Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2467/2024 16.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 dekabr 2023-cü il tarixli ******* saylı aktının ləğv edilməsi və həmin akt əsasında istehlakçı kimi ona hesablanmış 17.280 kub metr qaz sərfiyyatı üzrə 2.073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. **********00000 saylı kodlu Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır. İstehlak etdiyi qazın dəyərini hər ay olmaqla vaxtında ödəyir və ara-sıra maddi sıxıntıları olduqda az miqdarda borcu yaransa da, sonradan borcunu ödəyir. Bu yaxınlarda əraziyə nəzarət edən qaz idarəsinin əməkdaşı ona 28 dekabr 2023-ci ildə 17.280 kub metr əlavə sərfiyyat yazıldığını və həmin sərfiyyata görə hesablanmış 2.073,60 manat borcun da onun tərəfindən ödənilməli olduğunu bildirib. Bundan sonra iddiaçı qaz idarəsinə müraciət edib və ona sənədlərin surətləri təqdim olunandan sonra məlum olub ki, Cavabdeh X1 X5 İdarəsi onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli ******* saylı akt tərtib edərək güya ona məxsus olan qaz sayğacının yoxlanması zamanı sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması aşkarlandığından ona 17.280 kub metr əlavə qaz sərfiyyatı yazılmaqla borcu 2.073,60 (iki min yetmiş üç manat 60 qəpik) manat məbləğində artırılmışdır. Aktda qeyd olunmuşdur ki, güya o, qapını açılmayıb. Onun iştirakı təmin edilmədən, ona məlumat verilmədən barəsində akt tərib edilmişdir. Aktı 12 iyun 2024-cü il tarixdə ona veriblər. Həmin aktın surətinin təsdiq edilməsi tarixinə nəzər yetirilsə, aydın görünə bilər. Həmin akt və akt əsasında yazılmış borc qanunsuz və əsassız olduğundan borcun silinməsi üçün cavabdehin yerli regional idarəsinə gedib bu barədə xahiş etsə də, orada rəhbər işçilər ona şifahi olaraq bildiriblər ki, onlar özləri həmin aktı ləğv edə və borcu silə bilmirlər. Həmin akt yalnız məhkəmə qaydasında ləğv olunacaqsa, bundan sonra həmin akt əsasında yazılmış borc da silinər. Ona görə də Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında istehlakçı kimi ona hesablanmış 17.280 kub metr qaz sərfiyyatı üzrə 2.073,60 manat borcun silinməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, yaşadığı ünvanda heç vaxt sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməmişdir. Bu hal cavabdeh təşkilatın əməkdaşları tərəfindən sübuta yetirilmədən ona əsassız olaraq əlavə borc hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, istehlakçı İddiaçı istifadəsinə verilmiş sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmış və şəkilləri çəkilmişdir. Abonentin qapısı bağlı olduğu üçün əməkdaşlar həyətə daxil ola bilməmişlər. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 17280 m3 olmaqla İddiaçı abonent hesabına 2073 manat 60 qəpik pul hesablanmışdır. Sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulması ilə əlaqadar İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir və onun barəsində inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqadar hər-hansı orqana müraciət edilməmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu, M.S.ünvan 3 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğac yenisi ilə əvə olunmuşdur. Sayğac küçədədir. Abonent İddiaçı tərəfindən akt imzalanmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 07 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu, M.S.ünvan 3 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən paylayıcı xətt keçir. Baxış keçirilməsi üçün heç bir şərait yaradılmamışdır. Hasarın bir hissəsində gözlə görünən yerdən paylayıcı xəttin üzərində qeyri qanuni sayğacdan kənar rezin boru aşkar edilmişdir. Qapı aşılmamış və abonent cavab verməmişdir. Abonent İddiaçı tərəfindən akt imzalanmamışdır. “Dəymiş ziyanın bərpasına dair” 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün PQ-4 qaz sobası üçün saatlıq qaz sərfi 1,5 kub.metr olmaqla 4 X 12 X 360= 17280 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən, abonent İddiaçı 2.073,60 manat borc hesablanmışdır. Yaranmış mübahisə ilə bağlı cavabdeh tərəfindən sayğacdan kənar qanunsuz xəttin aşkar edilməsi barədə məhkəməyə təqdim edilmiş videoçəkilişə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman həmin videogörüntüdə qanunsuz qoşulmanın İddiaçı tərəfindən icra olunması, o cümlədən həmin xəttin məhz onun evinə çəkilməsi müşahidə edilmədi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsi yoxlanılarkən onun sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. Bu səbəblə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 17280 m3 olmaqla 2.073,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011 -ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda; Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda; Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1 .-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərər üçün zərərçəkən qarşısında o, tam məsuliyyət daşımamalıdır. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğacdan kənar qoşulma halı qeyd edilsə də bu fakt digər sübutlarla təsdiqini tapmır, əksinə fakt təkzib edilir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda (abonentin) iddiaçının imzası yoxdur. Mübahisəli aktda qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildiyi qeyd edilsə də cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət müəyyən edilmir. Halbuki, adı çəkilən Qaydaların 6.5-ci bəndinin tələblərinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası kimi hallar nəzərə alınmalı idi. İşin hallarına görə, qanunsuz qoşulmanı əks etdirən və cavabdeh şirkət tərəfindən təqdim edilən videogörüntüdə qanunsuz xəttin hansı evə çəkilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kənar qoşulma halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Bundan başqa, müəyyən edilir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya sutkanın 12 saatı və 360 günlük müddət nəzərə alınmaqla borc hesablanmışdır. Məhkəmə hesab edir ki, akt üzrə hesablanmış borcun məbləği də qanuni hesab edilə bilməz. Belə ki, əvvəla, borcun məbləği (vurulmuş ziyanın miqdarı) hesablanarkən «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələbləri, akt üzrə borcun hesablandığı müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və s. nəzərə alınmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt 07 yanvar 2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq, “dəymiş ziyanın bərpasına dair” tələbnamə 30 dekabr 2023-cü il tarixdə qeyd edilmişdir ki, bu hal da onu göstərir ki, qeyd edilən sənədlərin tarixləri arasında kəskin ziddiyyət, uyğunsuzluq mövcuddur. Belə ki, sayğacdan kənar xətt aşkar olunduğu tarixdən 8 gün əvvəl itirlilmiş təbii qazın bərpasına dair borcun hesablanması yolverilməzdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Ona görə məhkəmə iddianın təmin edilməsi barədə qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında 17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2467/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2467/2024
16.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver