Məhkəmə qərarları › İş №2(049)-2482/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2482/2023

11.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2482/2023 11.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X28 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı miras payının qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı miras paylnın qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. O, iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixdə cavabdehin qardaşı X11 ilə rəsmi olaraq evlənərək onun valideynlərinə məxsus ünvan 1-da yerləşən 2 otaqlı mənzilə gəlin köçmüşdür. Nikahlarından xx.xx.2002-ci il tarixdə Mirrafıq adlı bir uşaqları anadan olmuşdur. 2004-cü ilin dekabr ayının 13-nə kimi təsərrüfatı birgə idarə etməklə ərarvad kimi yaşamışlar. X19 nikahı 2004-cü ildə pozulmuş, bir müddət azyaşlı uşağı ilə birlikdə kirayədə qaldıqdan sonra yaşamağa başqa yeri olmadığı üçün gəlin köçdüyü mənzilə, ünvan 1 saylı ünandakı 2 otaqlı mənzilə köçürülməyi və yaşayış hüququnun tanınması barədə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq oğlu Mirrafıq ilə birlikdə xx.xx.2007-ci il tarixdə həmin mənzilə köçürülmüşlər. Bundan sonra yaşayış yeri üzrə qeydiyyata alınma tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2011-ci il tarixli 2(049)-1292/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək yuxarıda qeyd olunmuş mənzildə qeydiyyata alınmağı barədə qətnamə qəbul edilmişdir. X19 nikahı 2004-cü ildə pozulsa da, 30 mart 2012-ci il tarixdə yenidən onunla rəsmi nikah bağlamışdır. 2021-ci ildə vəfat etmiş Hüseyn Əbülfətovla 1998-ci ildən 2004-cü ilədək miras mülkdə yaşamış, sonradan nikahları yenidən qeydə alındıqdan sonra Lənkəran şəhər İHB-nin xx.xx.2011-ci il tarixli sərəncamına əsasən İ qrup əlil olan Hüseyn Əbülfətovun qəyyumu təyin edilmiş və buna görə xx.xx.2019-cu il tarixdən onun ölümünə qədər təqaüd almışdır. Hüseyn Əbülfətovun ölümündən sonra ondan qalmış mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Sonradan Cavabdeh məhkəməyə müraciət edərək mərhum anası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilsə də, həmin qətnamədən o, narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 1390/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh iddia tələbi qismən təmin edilmiş və mərhum X4 qalmış, ünvan 1 ünvanda yerləşən mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Beləliklə də, məhkəmə çəkişməsinin nəticəsində miras əmlakdan Cavabdeh payının qəbul edilməsi faktı müəyyən edilmiş və onun payı isə müəyyən edilməmiş qalmışdır. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Şərh olunanları nəzərə alaraq tərəfindən mərhum X4 miras qalmış, ünvan 2 ünvanda yerləşən mənzildən ibarət mərhum ərim X8 mirasdakı payının onun, yəni İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddiasının dəyişdirilməsinə dair ərizə verərək qayınanası, X1 qalmış, Lənkəran şəhəri, Əliyeva küçəsi, bina 78/19-da yerləşən 69 saylı mənzildən ibarət mirasın mərhum əri X14 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/19, mənzil 69-da pasport qeydiyyatındadır. Lakin cavabdehin həmin ünvanda qeydiyyatda olmasını təsdiq edən heç bir hüquqi sənəd mövcud deyildir. O, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 ilə 1-ci dəfə 1998-ci ildə ailə həyatı qurmuş, onların bu barədə olan ilk nikahları xx.xx.1999-cu il tarixdə Lənkəran şəhər Nikah evində 106 sayla rəsmiləşdirilmişdir. Hüseynlə aralarında olan narazılıqlara görə 2004-cü ildə məhkəmə qaydasında boşansalar da, 2012-ci ilin 30 mart tarixində yenidən Hüseynlə rəsmi nikah bağlamışlar. O, X15 ilə 1998-ci ildə ailə həyatı qurduqdan sonra həmin vaxt Hüseynin yaşadığı Lənkəran şəhəri H.Əliyev (indiki Z.Əliyeva) küçəsi 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin gəlmiş və 2004-cü ilin dekabr ayının 13-nə kimi Hüseynlə təsərrüfatı birgə idarə etməklə həmin ünvanda onunla ər-arvad kimi birlikdə yaşamışdır. Sonradan isə məhkəmə qətnaməsi ilə yuxarıda qeyd olunan evə köçürülmüşdür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci ii tarixli, 2(049)-1292/2011 saylı qətnaməsinə əsasən o, ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyata alınmışdır. Qeyd olunan qətnamənin 3cü vərəqinin 3-cü abzasında göstərilmiş və həmin məhkəmə araşdırması zamanı tədqiq olunmuş Lənkəran şəhər MİKMİ-nin 19 may 2011-ci il tarixli, 2377 saylı arayışından görünür ki, o, həqiqətən Lənkəran şəhəri A.Bağırov küçəsi ev 20-də qeydiyyatdadır və Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/19, mənzil 69-da yaşayır, ailə tərkibi özü, həyat yoldaşı və 1 övladından ibarətdir. O, X23iu ilə 1998-ci ildə ailə həyatı qurduqdan sonra ünvan 3 ünvanında istər rəsmi ər-arvad kimi yaşadıqları dövrdə, istərsə də ayrıldıqları müddətdə onun xəstəliyi ilə əlaqədar mütəmadi olaraq ona qulluq etmişdir. Belə ki, Hüseyn Əbülfətovla rəsmi boşanmaqlarına baxmayaraq sonuncu 07 mart 2011-ci il tarixdə öz qanuni hüquqlarını ona etibar etmiş, daha sonra onun müraciəti əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamına əsasən o, İ qrup əlil olan Hüseyn Əbülfətovun üzərində qəyyum təyin olunmuş və xx.xx.2019-cu il tarixdən sonuncunun öiümünə qədər olan müddət ərzində buna görə təqaüd almışdır. Ona xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü qanunla müəyyən edilmiş müddətdə Lənkəran Rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Hesab edir ki, mərhum X3 miras qalmış Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə məhz Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən verildiyindən və eləcə də həmin şəhadətnamə verilərkən notarius tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan o, hazırki işdə cavabdeh qismində iştirak etməlidir. Çünki, notarius Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsinin onun tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən apelyasiya qaydasında tamamilə ləğv olunduğunu bilə-bilə Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsini tamamilə səhv icra etmişdir. Bununla yanaşı notarius həmin qətnamənin ona məhz Şirvan Apelyasiya Məhkəməsi tərəfindən göndərilməli olduğunu bilə-bilə hansısa səbəbdən Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı məktub əsasında icra edərək başqa bir kobud pozuntuya yol vermişdir. Onu da qeyd edir ki, notarius artıq bilməli idi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsi apelyasiya qaydasında tamamilə ləğv olunmuşdursa, Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş və xx.xx.2022-ci il tarixdə “qəbul etdim” yazaraq imzalayıb qəbul etdiyi məktubda olan 2(049)-750/2022 nömrə altında olan işin də artıq hüquqi qüvvəsinin olmadığını bilməli idi. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib əlavə olaraq bildirmişdir ki, qayınanası Zərifə 1996-cı ildə vəfat etmiş, anasının ölümünədək onun mərhum əri anası ilə birlkidə o biri evlərində, Lənkəran şəhəri A.Bağırov küçəsindəki evdə yaşamışdır. Əri xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra 03 ay müddət ərizində, xx.xx.2022-ci il tarixdə ərindən qalmış mirasın qəbuluna dair notariat ofisinə ərizə vermişdir. Özü mübahisəli mənzildə 2011-ci ildən qeydiyyatdadır. Ərinin neçə arvadının olduğunu bilmir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, o, artıq anasının ölümündən keçən 27 il ərzində Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19, mənzil 69 ünvanındakı daşınmaz əmlakı idarə etmişdir. Valideynlərinin sağlığında zəruri ehtiyaclarını o, ödəmiş, onlar öləndə dəfn mərasimini o keçirmiş və bu günə kimi də həmin mənzildə yaşayır. Ən əsası isə iddiaçının xx.xx.2021-ci il tarixdə vəfat etmiş əri, onun isə qardaşı X14 həmin mübahisələndirilən mənzildə heç vaxt pasport qeydiyyatında olmamışdır. Eyni zamanda mülkiyyətçi olmuş anası- X9 xx.xx.1996-cı ildə vəfat edərkən qardaşı həmin mübahisələndirilən mənzildə yaşamamışdır. Yəni faktiki olaraq mirası qəbul etməmişdir. Miras qoyanın sağlığında onlarla yaşamış, evin maddi-məişət, kommunal xərclərini ödəmiş, hazırda həmin ev və evin həyətyanı torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. O, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini nümayiş etdirmişdir. Birincisi - iddiaçının tələbinin irsi transmissiya üzrə olduğunu nəzərə alaraq bildirir ki, irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mərhum qardaşı X14, miras qoyan anaları X6 xx.xx.1996-cı il tarixdə vəfatından sonra da, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamamış, mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Hətta qardaşı X14 fəaliyyət qabiliyyətinin olmaması səbəbindən bunu etmək iqtidarında belə olmamış, onun himayəsində yaşamışdır. Ona görə də onun mirası qəbul etmək üçün iradə ifadə edə bilməsi mümkün deyildir. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə ona qarşı çıxış etməsi qanunsuz və əsassızdır. İkincisi- iddia ərizəsində istinad olunan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında qeyd olunur ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin qənaətinə görə, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Üçüncüsü - Şirvan Apelyasiya Məhkəməsinin icraya yönəlmiş xx.xx.2022-ci il tarixli, 2(106)-13 90/2022 saylı qətnaməsi əsasında, Lənkəran rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən, Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19, mənzil 69 ünvanında o, cavabdeh - Cavabdeh, ümumi sahəsi 59,3 kv.m. mənzildən ibarət olan miras əmlakdan tam hissədə pay xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermişdir. Dördüncüsü - Şirvan Apelyasiya Məhkəməsinin icraya yönəlmiş xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsi əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən, Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19, mənzil 69 ünvanında o, cavabdeh- Cavabdeh, ümumi sahəsi 51,6 kv.m. 2 otaqlı, mənzil xx.xx.2022-ci il tarixdən tam xüsusi mülkiyyətimə verilmişdir. Həmin mənzilə, xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********08-05101-093045 olan, xx.xx.2022-ci il tarixli, Çıxarış və inventar nömrəsi: 01 saylı, xx.xx.2022-ci il tarixli, Texniki Pasport ilə qeydiyyata alınmışdır. Beşincisi - qardaşı X14 ilə xx.xx.1999-cu il tarixdə iddiaçı- Paşayeva (Əbülfətova) Gülxanım Bəklər qızı, rəsmi nikaha daxil olub evlənmişdir. Sonradan aralarında olan nikah pozulmuş və qardaşı X2 Gülnarə Mürüvvət qızı ilə xx.xx.2005-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olmuşdur. Onların birgə münasibətlərindən xx.xx.2006-cı ilarixdə X12 anadan olmuş və uşağın atalığı müəyyən edilmişdir. X24 ikinci dəfə qeyri-rəsmi olaraq ailə qurduğu X10 və qızı-Əbülfətli Zərifə ilə birlikdə vəfat etdiyi xx.xx.2021-ci il tarixədək, mərhum anaları X6 mülkiyyətində olan Lənkəran şəhəri, X26 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanında ailəsi ilə birlikdə yaşamışlar. Altıncısı - İddiaçı qardaşı X14 ilə rəsmi nikaha daxil olmuş və qaynanası X6 mülkiyyətində olan, mübahisələndirilən həmin Lənkəran şəhəri, X26 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanına gəlin köçmüşdür. Qardaşı Hüseyn xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbinə görə, iddiaçı-gəlin, mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri, mülkiyyətçinin əri (arvadı), habelə onun uşaqları və valideynləri hesab olunurlar. Yəni məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının, ondan miras payı qəbul etmək, tələb etmək hüququ yoxdur. Belə ki, İddiaçı onun mərhum qardaşı X14 ilə 1999-cu ildə rəsmi nikaha daxil olaraq mərhum anasının mülkiyyətində olan evə gəlin köçdüyü üçün, yəni onlar ailə münasibətinə 1999-cu ildə daxil olduğundan o dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. O dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin hüquq və vəzifələri kimi qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən icarəyə verilmiş sahənin olduğu evə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, icarə müqaviləsində göstərilən müddət qurtaranadək müqavilə qüvvədə qalır. İcarə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, evin yeni mülkiyyətçisi bu Məcəllənin 130 və 132-ci maddələrində göstərilən əsaslar üzrə və qaydada müqaviləni təzələməkdən imtina edə bilər və ya onu poza bilər. Odur ki, yuxarıda qeyd olunan hallar və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqey nəzərə alınmaqla mərhum qardaşı X8 miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki mirası qəbul etdiyini nümayiş etdirməməsi, onun mirası qəbul etmək üçün fəaliyyət qabiliyyətinin olmaması səbəbindən bunu etmək iqtidarında belə olmaması kimi hallar məhkəmə tərəfindən qiymət verilməklə sübutlar yenidən araşdırılmalıdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin dəlilləri əsassız olmaqla, təmin oluna ola bilməz. İddiaçı ona qarşı miras payının qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, anası Zərifə Əıbülfətova vəfat etdiyi günə kimi, o, iddiaçının əri olan qardaşı anası birlikdə babalarından miras qalmış Lənkəran şəhəri A.Bağırov küçəsindəki digər evlərində yaşamışlar. Qardaşı ruhi xəstə olduğundan anasının yanında olmuşdur. Qardaşına rəsmi olaraq qəyyum təyin edilməsə də, qardaşına özü baxmışdır. Mübahisələndirlən mənzil vaxtı ilə onun müəllim olmuş anasının adına özəlləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X16 göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş İcra Vərəqəsi əsasında Lənkəran rayon 1 saylı Notariat ofisi bütövlükdə mirasa dair Cavabdeh “Vərəsəlik hüququ haqında şəhadətnamə” vermiş, sonuncu da həmin şəhadətnamə əsasında mübahisələndilən mənzili bütövlükdə mülkiyyət hüququ əsasında öz adına rəsmiləşdirmişdir. Cavabdehin adına verilmiş “Vərəsəlik hüququ haqında şəhadətnamə” və onun nəticələri ləğv edilməmiş hazırki iddia təmin olunacağı təqdirdə, onun icrası qeyri mümkün olacaqdır. Hazırda Lənkəran Rayon Məhkəməsinin hakimi Nicat Ağabəyovun icraaatında məhz cavabdehin adına verilmiş “Vərəsəlik hüququ haqında şəhadətnamə” və onun nəticələri ləğv edilməsinə dair mülki iş vardır. Bu mübahisənin düzgün və tez bir zamanda həlli üçün həmin işlərin birləşdirilməsinə zərurət vardır. Buna görə də həmin işlərin bir icraata birləşdirlməsini xahiş edir. İddiaçı iki işin bir icraatda birləşdirilməsinə qəti eturaz etmişdir. Cavabdeh hazırki mülki iş üzrə icraatın, hakim Nicat Ağabəyovun icraaatında olan iş üzrə çıxarılacaq qərarın qanuni qüvvəsini alan anadək dayandırılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasa gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: Həqiqiliyi mübahisələndirlməyən və surətləri işdə olan 1767 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 69 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında bütövlükdə X6 adına 04 nömrəli reyestr kitabında xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Həqiqiliyi mübahisələndirlməyən və surətləri işdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19 ünvanında yerləşən 69 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X6 adına daşınmaz əmlakın reyestrində 22 nömrəli reyestr kitabının 06 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi küçənin əvvəllər “B.O.Abbasov” adlandırılması mübahisələndirilmir. İş materiallarında olan və iddiaçının imzası xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, vəfat etmiş əri X8 mirasını qəbul etmiş, adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həqiqiliyi mübahisələndirlməyən və surətləri işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı xx.xx.2012-ci ildə nikaha daxil olmuşlar. Həqiqiliyi mübahisələndirlməyən və surətləri işdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X14 xx.xx.2021-ci tarixdə etmişdir. Həqiqiliyi mübahisələndirlməyən və surətləri işdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi Cavabdeh X4 miras qalmış Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19 ünvanında yerləşən 69 saylı mənzildən tam hissədə pay almalıdır. İşdə olan və iddiaçıya ünvanlandırılmış Lənkəran rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, 12 aprel 1996-cı il tarixdə vəfat etmiş X3 qalmış mirasın bölgüsü ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1390/2022 saylı qətnaməsinə əsasən Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2V-1067 №-li reyestrlə təsdiq edilmiş mərhum X5 vərəsəsinin Cavabdeh olmasına dair «Vərəsəlik hüququ haqqında şəhadətnamə» verimişdir. Buna görə də ona “Vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsindən imtina edilir. İşdə olan Lənkəran ŞRPŞ Q və ŞV bölməsinin arayışlardan görünür ki, iddiaçı Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19 ünvanında yerləşən 69 saylı mənzildə xx.xx.2011ci il tarixdən qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, mübahisələndirləməyən hal ondan ibarətdir ki, Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19 ünvanında yerləşən 69 saylı mənzil iddiaçının qaynanası, cavabdehin isə anası X6 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, sonuncu vəfat etdiyi zaman onun 2 vərəsəsi- iddiaçının əri Hüseyn və cavabdeh Şəhla olmuş, iddiaçı birinci dəfə 1999-cu ildə Hüseynlə rəsmi nikaha daxil olaraq qaynanasına məxsus mənzilə gəlin köçmüş, sonradan, 2004-cü ildə onunla Hüseyn arasında nikah pozulmuş, iddiaçı qaynanasının mənzilinə köçürülməsinə və həmin mənzilə pasport qeydiyyatına alınmasına dair iddia vermiş, onun iddiaları təmin edilərək o, mübahisəli mənzilə köçürülərək həmin mənzilə pasport qeydiyyatına alınmış, bundan sonra 2012-ci ildə Hüseyn onunla təkrarən nikahını rəsmiləşdirmiş, ruhi xəstə olsa da ölən günədək mərhum anası ilə birlikdə yaşayaraq bir təsərrüfat altında olmuş və anasının vəfatından da sonra həmin təsərrüfatda yaşayaraq vəfat etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan və qanuni qüvvəsini almış Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X9 12.04 1996-cı ildə vəfat etmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsləyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə qeyd olunan normalara istinadən qeyd edir ki, məhkəmə iclasında sübuta yetirildi ki, iddiaşının əri Hüseyn anasının vərəsəsi olmaqla sonuncun vəfatından sonra onun təsərrüfatında yaşamaqda davam etməklə ondan qalmış mirası faktiki olaraq qəbul etmişdir. Bu fakt öz əksini Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində də tapmışdır. Belə ki, həmin qətnamədə qeyd edilmişdir ki, “...işin müəyyən edilmiş hallarından görünür ki, X5 xx.xx.1996-cı ildə Lənkəran şəhərində ölümündən sonra miras qalmış Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən 78/19 saylı evin 69 saylı mənzili iddiaçı (yəni Cavabdeh) tərəfindən faktiki surətdə idarə olunaraq kirayəyə verilmiş, bununla da miras iddiaçı, eləcə də kirayə haqqından faydalanan X14 tərəfindən qəbul edilmişdir. Miras qoyanın bərabər pay hüquqlu iki vərəsəsi olsa da, iddiaçı mənzilin yalnız ona qalmış miras olaraq tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etməklə, mirasın bütövlükdə iddiaçı (Cavabdeh) tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişdir.” Göründüyü kimi Apelyasiya Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçının mərhum əri X14 tərəfindən də miras qəbul edildiyi qeyd edilsə də, onun və ya onun vərəsələri tərəfindən mirasın qəbul etməsi faktı müəyyən edilməsinə dair iddia verilmədiyindən, həmin fakt müəyyən edilməmişdir. Buna görə də iddiaçı hazırda həmin faktın müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, kirayə haqqından faydalanan andan X14 miras əmlaka, bacısı olan cavabdehlə bərabər, mülkiyyət hüququ əldə etmişdir. Hüseyn xx.xx.2021-ci tarixdə vəfat etmişdir. Onun vəfatından sonra birinci növbəli vərəsələrindən olan iddiaçı mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş 03 ay ərzində, yəni xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizə verərək ərindən miras qalmış əmlakı qəbul etdiyini nümayiş etdirmişdir. Yəni o, ərindən miras qalmış əmlakı qanunvericiliyə uyğun olaraq qəbul etmişdir. Bununla yanaşı ərinin vərəsəsi olaraq ərinin öz anasından miras qalmış payının qəbul edilməsi faktının müəyyən edilməsini istəyir ki, ardınca notariat ofisinə müraciə edib mübahisələndirlən mənzildən özünə çatası payı tələb etsin. Çünki, onun əri sağlığında faktiki olaraq miras əmlakı qəbul etsə də, qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciə edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və mərhum X14 tərəfindən X1 qalmış, Lənkəran şəhəri, Əliyeva (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 qalmış, Lənkəran şəhəri, Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən də qəbul edilməsi faktı müəyyən edilmişdir. Əslində həmin qətnamənin əsaslandırıcı hissəsindən tam aydın olunur ki, miras əmlak yalnılz Cavabdeh tərəfindən deyil, eləcə də iddiaçının mərhum əri Hüseyn tərəfindən də qəbul edilmişdir. Lakin, yalnız Cavabdeh iddia ilə məhkəməyə müraciət etdiyindən, onun tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədə Cavabdeh tərəfindən mirası bütövlükdə deyil, mirasdakı payı qəbul edilməsi faktının müəyyən edilməsinə baxmayaraq, həmin qətnamə əsasında verilmiş İcra Vərəqəsində yanlışlığa yol verilmiş, həmin yanlış İcra Vərəqəsi əsasında Lənkəran rayon 1 saylı Notariat ofisi bütövlükdə mirasa dair cavbabdeh Cavabdeh “Vərəsəlik hüququ haqında şəhadətnamə” vermiş, sonuncu da həmin şəhadətnamə əsasında mübahisələndilən mənzili bütövlükdə mülkiyyət hüququ əsasında öz adına rəsmiləşdirmişdir. Əslində isə onun adına mirasa münasibətdə bütövlükdə şəhadətnamə verilməli deyildi. Çünki həmin faktın müəyyən edilməsi, notariat ofisinə müraciət edib müvafiq şəhadətnamənin alınması üçün lazım olmuşdur. Yəni, həmin fakt müəyyən olunduqdan sonra, notarius digər vərəsələrin dairəsini müəyyən edib onlar tərəfindən mirasın qəbul edib-etməmələrini müəyyən etməklə qanunvericilikdə nəzərdə tutulmuş hərəkətləri etməli idi. Məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsinin qətnaməsində “o cümlədən də” söz birləşməsindən istifadə edilməklə “X1 qalmış, Lənkəran şəhəri, Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasın o cümlədən də Cavabdeh tərəfindən də qəbul edilməsi faktı müəyyən edilsin.” cümləsi yazılmış olsaydı, yanlış İcra Vərəqəsinin verilməsi istisna olardı. Həmin cümlə yazılmadığı üçün Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi yanlış anlaşılaraq miras əmlak bütövlükdə cavabdehin adına rəsmiləşdirildiyindən həmin fakt artıq iddiaçı tərəfindən mübahisələndirilir. Belə ki o, cavabehin adına verilmiş “Vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun nəticələrini ləğvi tələbi ilə bağlı Lənkəran Rayon Məhkəməsinə iddia vermiş və həmin tələblə bağlı mülki iş hakim Nicat Ağabəyovun icraatındadır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxs- Lənkəran rayon 1 saylı notariat ofisinin cavabdeh qismində cəlb edilməsinə dair tələbinin təmin edilməsinə zərurət qalmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü madəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Lənkəran şəhəri, X26 küçəsi, ev 78/19 ünvanında yerləşən 69 saylı mənzil iddiaçının qaynanası, cavabdehin isə anası X6 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Zərifə Əbülfətova xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış mənzil Cavabdeh tərəfindən faktiki surətdə idarə olunaraq kirayəyə verilmiş, bununla da miras onun, eləcə də kirayə haqqından faydalanan iddiaçının mərhum əri X14 tərəfindən qəbul edilmişdir. X14 təkrar olaraq iddiaçı ilkə nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişdir. Hüseyn Əbülfətov xx.xx.2021-ci tarixdə vəfat etmişdir. İddiaçı ərinin birinci növbə vərəsəsi olaraq qanun ilə nəzərdə tutlmuş 03 ay müddətində notariat ofisinə ərizə yazaraq ərindən qalmış mirası qəbul etmişdir. Hazırda o, qayınanasından ərinə, ərindən isə ona keçmiş mirasa dair şəhadətnamə almaq istəyir. Lakin, ona həmin şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Buna görə də, həmin faktın müəyyən olunmasına dair məhkəməyə iddia vermişdir. Beləliklə yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı miras payının qəbul etmə faktına dair iddiası təmin edilməli, X1 qalmış, Lənkəran şəhəri, Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasın o cümlədən də X14 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı miras payının qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. X1 qalmış, Lənkəran şəhəri, X26 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasın o cümlədən də X14 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X32

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar