Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2527/2024 12.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3736 manat pulun və ödənilmiş 57 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinin məzmununa görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə; əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə; aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə; müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda - bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla; müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda ödəmələrin 3 illik məcmusu ilə; ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə; ödəmə ya xitam verilməsi haqqındakı iddialarda - qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə; əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda - müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə; fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda - tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda - sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə; bir neçə müstəqil tələbdən ibarət olan iddialarda - bütün tələblərin ümumi məbləği ilə; tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda - barəsində mübahisə edilən məbləğlə; torpaq sahəsi tələbi barədəki iddialarda - torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Qanunvericiliyə əsasən pul tələbi ilə bağlı iddialar qiymətləndirilən iddia ərizələri sırasına daxildir və hazırki iddiada qeyd edilən miqdarda (3736 manat) tələb üçün 57,36 manat miqdarında dövlət rüsumu ödənilməlidir. İddiaçı həmin miqdarda (58 manat) vəsaitin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzini iddia ərizəsinə əlavə etsə də, qeyd olunan qəbzin məzmunundan görünür ki, ödənilən məbləğ qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə deyil, məhkəmə aktının surətinin təkrar verilməsinə görə ödənilmişdir. Bu baxımdan həmin mədaxil qəbzində qeyd olunan məbləğ hazırki iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq ödənilmiş məbləğ hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı və onun nümayəndəsinə izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən ödənilmiş 58 manat məbləğ məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu təyinatı üzrə ödənilmiş olmasa da, iddiaçının mənafeyi və maddi maraqları nəzərə alınmaqla, hesab edirəm ki, iddia ərizəsi qaytarıldığına görə həmin məbləğ də iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112, 114, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 58 manat məbləğ iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2527/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2527/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver