Məhkəmə qərarları › İş №2(049)-2449/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2449/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2449/2024 13.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “aktın ləğv edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 07 sentyabr 2023-cü il tarixli Rİ 304669 saylı aktın ləgv edilməsi və həmin akt əsasında hesablanmış 908,66 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin abonentidir, istifadə etdiyi elektirik enerjisinin haqqını həmişə vaxtında ödəyir. 2023-cü ilin sonlarında ona məlum olub ki, adına 908.66 manat məbləğində borc vardır. Bununla əlaqədar X3 müraciət etmiş, ona bildiriblər kı, satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və baxış zamanı məlum olub ki, sayğacdan kənar xəttdən istifadə olunur. Bunula əlaqədar Rl 304669 saylı akt tərtib edilmiş və həmin akta əsasən sizə 908.66 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı heç vaxt evində qanunsuz, sayğacdan kənar xəttin olmadığını, sayğaca da heç vaxtı müdaxilə etmədiyini, aktdan da xəbərinin olmadığını bildirmişdir. İddiaçı həmin aktın qanunsuz yazıldığını bildirərək onun surətini tələb edib və ona aktın surətini veriblər. Tərtib edilmiş aktı qanunsuz hesab edir. İddiaçı çavabdehin tərtib etmiş olduğu aktlardan xəbərsiz olmuşdur. Bu aktlar tərtib edilərkən onun iştirakı təmin edilməyib. Aktın surətini ona qeyd etdiyi müraciətindən sonra təqdim etmişlər. İddiaçı bildirir ki, sayğacdan kənar qoşulma etməmişdir, tərtib olunmuş akt qanunsuzdur və elektirik enerjisindən istifadə qaydalarının tələbləri pozulmaqla tərtib edilmişdir. Odur ki, "xxxx"ASC-in əməkdaşları tərəfindən tərtib edilmiş 07 sentyabr 2023cü il tarixli, Rl 304669 saylı aktın ləğv edilməli və həmin akt əsasında hesablanmış 908.66 manat məbləğində cərimə hesabından silinməlidir. İddiaçı məhkəmə baxışında iştirak edərək iddia tələbini müdafiə etmişdir və izahatında əlavə olaraq bildirmişdir ki, o, heç vaxt elektrik sayğacına müdaxilə etməmişdir, istifadə etdiyi elektrik enerjisinin pulunu hər zaman vaxtında ödəmişdir. Onun üçün hesablanmış 908,66 manat borc tamamilə əsassızdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə baxışında iştirak edərək izahatlnda bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində olan elektrik sayğacına baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar X2 edir. Sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2 X10 mm. olmuşdur. Bu barədə 07 sentyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir və bunun əsasında müvafiq komissiya tərəfindən abonent üçün 908 manat 66 qəpik borc hesablanmışdır. Sayğacdan kənar xətt aşkar edilərkən əməkdaşları tərəfindən heç bir video və foto çəkiliş aparılmamışdır. Məhkəməyə bu barədə tərtib edilmiş aktdan başqa heç bir sübut təqdim edə bilmir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli, Rİ 304669 saylı aktın surətindən görünür ki, Lənkəran rayonu, Tuado kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonent sayğacdan kənar X2 edir. Sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2 X10 mm., iki damarlıdır. Abonent İddiaçı həmin aktı imzalamamışdır. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli qərardan (tələbnamədən) görünür ki, Lənkəran rayonu, Tuado kəndində yaşayan “**********00013” nömrəli abonent İddiaçı üçün “sayğacdankənar X2 etdiyi” səbəbindən elektrik enerjisindən 40 günlük, 24 saatlıq istifadəyə dair 908 manat 66 qəpik borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli, Rİ 304669 saylı aktda “Lənkəran rayonu, Tuado kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar X2 etdiyi və sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsünün 2 X 10 mm., iki damarlı olduğu”nun müəyyən edildiyi qeyd edilsə də bu fakta dair iş materiallarına heç bir mötəbər sübut əlavə edilməmiş və cavabdehin nümayəndəsi tərəfindən də məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçı üçün qeyd edilən akt əsasında “sayğacın dövrədən kənarlaşdırılması” səbəbindən elektrik enerjisindən 40 günlük, gündə 24 saatlıq istifadəyə dair borc hesablanmışdır ki, bu hal da «X2 Qaydalarının 8.2-ci bəndinin tələbinə uyğun deyil. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Rİ seriyalı, 304669 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış (abunə kodu: **********00013) 908 manat 66 qəpik borc silinsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar