Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2576/2024 10.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X34 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkləran Vəkil bürosunun vəkili Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X25, X13, X8, X31 və X9 iştirakı ilə İddiaçı, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X39, X25, X13, X8, X31, X26 və X17 cəlb etməklə Cavabdeh qarşı mirasda payın müəyyən olunması tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0790 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 64.50 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evində miras payın bütövlükdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1964-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X2, nənəsi isə X18 olmuşdur. Onların birgə nikahından X6 anadan olmuşdur. Anası isə X19 olmuşdur. Atası ilə anasının birgə nikahlarından 09 uşaqları anadan olmuşdur. Babası ilə nənəsi babasına məxsus Lənkəran şəhəri, M.B.Axund küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşamışlar. Həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi babasına məxsus olmuş, babası 03 iyun 1947-ci il tarixdə vəfat etdikdən sonra nənəsi X18 X6 ilə birlikdə həmin fərdi yaşayış evində yaşamaqda davam etmişlər. Nənəsinin sağlığında, 1968-1970-ci illərdə atası həmin torpaq sahəsində ailəsi üçün başqa bir fərdi yaşayış evi tikmiş və ailəliklə həmin evə köçmüşlər. Təkcə o, X2na məxsus evdə qalaraq orada yaşamışdır. Bacı və qardaşları isə həmin torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evində boya-başa çatıb, böyümüşlər. X6 xx.xx.2000-ci ildə, anası X19 isə xx.xx.2006-cı ildə vəfat etmişlər. Hazırda digər vərəsələr hər biri ailə quraraq özlərinə məxsus evlərinə köçüb orada yaşayırlar. Hazırda o, mərhum X2ndan X6na miras qalmış payından bir vərəsə kimi öz payının müəyyən edilməsini və həmin payından istifadə etməsini istəyir. Lakin digər bacı və qardaşları atasından miras qalmış paya şərik olmaq istəyirlər. Baxmayaraq ki, babaları X10 vəfatından sonra həmin evdə o özü, öz ailə üzvləri ilə birlikdə yaşamış və faktiki olaraq miras əmlakı qəbul etmişdir. Digər bacı və qardaşları mirası qəbul etməmişlər və bu vaxta kimi bununla bağlı notariusa da müraciət etməmişlər. O, miras əmlakın bölgüsü ilə bağlı Lənkəran regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etmiş, orada vərəsəlik işi açılsa da, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddiasına uyğyn izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, babaları Bilal Əliyev vəfat etdiyi zaman sonuncunu valideynləri sağ olmamış, onun evində nənələri Şabəyim və ataları Eldar yaşamışlar. Anaları Rübabə atalarından əvvəl vəfat etmişdir. X1 xx.xx.2000-ci ildə vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə o, atasından qalmış mirası nə faktiki olaraq yiyələnməklə, nə də ki, notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. Babalarından miras qalmış Lənkəran şəhəri, M.B.Axund küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində atalarının vəfatından sonra yalnız iddiaçı yaşamış, o və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə, yaşamamışlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxslər X39, və X21 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclaslarında X33 iddianı qəbul etdiyini bildirib cabadeh Cavabdeh izahatına oxşar izahat vermişdir. Məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X39 iddianı qəbul etməyib göstərmişdir ki, babaları Bilal Əliyev vəfat etdiyi zaman sonuncunun valideynləri sağ olmamış, onun evində nənələri Şabəyim və ataları Eldar yaşamışlar. Anaları Rübabə atalarından əvvəl vəfat etmişdir. X1 xx.xx.2000-ci ildə vəfatından sonra atası babasından miras qalmış Lənkəran şəhəri, M.B.Axund küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində onunla bərabər iddiaçı yaşamış, onlar mirası qəbul etmişlər, cavabdeh və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər isə, yaşamamışlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X25, X13, X8 və X31 ayrı-ayrılıqda iddianı qəbul etdiklərini bildirib cabdeh Cavabdeh izahatına oxşar izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər, iddiaçı ilə cavabdehin mərhum qardaşı Əlifayıq Əliyevin arvadı X26, uşaqları X4 və X16 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin, onların nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq Əlifayıq Əliyevin atalarından miras qalmış əmlakı qəbul etmədiyini bildirmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mübahisələndirlməyən hal ondan ibarətdir ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********15-10301 və qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, Lənkəran şəhəri, M.B.Axund küçəsində yerləşən sahəsi 64.50 kv.m. olan 31 saylı fərdi yaşayış evi və həmin evin yürləşdiyi 0,0790 ha. həyətyanı torpaq sahəsi X10 adın dövlət qeyaiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, miras qoyan X27 xx.xx.1947-ci il tarixdə vəfat etmişdir. Buna görə də ondan miras qalmış əmlakla bağlı mübahisə 1947-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin normaları ilə tənzimlənməlidir. 1947-ci ildə qüvvədə olmuş və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin xx.xx.2023-cü il, 3-cü sessiyasında qəbul edilmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir... Həmin Məcəllənin 490-cı maddəsinə əsasən isə, qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür. Həmin Məcəllənin 491-ci maddəsinə əsasən 488-ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490-cı maddəyə əsasən ona çatası əmlakdan düşən paydan əlavə adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla) pay alır. Həmin Məcəllənin 499 – cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq məhkəməyə ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur... Həmin Məcəllənin 505-ci maddəsinə əsasən Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılan şəxslər, onların vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamə verilməsini yerli xalq məhkəməsindən xahiş edə bilərlər. Məhkəmə iclasında müəyyən olundu ki, X27 3-cü şəxs X9 qaynatasının atası, X4 və X5 ata babalarının atası, digər tərəflərin isə ata babaları olmuşdur. X27 xx.xx.1947-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ata-anası sağ olmamış, onun iki vərəsəsi olmuşdur:
1. arvadı X18;
2. oğlu X32. Sonuncular onun vəfatından sonra onun evində yaşamaqda davam etməklə, bərabər şəkildə mirasa yiyələnmiş, onların mirasda hər birini payı ½ hissəyə bərabər olmuşdur. Onlar tərəfindən vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamənin alınmaması, miras əmlakı qəbul edilməməsi kimi qiymətləndirilə bilməz. Çünki, həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 505-ci maddəsinə əsasən vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamənin alınması bir vəzifə olaraq vərəsələrin üzərinə qoyulmamışdır, həmin şəhadətnamənin alınması vərəsələrin hüquqları olmuşdur. Məhkləmə iclasında o da müəyyən olundu ki, Bilal Əliyevin vərəslərindən olan arvadı Şabəyim Əliyeva xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Şabəyim Əliyevanın vəfat etdiyi zaman qüvvədə olmuş və xx.xx.1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar, vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər... Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Məhkəmə qeyd edir ki, Şabəyim Əliyevanın vəfatından sonra onun yeganə vərəsəsi X32 olmuş, o, anasından evdəki payından faktiki olaraq istifadə etməklə anasının miras qalmış evin ½ hissəsini qəbul etmişdir. O, anasında qalmış ½ hissəni qəbul etdikdən sonra, atası Bilal Əliyevdən qalmış mirasa bütövlükdə yiyələnmişdir. X32 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Onun vəfat etdiyi zaman və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iclası zamanı müəyyən olundu ki, X15 vəfatından sonra onun aşağıdakı vərəsələri qalmışdır:
1. Oğlu-Cavabdeh ;
2. X12 oğlu;
3. X29 oğlu oğlu;
4. X23 oğlu;
5. X30 oğlu;
6. Qızı- Kərimova (Əliyeva) Gülnarə Eldar qızı;
7. X3;
8. Oğlu-İddiaçı;
9. X36 oğlu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. X15 vəfat etdiyi zaman qüvvədə olan və xx.xx.2023-cü il tarixdə qüvvdən düşmüş Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiryi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbulı edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, fasiləsiz audio yazısının aparıldığı Lənkəran Rayon Məhkəməsinin iclas zalında üçüncü şəxs Əli Əliyevdən başqa digər üçüncü şəxslər və cavabeh, mərhum X11 miras qalmış əmlakı qəbul etmədiklərini bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə məhkəmə hesab edir ki, üçüncü şəxs Əli Əliyevdən başqa digər üçüncü şəxslər və cavabehin mərhum X11 miras qalmış əmlakı qəbul etməmələri mübahisələndirlməyən haldır. Çünki onlar özləri həmin mirası qəbul etmədiklərini göstərmişlər. Mübahisələndirlən hal isə ondan ibarətdir ki, Əli Əliyev bildirmişdir ki, iddiaçı ilə bərabər o da, babasından miras qalmış əmlakı qəbul etmişdir. Qeyd olunan mübahisələndirilən hal ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 1996/2022 saylı qətnamədən görünür ki, hazırki mülki iş üzrə 3-cü şəxs X39 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6ndan miras qalmış, Lənkəran şəhəri, M.B.Axund küçəsi, ev 4 (köhnə Kirov küçəsi ev 5) küçəsində yerləşən 0,6 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 87,36 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinin X39 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik payının müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X11 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 87,36 kv.m olan bır mərtəbəli iki otaqlı fərdi yaşayış evinin miras əmlak kimi X39 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X28 vərəsəlik hüququ tanınmaqla ünvan 2 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 87,36 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi üzərində X281/4 hissə payının müəyyən olunması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1996/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Yəni, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Əli Əliyev tərəfindən mərhum X6ndan mirasın qalmış əmlakı qəbul etmədiyi qət edilmişdir. Yuxarıda qeyd olundu ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab olunur. İndiki halda isə, Əli Əliyev tərəfindən mərhum X6ndan miras qalmış ünvan 2 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 87,36 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinin miras əmlak kimi qəbul etməməsi ona dəlalət edir ki, o, mərhumun digər əmlaklarını da, o cümlədən də, iddiaçının yaşadığı və babasından atası Eldar Əlyevə, sonuncudan da ona miras qalmış ünvan 3 ünvanında yerləşən evdə olan mirası da qəbul etməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən ev X14 məxsus olmuş, onun vəfatından sonra həmin ev vərəsəlik hüququ əsasında faktiki olaraq onun iki vərəsəsi olan arvadı Şəbəyim və oğlu Eldarın mülkiyyətlərinə keçmiş, onun arvadı Şəbəyimin vəfatından sonra həmin ev vərəsəlik hüququ əsasında faktiki olaraq bütövlükdə Eldarın mülkiyyətinə keçmiş, Eldarın vəfatından sonra Qədir və Əli istisna olmaqla onun vərəsələri babalarından Eldara keçmiş mirası qəbul etmədiklərini bildirmiş, Əli atasından miras qalmış əmlakı qəbul etdiyini bildirsə də, Şirvan Apellyasiya Məhkəməsi özünün xx.xx.2022-ci il tarixli, 2(106)-1996/2022 saylı qətnaməsi ilə Əli tərəfindən atasından miras qalmış əmlakı qəbul etmədiyini qət etmişdir. Həm Əlinin özünün, həm də cavabdeh və 3-cü şəxslərin məhkəmədə verdikləri izahatları ilə, Eldardan miras qalmış əmlakın Qədir tərəfindən faktiki olaraq qəbul edildiyi qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X2ndan X6na, ondan da ona miras qalmış ünvan 3 ünvanında yerləşən evi yalnız iddiaçı qəbul etmiş və həmin ev bütövlükdə iddiaçının mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
NƏTİCƏ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. DƏDK və RPHŞ-i 10 saylı Lənkəran Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********15-10301 və qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışa əsasən X10 adına dövlət qeyaiyyatına alınmış, Lənkəran şəhəri, M.B.Axund küçəsində yerləşən sahəsi 64.50 kv.m. olan 31 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0790 ha. həyətyanı torpaq sahəsində İddiaçı payı bütövlükdə müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Muradağa Qasımov