Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2566/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 291183 R №li Akt aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış 657 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu Köhnəgəgiran kəndində yaşayır. Evinə elektrik sayğacı quraşdırılıb. Hər ay da istifadə etdiyi işıq pulunu vaxtında ödəmişdir. Bu ilin mart ayının əvvəllərindən etibarən isə işi ilə əlaqədar ailəlikcə başqa yerə köçmüşlər və o vaxtdan da həmin evdə yaşayış yoxdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, işıq idarəsi onu 657 manat cərimə edib. Bununla bağlı Lənkəran işıq idarəsinə getmişdir. Orada bildirmişlər ki, guya 10 aprel tarixində evində kənar xətt aşkarlanıb və buna görə də barəsində akt tərtib edilib. AKT RN: 291183 nömrəli aktın surətini də ona göstərmişlər. Onlara həmin evdə yaşamadığını və evində də hər hansı kənar xəttin olmadığını bildirən zaman onlar həmin kənar xətlə bağlı videoçəkiliş olduğunu bildirmişlər. Videoçəkilişə baxanda məlum olmuşdur ki, onların 10 aprel tarixində kənar xətt aşkar etdikləri evin ona heç bir aidiyyəti yoxdur. Çəkilişdə göstərilən kənar xətt çəkilən elektrik dayağı oradakı həyət nə də ki elektrik sayğacı ona məxsus deyil. Amma çəkiliş aparan şəxs əlində sayğacına aid qəbzin məlumatlarını oxuyur, amma həmin sayğacın ona aid olub olmamasını isə aydınlaşdırmır. Hətta nəzarətçi orada sayğacın göstəricisi ilə öz əlində olan ona məxsus sayğacın qəbzinin göstəricilərinin də fərqli olduğunu deyir. Həmin çəkilişdə həmin evin sahibinin özü də görsənir və həmin şəxsin də ona heç bir aidiyyəti yoxdur. O, sayğacdan heç bir kənar xətdən istifadə etmədiyi üçün bu cəriməni qanunsuz sayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edərək, iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: «Cavabdeh» tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 291183 R №li aktdan görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Naqilin en kəsiyinin ölçüsü 2x6 mm ikidamarlı alüminium naqildir. Akt «Cavabdeh» əməkdaşları Amil Minayev, Rasim Qasımov və Ceyhun Səlimov tərəfindən imzalanmışdır. İddiaçı adına tərtib edilmiş abunə haqqı arayışdan görünür ki, elektrik enerjisindən istifadə qaydaları pozulduğuna görə ümumilikdə 657 manat cərimə hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunəçi İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə xx.xx.2023-cü il tarixli, 291183 R №-li Akt tərtib edilərək 657 manat məbləğində borc hesablanmışdır. Akt tərtib edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 291183 R №-li aktdan isə görünür ki, akt tərtib edilərkən qeyd olunan qaydaların tələbləri pozulmuşdur. Belə ki, aktın bir nüsxəsini istehlakçıya təqdim edilməmiş, eləcə də akt tərtib edilərkən texniki vasitələrdən (foto və ya videoçəkiliş aparılmaqla) istifadə edilməmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsinə videoçəkilişin təqdim olunması təklif edilsə də, cavabdeh tərəfindən məhkəməyə müvafiq videoçəkiliş təqdim edilməmişdir. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilmədiyindən "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 657 manat cərimə silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 291183 R №li akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 657 manat cərimə silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2566/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2566/2023
29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver