Məhkəmə qərarları › İş №2(049)-2483/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2483/2024

19.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2483/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X13, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizəsinə dair işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə Lənkəran rayonu, Havzava kəndində doğulmuş və Lənkəran rayon, Havzava kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 1973-ci il tarixdə Lənkəran rayonu, Osakücə kəndində doğulmuşdur. Hazırda da həmin kənd sakini Vüqar Bayramovla ailə qurub evlənmişdir. Vüqar Bayramov ondan əvvəl X14 ilə evlənmişdir. Faktiki nikahlarından xx.xx.2006-ci il tarixdə X8 adlı bir uşağı doğulmuşdur. Uşaq anadangəlmə nevroloji xəstə olduğu üçün bioloji anası yəni X14 uşağı altı aylıqında atıb evdən çıxmışdır. Ondan sonra Vüqar Bayramov onunla rəsmi nikaha daxil olaraq evlənmişdir. Hazırda X1 onunla birlikdə yaşayır və onu öz doğma anası bilir. X3 xx.xx.2006-cı il tarixdə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. X8 anadangəlmə Tetraplegik formal immobillik Çanaq orqanlarının funksiya pozğunluğu nəticəsində yaranan davranış pozuntusu ilə tam hərəkətsizlik müşayiət olunan Nevroloji xəstəliyi vardır və o bununla əlaqədar onun bütün müalicələrini edir. Lakin etdirdiyi müalicələrin heç bir nəticəsi olmamışdır. X8 həmin xəstəlikdən əziyyət çəkdiyi üçün hətta Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Mərkəzi Xəstəxanasında qeydiyyatdadır.X8 hazırda birinci dərəcəli əlildir, yataq xəstəsidir, onun bütün təmizlik işlərini mən görürəm və buna görə də işləyə bilmir. Lakin uşağın hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında çətinliklər yaranır və çətinliklərin aradan qaldırılmasından ötrü ondan başqa heç kimi olmadığından o, Lənkəran Şəhər icra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasına müraciətm etmiş ki, onu X7 qəyyum təyin edilməsində köməklik göstərmələrini xahiş etmişdir. Oradan ona məsləhət görmüşlər ki, o, bununla bağlı məhkəməyə müraciət etsin. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış İİ 658257 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-ci il tarixdə X8 doğulmuşdur. X4, anası X10r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış İİ 953538 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 nikahı Lənkəran Rayon Qeydiyyat Şöbəsində 24 aprel 2014-cü il tarixdə 327 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 4499 saylı ekspert rəyindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdə Lənkəran rayonu, Havzava kəndində doğulmuş və Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 aprel 2006-cı il tarixdə Lənkəran rayonu, Havzava kəndində doğulmuş Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar