kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq bərpa edilməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 30 dekabr 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qaza görə ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********00460 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 2022-cü ilin dekabr ayında 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş Cavabdeh İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsin 8-ci bəndində göstərilmişdir ki, Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində göstərilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4-cü bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh Lənkəran X3 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2022-cü il tarixli ******* akt əsassında təyin edilmiş 1036.80 manat cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30.30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X3 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 1036.80 manat cərimə silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30.30 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar