Məhkəmə qərarları › İş №2(049)-2526/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2526/2024

30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2526/2024 30.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızının cavabdehlər Əhmədova (Abasova) Aygün İbrahim qızı və Cavabdeh2 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızının cavabdehlər Əhmədova (Abasova) Aygün İbrahim qızı və Cavabdeh2 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılması, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Eyni zamanda həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan ********** saylı, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızının cavabdehlər Əhmədova (Abasova) Aygün İbrahim qızı və Cavabdeh2 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar