Məhkəmə qərarları › İş №2(049)-2478/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2478/2025

05.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2478/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı «borcun silinməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hesablanmış 1555.20 manat məbləğində qanunsuz və əsassız borcun silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qaz istehlakçısı olaraq cavabdeh X2 **********01010 saylı abonent kodu ilə qeydiyyatdadır. X5 tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktla 1555,20 manat məbləğində qanunsuz və əsası olmayan borc hesablanmışdır. İstehlak etdiyi qazın pulunu cavabdehin nümayəndəsi tərəfindən ona verilən “Bildiriş-xəbərdarhıq” sənədi əsasında ödəyir. Köhnə sayğacın çıxarılması və yeni sayğacın quraşdırılması barədə tərtib edilmiş ******* nömrəli aktın təsdiq edilmiş surəti ona təqdim edilsə də həmin aktda yazılanları oxumaq mümkün deyildir. Amma “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” sənədindən başa düşülür ki, evimin qaz xətti üzərindən ******* nömrəli qaz sayğacı çıxarılmış və “Abonent Saldosu” sənədinin “Sayğac” bölümündə qeyd edilənlərdən məlum olur ki, çıxarılan sayğacın yerinə xx.xx.2023-cü il tarixdə **********5 nömrəli yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarınm(bundan sonra 80 saylı Qərar) 4.8-ci bəndinin tələblərinə görə sayğacın işlək vəziyyətdə saxlanılması istehlakçı olaraq vəzifəsinə aid deyildir. Dövlət laboratoriya rəyinə əsasən evinin qaz xətti üzərində, lakin küçə ərazisində olan qaz sayğacı üzrə müdaxilə rəyi verilsə də həmin rəydə həmin müdaxilənin onun və ya hər hansı bir başqası tərəfindən edilməsi barədə hər hansı bir sübut və ya dəlil göstərilməmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* nömrəli aktla mənə 1555.20 manat məbləğində qanunsuz və hüquqi əsası olmayan borc hesablanmışdır. Amma nə adı qeyd olunan aktda və nə də “Tələbnamə” sənədində müdaxilənin onun və ya başqa birisi tərəfindən törədilməsi barədə hər hansı bir sübut və ya dəlil yoxdur. Deməli 80 saylı Qərarın 4.9-cu bəndinə əsasən təqsirli deyil və bu səbəbdən mənə hesablanmış 1555.20 manat borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən həmin borc silinməlidir.Çünki təqsir yoxdursa, məsuliyyət də yoxdur. 30 iyun 1998-ci il tarixli “Qaz Təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu və 80 saylı Qərarın 4.9-cu bəndlərinə əsasən Qaz paylayıcı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Tələbin hüquqi əsası göstərilməyən tələb qanunsuz və əsassızdır. ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı akt ona təqdim edilməmişdir. Təqdim edilsəydi belə ona imza etməz idi. Çünki mövcud qaz təchizatı haqqındakı qanunvericiliyinin tələblərinə əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılması istehlakçının vəzifəsinə daxil edilmədiyindən və müdaxilə halı üzrə təqsirim sübut edilmədiyindən hesablanmış 1555.20 manat məbləğindəki borcun ona münasibətdə heç bir hüquqi əsası yoxdur. Ona görə də həmin borc məbləği silinməlidir. Bağlanılmış 25624 nömrəli, xx.xx.2017-ci il tarixli qazın alqı- satqısı barədəki müqavilənin 5.2-ci bəndinə qeyd edildiyi kimi yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.Yəni, istehlakçının təqsiri sübut edilmədikdə qaz Paylayıcı birtərəfli qaydada istehlakçıya borc hesablaya bilməz, amma məhkəməyə müraciət edə bilər. Buna baxmayaraq təqsirim sübut edilmədən hüquqi əsası olmayan 1555.20 manat məbləğindəki dəymiş ziyan məbləği “Abonent Saldosu” sənədinin 2023-cü ilin aprel ayı qrafasında adına yüklənilmişdir. Bu səbəblərdən hesablanmış 1555.20 manat məbləğindəki borc məbləği adınmdan silinməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş “Bildiriş-xəbərdarlıq” sənədində son borcunun 115.02 manat olması qeyd edilmişdir. Amma “Abonent Saldosu” sənədində borcunun 1670.22 manat olması qeyd edilmişdir. Hesablanmış 1555.20 manat borc məbləği qanunsuz və əsassız olduğundan “Abonent Saldosu” sənədinə salınmamışdır. Bu səbəbdən həmin 1555.20 manat borc məbləğinin hüquqi əsası yoxdur və ona görə də silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırıldığını bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə 17 iyul 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməkə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X7 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus evin sayğacı dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X7 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evin sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var sayğac istismara yarasız hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 12960 m3 itirilmiş qaza görə ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********01010 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin aprel ayında 1555,20 manat cərimə hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş Cavabdeh İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısının nümayəndələrinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli, ******* saylı akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndində göstərilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində göstərilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4-cü bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh X7 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35.50 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1555,20 manat cərimə silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35.50 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar