Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2508/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 05 oktyabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: TƏSVİR HİSSƏ İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmiş zərərin ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli MÄS-3550 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC- nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 25 oktyabr 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-3550 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 13 aprel 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 fevral 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1170.72 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda X4 MAS- 3550 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə ümumilikdə 1003.62 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh X3 13 aprel 2021-ci il tarixli MAS-3550 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 596.53 manat gecikdirilmiş əsas, 103.61 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 303.48 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1170.72 manat, ümumilikdə 2174.34 manat borc və ödənilmiş 41.75 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq məhkəmədən Cavabdeh 13 aprel 2021-ci il tarixli MAS-3550 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 596.53 manat gecikdirilmiş əsas, 103.61 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 303.48 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1170.72 manat, ümumilikdə 2174.34 manat borc və ödənilmiş 41.75 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mas-3550 saylı daxili lizing müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə X2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən lizinqin obyektinin ümumi məbləği 13900 manat təşkil edir. İş materialında olan öhdəliklərin ötürulməsi barədə xx.xx.2022-ci il tarixli Mas-3550 saylı müqaviləniin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklər X1 Cavabdeh ötürülmüşdür. İş materialında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 596.53 manat əsas, 103.61 manat gecikdirilmiş mükafat borcu, 303.48 manat cərimə, cəmi 1003.62 manat borcu vardır. İş materiallarında olan qüsur aktından görünür ki, ** PZ *** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtomobilin ümumi xidmət haqqı 930 manat, ehtiyyat hissələrinin ümumi dəyəri 204 manat və 36.72 manat Ə.D.V. hesablanmaqla, ziyan ümumilikdə 1170.72 manat təşkil eləyir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin 15 gün ərzində birtərəfli qaydad ləğv ediləcəyi və yaranmış borc ödənilmədiyi təqdirdə borcun cavabdehdən Məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək qeyd edir ki, X2 iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800829, ağ rəngli avtomobili götürmüş, sonuncu öhdəliklərini cavabdehə ötürmüş, lakin cavabdeh daxili lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, sonradan avtomobili iddiaçıya qaytarsa da, avtomobilə 1170.72 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də lizinq obyektinin sahibi avtomobili cavabdehin sahibliyindən geri götürərək dəymiş zərəri və lizinq obyektinin cavabdehin sahibliyinə olan müddət üçün nəzərdə tutulmuş ödənişi haqlı olaraq tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh dəfələrlə məhkəməyə dəvət olunsa da, o, məhkəmə iclaslarına gəlməmiş və ya iddiaya, o cümlədən də avtomobilə dəymiş 1170.72 manat ziyanla bağlı öz etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə onun susmasını iddia ilə razı olduğu kimi qəbul edir. Azərbaycan Respublikasının MM-nin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının MM-nin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Azərbaycan Respublikasının MM-nin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Azərbaycan Respublikasının MM-nin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Azərbaycan Respublikasının MM-nin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 13 aprel 2021-ci il tarixli MAS-3550 «daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2022-ci il tarixə 596.53 manat gecikdirilmiş əsas, 103.61 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 303.48 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1170,72 manat, ümumilikdə 2174.34 manat borc və 41.75 manat dövlət rsumu alınıb İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13 aprel 2021-ci il tarixli MAS-3550 «daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2022-ci il tarixə 596.53 manat gecikdirilmiş əsas, 103.61 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 303.48 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1170,72 manat, ümumilikdə 2174.34 manat borc və 41.75 manat dövlət rsumu alınıb İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(049)-2508/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2508/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver