Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2585/2025 20.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və payların bölünməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2009-cu il tarixdə X2 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin ünvan 1 ünvanda 2 mərtəbəli 136.8 kv.m olan fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinndən 11 fevral 2020-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsini və iddiaçıların ünvan 2 ünvanda 2 mərtəbəli 136.8 kv.m olan fərdi yaşayış evinə dair paylarının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə məhkəmə baxış iclası 20 oktyabr 2025-ci il saat 12:00-a təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri iş üzrə 06 oktyabr 2025-ci il tarixdə saat 15:00-da keçirilmiş məhkəmə iclasında iş üzrə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh bildirişin kötüyünə şəxsən imza edilməklə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş poçt reyestrindən görünür ki, 20 oktyabr 2025-ci il saat 12:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində qeyd etdikləri “ünvan 3 ünvanı üzrə poçt rabitəsi vasitəsilə göndərilmişdir. Lakin iş üzrə iddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, onlar məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iş üzrə keçirilmiş heç bir məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1 maddəsinə əsasən, Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin məcəllənin 135.2 maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İşin hallarından göründüyü kimi tərəflər qanunamüvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş ********** nömrəli ödəniş qəbzindən göürünür ki, İddiaçı1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və payların bölünməsi tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən X4 vasitəsilə ödənilmiş (10 fevral 2025-ci il, saat 15:42:28, mədaxil qəbzi № **********) 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 (FİN: xxxxxxx) qaytarılsın. Qərardadın icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan iddia ərizəsinin baxılmamış saxlanılması hissəsindən tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2585/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2585/2025
20.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver